Zamanın idarə olunmasına dair onlayn seminar keçirilib
Bakı, 13 mart, AZƏRTAC
“Azərbaycan İdman Könüllüləri” İctimai Birliyinin təşkilatçılığı ilə gənclər üçün “Zamanın idarə olunması” mövzusunda onlayn seminar keçirilib.
İctimai Birlikdən AZƏRTAC-a bildiriblər ki, Birliyin sədri Miraqil Seyidzadə gənclərin şəxsi inkişafı istiqamətində rəhbərlik etdiyi qurum tərəfindən reallaşdırılan tədbirlər, hər həftə keçirilən seminarlar haqqında məlumat verib.
Sonra təlimçi Vahid Məsimov iştirakçılara zamanın həyatımızdakı önəmindən danışıb. Qeyd edib ki, bəzən informasiyanın çoxluğu insanları məqsədlərindən uzaqlaşdırır. Bunun üçün məqsəd və hədəflər dəqiq müəyyənləşdirilməlidir. O, iştirakçılara həmin hədəflər əsasında aylıq, həftəlik, günlük və saatlıq planlamanın aparılmasının önəmindən bəhs edib, gənclərin suallarını cavablandırıb.
Təlim iştirakçı gənclər tərəfindən maraqla qarşılanıb.