Azərbaycan Dövlət İnformasiya Agentliyi

Zahid Oruc: Kəşmir Asiyanın daim qan axan yarasıdır

Zahid Oruc: Kəşmir Asiyanın daim qan axan yarasıdır

Bakı, 27 oktyabr, AZƏRTAC

Milli Məclisin deputatı, Azərbaycan-Pakistan parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri Zahid Oruc insanlıq əleyhinə böyük təhlükə mənbəyi hesab olunan Kəşmir problemi ilə bağlı AZƏRTAC-a açıqlama verib.

Deputat deyib ki, ötən yüzillik tarix imperiyaların çöküşü nəticəsində ərazi, etnik-milli və dini müharibə ocaqlarının meydana çıxmasına şahidlik edib. Asiya qitəsinin daim qan axan yarasına çevrilən Kəşmir problemi də “Britaniya Hindistanı” adı ilə mövcud olan böyük kolonial quruluşun yerində qalan acı mirasdır. Ötən əsrin ortalarında, daha dəqiq desək, 1947-ci ildə ingilis imperiyasından azad olaraq müstəqilliyini elan edən iki dövlət - Pakistan və Hindistan 70 ildən artıqdır ki, bütün bəşəriyyətin təhlükəsizliyini təhdid edən genişmiqyaslı hərbi toqquşmaların bir addımlığındadır. Nə üçün lokal bir ərazidəki gərginlik ocağı insanlıq əleyhinə böyük təhlükə mənbəyi hesab olunur? Çünki hazırkı mürəkkəb beynəlxalq təhlükəsizlik şəraitində Asiya qitəsində yatmış vulkana çevrilən Kəşmir suayırıcısı üç nəhəng dövlətin nüvə arsenalının işə düşməsi potensialına malikdir və belə bir durum meydana çıxarsa, bunun hansı miqyasda kütləvi qırğınlar doğuracağını təsəvvürə belə gətirmək çətindir.

Çin, Pakistan və Hindistanın müxtəlif miqyasda hərbi mövcudluğunu davam etdirdiyi və əldə saxladığı bu torpaqlarda əvvəlcə silahlı qarşıdurma şəklində meydana çıxan problem indi atom silahını təşkil edən elementlərin yayılması, Hindistan və Çinin su resursları uğrunda gərgin mübarizəsi, insanların və millətlərin hüquqlarının amansız şəkildə pozulması və üz-üzə dayanan cəmiyyətlərin radikallaşaraq terroru yeganə çıxış yolu olaraq görməsi kimi səviyyəyə gəlib çatıb və kiçik bir qığılcım milyonlarla insanın həyatını məhv edə bilər.

Müstəqil dövlətçiliyimizin bərpasının ilk illərində Azərbaycan xalqının cəlb olunduğu ədalətsiz müharibənin gətirdiyi məhrumiyyətlər və humanitar fəlakətlər fonunda biz heç bir zaman digər xalqlar və dövlətlər arasında silahlı qarşıdurmaların meydana çıxmasında maraqlı deyilik. Çünki bütün hallarda Dağlıq Qarabağ kimi Kəşmirdə də lokal bir məkanda başlayan toqquşmalar inkişaf edərək əbədi düşmənçiliyin nümayiş olunduğu bütün ideologiyaları, iqtisadiyyatları və mədəniyyətləri yalnız bir qüvvəyə - hərbi qanunlara tabe etdirəcək.

Azərbaycan dövləti Pakistan xalqının uzun illər ərzində mənəvi-siyasi həmrəyliyini öz üzərində hiss edərək, həmçinin dövlətlərimiz arasında formalaşan strateji müttəfiqlik münasibətlərinə arxalanaraq Kəşmir probleminin həllində Birləşmiş Millətlər Təşkilatı tərəfindən qəbul olunmuş qətnamələrin yerinə yetirilməsini tələb edir. Dünya siyasətinin patriarxlarından olan böyük siyasət adamı Heydər Əliyev vaxtilə Pakistana səfəri zamanı ortaya qoyduğu prinsipial mövqe uzun on illər ərzində dəyişilməz olaraq qalıb və hazırda beynəlxalq münasibətlər sistemində mühüm yer tutan Azərbaycanın Prezidenti İlham Əliyev tərəfindən bütün münaqişələrin həlli üçün dəqiq çözüm yolu təklif edilir.

