Zəfər Gününə həsr olunan hərbi-idman yarışı keçirilib
Bakı, 4 noyabr, AZƏRTAC
Gəncə-Daşkəsən Regional Təhsil İdarəsinin təşkilatçılığı ilə 8 Noyabr - Zəfər Gününə həsr olunan “Zəfər yarışı” adlı hərbi-idman yarışı keçirilib.
İdarədən AZƏRTAC-a bildirilib ki, yarışda Gəncə, Naftalan şəhər, Göygöl, Samux, Daşkəsən və Goranboy rayon ümumtəhsil məktəblərinin şagirdlərindən ibarət komandalar müxtəlif maneələri müəyyənləşdirilmiş müddət ərzində keçməli olublar.
Ümumilikdə 8 komandanın iştirak etdiyi hərbi-idman yarışında I yerə Gəncə şəhər M.Müşfiq adına 14 nömrəli tam orta məktəbin, II yerə Köşkü kənd tam orta məktəbin, III yerə isə Naftalan şəhər 1 nömrəli tam orta məktəbin komandası layiq görülüb.