Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya hazırlanıb
Bakı, 6 noyabr, AZƏRTAC
Bakı Şəhər Mədəniyyət Baş İdarəsinin Səid Rüstəmov adına 13 nömrəli uşaq musiqi məktəbi şanlı Zəfər Gününə həsr olunmuş “Qarabağ Azərbaycandır!” adlı ədəbi-bədii kompozisiya hazırlayıb.
İdarədən AZƏRTAC-a bildirilib ki, əvvəlcə konsertdə Dövlət Himni səsləndirilib.
Müəllim və şagirdlərin ifasında violin ansamblı bəstəkar Ceyhun Allahverdiyevin “Milli Marş” əsərini, müəllimlər İsmayıl Cəfərov, Ülfət Nağıyeva, Asif İsmayılov, Xuraman Bağırovadan ibarət kvartet Üzeyir Hacıbəylinin “Arazbarı” əsərini ifa edib. Vokal üzrə şagird Minə Sadıqova instrumental ansamblın müşayiəti ilə “Ay Laçın” mahnısını ifa edib.
Şəhid Rövlan Məmmədovun qardaşı, tar sinfinin şagirdi Şöhlət Məmmədov Süleyman Ələsgərov “Daimi Hərəkət”, Saz ansamblı “Qarabağ Azərbaycandır”, xanəndələr Yadigar Rüstəmli “Xudayar təsnifi”ni və Ləman Cəfərova isə Bəhram Nəsibovun “Qarabağ” mahnısını, bədii rəhbəri Səadət Yusifova olan Xalq çalğı alətləri ansamblı “Yaşa, Yaşa Azərbaycan” əsərini ifa ediblər.
Şanlı Zəfər bayramı müəllim və şagirdlərin ifasında rəngarəng ifalar və böyük coşqu ilə qeyd edilib.