Çünki beynəlxalq arbitrlər öz funksiyalarını yerinə yetirməyəndə savaş ocaqları - indiki halda Kəşmir böyük dövlətlərin Asiya qitəsində hökmranlıq mübarizəsinə, hərbi-siyasi nüfuz uğrundakı amansız rəqabət arenasına çevrilir. Ona görə də hər bir azərbaycanlı haqlı olaraq soruşur ki, əgər dünyəvi mübahisələri həll etmək üçün yaradılan qurumlar öz vəzifələrini yerinə yetirmirsə, onda Nyu-Yorkda, BMT-nin baş qərargahında “qalaqlanan icrasız qərar və qətnamələr məzarlığı” nə vaxta qədər genişlənəcək?

Axı Kəşmirdə bir neçə onillik qeyri-sabitlik atmosferində yaşayan müsəlman əhali təkcə İslamabad və Dehlidən deyil, eləcə də Birləşmiş Ştatlar, Rusiya və Fransadan təsirli addımlar atmağı tələb edir. Bu ölkələrin adları çəkiləndə Qafqazda yaşayan xalqlar onların nə dərəcədə daimi sülh təminatında ardıcıl və prinsipial bir xətt izlədiklərinə dəqiq cavab verə bilərlər. Elə buna görə də haqlı sual meydana çıxır ki, bəlkə həmin regionda sülh sözügedən dövlətlərin strateji mənafelərinə heç uyğun deyil?

Halbuki Azərbaycan Prezidenti İlham Əliyev dəfələrlə qətiyyətli iradə nümayiş etdirərək dünyada davamlı təhlükəsizliyin bərqərar olması üçün hüququ yeganə ali dəyər elan edir və gücə arxalanmağın böyük təhlükələrini vurğulayır.

Məgər Kəşmir, Dağlıq Qarabağ, Abxaziya və Osetiya, Dnestryanı bölgə və digər qaynar nöqtələr soyuq müharibə dövründən qalan miras kimi yalnız mənsub olduqları dövlətlərin və xalqların deyil, bütövlükdə dünyanın təhlükəsizliyi üçün təhdid deyilmi?

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Paris prokurorluğu 2027-ci il büdcəsi ilə bağlı mətbuata sızmaları araşdırır

Qırğızıstan IV MDB Oyunlarına ev sahibliyi edəcək

Bakıda “ADEX-2026” və “Securex Caspian” sərgiləri işə başlayıb – YENİLƏNİB

Azərbaycan nümayəndə heyəti İranda bir sıra mühüm rəsmi görüşlər keçirib

“Qlobal İnnovasiya İndeksi – 2026” dərc edilib

Yaxın Şərqdən neft axınları normal vəziyyətə qayıdır

“Zirə”nin legionerləri milli komandalarının heyətində fərqləniblər

Fərid Qayıbov: Formula 1 layihəsi Azərbaycanda qeyri-neft sektorunun inkişafına töhfədir

UNEC “THE WUR 2027” reytinqində ölkədə birincidir

İnvestisiya Forumu diqqəti iqtisadi əlaqələrin və təchizat zəncirlərinin yenidən formalaşmasına yönəltdi – ŞƏRH

Növbəti rəqəmsal SAT imtahanı oktyabrın 3-də təşkil olunacaq

“Kopernik”: Bu il dünya əhalisinin təxminən 40 faizi ozon çirklənməsinə məruz qalıb

Dövlət qurumlarının əməkdaşları üçün süni intellekt savadlılığı üzrə təlimlər davam edir

Biləsuvara qonaq gedən Cəlilabad sakinləri qidadan zəhərlənib

Azərbaycan Basketbol Liqasında yeni mövsüm start götürür

Taksi sürücüləri üçün test imtahanına 1680 nəfər qeydiyyatdan keçib

Qızıl və gümüş bahalaşıb VİDEO

Qızıl və gümüş bahalaşıb VİDEO

Orta Dəhlizdə Azərbaycanın roluna dair müzakirələr aparılıb

Birjalarda neft bahalaşıb VİDEO

Birjalarda neft bahalaşıb VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

Azərbaycan nefti 118,22 dollara satılır VİDEO

® “Azəriqaz” abonentləri müqavilələri “SİMA” ilə rəqəmsal imzalayacaq

Konstitusiya Məhkəməsi Plenumunun iclasında rayon məhkəməsinin müraciəti əsasında qərar qəbul edilib

