CƏMİYYƏT
Zəfər Günü üçün hava proqnozu açıqlanıb
Bakı, 7 noyabr, AZƏRTAC
Azərbaycanda noyabrın 8-nə - Zəfər Gününə gözlənilən hava proqnozu açıqlanıb.
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin Milli Hidrometeorologiya Xidmətindən AZƏRTAC-a verilən məlumata görə, Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, lakin axşam bəzi yerlərdə arabir yağış yağacağı gözlənilir. Gecəyə doğru yarımadanın bəzi yerlərində leysan xarakterli olacağı, şimşək çaxacağı ehtimalı var. Səhər ayrı-ayrı yerlərdə zəif duman olacaq. Cənub-qərb küləyi əsəcək, gündüz cənub-şərq küləyi ilə əvəzlənəcək. Havanın temperaturunun gecə 5-8°, gündüz 13-16° isti olacağı ehtimal edilir. Atmosfer təzyiqi 774 millimetr civə sütunundan 771 millimetr civə sütununa enəcək. Nisbi rütubət gecə 70-80, gündüz 60-65 faiz təşkil edəcək.
Azərbaycanın rayonlarında hava şəraiti əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi şərq rayonlarında qısamüddətli leysan xarakterli yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5°, gündüz 13-18° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 2° şaxtadan 3°-dək isti olacaq.
Naxçıvan şəhərində, Culfa, Ordubad, Sədərək, Şahbuz və Şərur rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 0-5° isti, bəzi yerlərdə 3°-dək şaxta, gündüz 12-17° isti təşkil edəcək.
Xankəndi şəhərində, Şuşa, Xocalı, Xocavənd, Füzuli, Ağdam, həmçinin Daşkəsən-Gədəbəy, Göygöl rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 3° şaxtadan 2°-dək isti, gündüz 7-12° isti olacağı proqnozlaşdırılır.
Şərqi Zəngəzur: Cəbrayıl, Kəlbəcər, Qubadlı, Laçın, Zəngilan rayonlarında rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1-6° isti, dağlıq ərazilərdə 6°-dək şaxta, gündüz 7-12° isti olacağı bildirilir.
Gəncə və Naftalan şəhərlərində, Qazax, Samux, Goranboy, Tərtər, Şəmkir, Tovuz rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 11-16° isti olacağı ehtimal edilir.
Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında hava əsasən yağmursuz keçəcək. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 1° şaxtadan 4°-dək isti, gündüz 10-15° isti, dağlarda gecə 3-8° şaxta, gündüz 0-5° isti olacağı ehtimalı var.
Mingəçevir və Şirvan şəhərlərində, Yevlax, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Bərdə, Beyləqan, Sabirabad, Mingəçevir, Biləsuvar, Saatlı, Göyçay, Ucar, Şirvan, Hacıqabul, Zərdab, Salyan, Neftçala rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin axşam bəzi şərq rayonlarında arabir yağış yağacağı, şimşək çaxacağı gözlənilir. Qısamüddətli leysan xarakterli olacağı, dolu düşəcəyi ehtimalı var. Arabir duman olacaq. Şərq küləyi əsəcək. Havanın temperaturunun gecə 0-5°, gündüz 13-18° isti olacağı gözlənilir.
Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara, Biləsuvar, Cəlilabad rayonlarında hava əsasən yağmursuz keçəcək. Lakin gecəyə doğru bəzi yerlərdə arabir yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Arabir duman olacaq. Mülayim şərq küləyi əsəcək. Havanın temperaturu gecə 3-8°, gündüz 11-16° isti, dağlarda gecə 2-5°, gündüz 6-10° isti olacaq.