Zaqatalada avtomobil aşıb, 1 nəfər ölüb, 1-i yaralanıb
Zaqatala, 10 yanvar, Rasim İslamoğlu, AZƏRTAC
Zaqatala-Qax avtomobil yolunda 1 nəfərin ölümü, 1-nin yaralanması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.
AZƏRTAC-ın bölgə müxbirinin məlumatına görə, Zaqatala rayonunun Yeni Suvagil kəndi ərazisində “Chevrolet” markalı avtomobil idarəetmədən çıxaraq aşıb. Nəticədə nəqliyyat vasitəsində olan 32 yaşlı Şəhriyar Cəfərzadə ölüb, Seymur Mehralıyev isə xəsarət alıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin regional qrupundan bildirilib ki, hadisə ilə bağlı cinayət işi başlanılıb, istintaq aparılır.
İlkin məlumatlara görə, qəza havanın dumanlı olması səbəbindən baş verib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.05.2026 [19:48]
Laçında Müstəqillik Günü musiqi və rəqslə qeyd edilib
- 28.05.2026 [18:45]
Cəlilabadda 18 yaşlı gənc suda boğulub
- 28.05.2026 [17:17]
“Zirvəyə doğru qaçış" yarışında mindən çox idmansevər mübarizə aparıb
- 28.05.2026 [17:09]
Naxçıvan-Ordubad magistral avtomobil yolu asfaltlanır
- 28.05.2026 [12:20]