Ölkə ərazisində hava şəraiti yağıntılı keçib

® “Bolt” cüdo üzrə dünya çempionatının rəsmi mobillik tərəfdaşıdır

Nazir: Yerli şirkətlərin müdafiə təchizatındakı payının artacağını gözləyirik

Ekspert: Azərbaycan regional bağlantı və investisiya mərkəzi kimi mövqeyini gücləndirir

Azərbaycan Universiteti Pakistanın Northern Universiteti ilə əməkdaşlığa başlayır

Nazir: Gələcəyin müdafiə sənayesi zavodlarla yanaşı, universitetlərdə və tədqiqat mərkəzlərində qurulur

Prezident İlham Əliyev: Azərbaycanın müdafiə sənayesi məhsullarının keyfiyyəti beynəlxalq səviyyədə yüksək qiymətləndirilir

Prezident: Müdafiə qabiliyyətinin möhkəmləndirilməsi Azərbaycanın dövlət siyasətinin prioritet istiqamətlərindən biridir

Vüqar Mustafayev: Təhlükəsizlik bilik, mühəndislik qabiliyyəti və istehsal gücü üzərində formalaşır

“ADEX 2026” 6-cı Azərbaycan Beynəlxalq Müdafiə Sərgisinin və “Securex Caspian 2026” 15-ci Yubiley Beynəlxalq Daxili Təhlükəsizlik, Mühafizə və Xilasetmə Avadanlıqları Sərgisinin iştirakçılarına

“Neftçi” basketbol klubu Avropa Kubokunda cavab oyununa çıxır

Qaradağ Rayon İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Hikmət Babaoğlu: Xaqani Şirvaninin 900 illiyi böyük şairin irsini yenidən kəşf etmək imkanıdır

Seçmə mərhələ: Azərbaycanın U-21 millisi Şotlandiya səfərində

Bakıda “Birliyin Gücü – 2026” birgə hərbi təliminin müşahidəçiləri ilə görüş olub

Lənkəranın 6 kəndində qaz təchizatı müvəqqəti dayandırılacaq

BDU dünyanın ən yaxşı universitetlərinin reytinq siyahısında mövqeyini yaxşılaşdırıb

Nəsimi rayonunun bəzi küçələrində qaz təchizatında fasilə yaranacaq

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Xocalıya qayıdan sakin: Müharibə olmasın, insanlar sağlıq və əmin-amanlıq içində yaşasınlar VİDEO

Azərbaycan universitetlərinin THE reytinqində təmsilçiliyi genişlənib

ABŞ Kubaya qarşı sanksiyaları sərtləşdirib

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Böyük Qayıdış: Növbəti köç karvanı ilə 42 ailə yola salınıb VİDEO

Pentaqon “Boeing” şirkəti ilə 20 milyard dollarlıq müqavilə imzalayıb

Krit adasında 8,5 milyon illik kərgədan kəlləsi aşkarlanıb

“Bloomberg”: OPEC+ ölkələri noyabrda neft hasilatı planlarını dəyişməyə bilər

FAO: Dünyada deqradasiyaya uğramış meşələrin sahəsi 460 milyon hektardan çoxdur

“OpenAI” və “Google” tədqiqatçılarından süni intellektlə bağlı xəbərdarlıq

Suriyada sursat anbarında partlayış baş verib

Tramp: İran nə vaxtsa təslim olmaq qərarına gələcək

Xəzər dənizində zəlzələ qeydə alınıb

Almaniya NATO-nun Şərq cinahını gücləndirmək üçün yeni hərbi-logistika qovşağı yaradır

Naxçıvanda skuterlə motosiklet toqquşub, 3 nəfər xəsarət alıb

ABŞ İrana silah tədarükünə görə 10 şəxs və şirkətə sanksiya tətbiq edib

Yaponiya Suriyanın 16 qurumunun aktivlərinə qarşı olan məhdudiyyətləri aradan qaldırıb

Fransada dövlət sektorunda genişmiqyaslı tətil: yüz minlərlə insan küçələrə çıxıb

“Töhfətül-İraqeyn” əsərinin Xaqaninin yaradıcılığında və Azərbaycan ədəbi irsində əhəmiyyəti

İraq Hava Yollarına İrana uçuşlara xüsusi istisna hal kimi icazə verilib

Almatıda MDB Bədən Tərbiyəsi və İdman Şurasının iclası olub

Rejissor: Sənədli film türk dövlətlərinin Qarabağdakı həmrəyliyindən bəhs edir

Kəmalə Paşayeva: Filmin məqsədi Qənirə Paşayevanın Türk dünyası ilə bağlı ideyalarını davam etdirməkdir

Nizami Kino Mərkəzində “Türkün gücü tükənməz” sənədli filminin təqdimatı olub

Nazir müavini: Orta Dəhlizin yük dövriyyəsi təxminən dörd dəfə artacaq

“Xarıbülbül” “Route du Vin” marafonunda

Milli tennisçimiz ilk dəfə ATP reytinqinə daxil olub

Azərbaycanla Müqəddəs Taxt-Tac arasında gələcək birgə proqramlarla bağlı fikir mübadiləsi aparılıb

“Fox News”: Heqset ABŞ Silahlı Qüvvələrində generalların sayını 20 faiz azaltmağı planlaşdırır

Bakıda Slovakiyanın milli bayramı – Konstitusiya Günü qeyd olunub

Romada Leyla Əliyeva ilə Müqəddəs Arxeologiya üzrə Pontifik Komissiyanın katibinin görüşü olub

Leyla Əliyeva Vatikan şəhər-dövlətinin qubernatorluğunun prezidenti ilə görüşüb

Tokayev: Qazaxıstan Orta Dəhliz vasitəsilə yükdaşıma qabiliyyətini 20 milyon tona çatdırmaq niyyətindədir

Kansler Fridrix Merts: Orta Dəhlizi daha da genişləndirmək istəyirik

Cəlilabadda qədim yaşayış məskəni tapılıb

Almaniya Prezidenti: Orta Dəhlizin genişləndirilməsi gələcəyin layihəsidir

Xaqani Şirvani 900: Böyük şairin zəngin irsinə ehtiram

Azərbaycan Basketbol Federasiyası ötən mövsümün hesabatını verib

Qazaxıstan Prezidenti Almaniyaya səfər edib

Baş nazirin müavini Şahin Mustafayev İran Prezidenti Məsud Pezeşkianla görüşüb

Azərbaycan Asiya İnfrastruktur İnvestisiya Bankının İllik Toplantısında təmsil olunub

Bu saata olan əsas xəbərlər

Leyla Əliyeva Müqəddəs Taxt-Tacda Azərbaycan xalçaları sərgisinin açılışında iştirak edib

Xalq rəssamı: Natəvanın barelyefi yaradıcılığımın ilk mühüm əsərlərindən biridir

Qoşulmama Hərəkatı Gənclər Təşkilatına yeni sədr seçilib

Tailandda güclü yağış və daşqınlar 23 nəfərin həyatına son qoyub

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

İstanbulun tarixi Rami Kitabxanasında “Azərbaycan bölməsi” yaradılıb VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Ağstafada müəllimlər arasında yarış olub VİDEO

Asiya İnfrastruktur İnvestisiya Bankının prezidenti: Azərbaycanla sıx əməkdaşlıq etməyi səbirsizliklə gözləyirik

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Bakı Kitab Mərkəzində “Sənsiz” adlı ədəbi-musiqili gecə VİDEO

Naftalan Şəhər İcra Hakimiyyətinin başçısı kollektivə təqdim olunub

Şri-Lankada denge virusuna yoluxanların sayı 100 mini keçib

Gəncə-Daşkəsən iqtisadi rayonunda genişmiqyaslı coğrafi tədqiqatlar aparılıb

Azərbaycan və Sudan arasında hərbi-texniki əməkdaşlıq məsələləri müzakirə edilib

Baş konsul İğdır vilayətində bir sıra görüşlər keçirib

Transplant-kardioloq Oqtay Musayev: Ürək transplantasiyası ilə Azərbaycan səhiyyəsi Qafqazda öz inkişafını bir daha təsdiqlədi

Marko Rubio: Böyük Britaniyada hərbi bazanın yaxınlığında baş verən insidentdə xarici aktorun əli var

Nazir Məcnun Məmmədov Şabranda vətəndaşlarla görüşüb

Tarixçi-alim: Albaniyada tanrıçılıq nəinki islamdan, hətta xristianlıqdan əvvəl yayılmışdı

Azərbaycan və Belarus arasında müdafiə sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib