“Zəfər Muzeyi fondlarının komplektləşdirilməsi üçün indiyədək 8611 əşya toplanılıb” – açıqlama
Bakı, 23 may, AZƏRTAC
Azərbaycan İstiqlal Muzeyi tərəfindən Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün şəhid ailələrindən, qazilərdən, Vətən müharibəsində iştirak edən qəhrəmanlardan şəxsi əşyaların, materialların, hərbi qənimətlərin Zəfər Muzeyinin fondları üçün toplanması işi davam etdirilir. Hazırda Zəfər Muzeyinin fondlarının komplektləşdirilməsi üçün toplanan əşyaların sayı 8611-ə çatıb.
Bu sözləri AZƏRTAC-ın sorğusuna cavab olaraq İstiqlal Muzeyinin direktoru Sədi Mirseyibli söyləyib.
“Əşyaların toplanması prosesinə tələblər cəlb edilib. Azərbaycan İstiqlal Muzeyində istehsalat təcrübəsi keçən Mədəniyyət və İncəsənət Universiteti, Turizm və Menecment Universitetinin tələbləri bu işə könüllü cəlb olunublar. Onlar şəhid ailələrindən əşyaları toplayaraq muzeyə təhvil verirlər. Bu iş Mədəniyyət Nazirliyi tərəfindən İstiqlal Muzeyinə tapşırılıb. Proses davam edir. Gələcəkdə Zəfər Muzeyi fəaliyyətə başladığı zaman həmin əşyalar ora təhvil veriləcək”, - deyə Sədi Mirseyibli qeyd edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.06.2026 [15:19]
Klassik ənənə və müasir yanaşma: Beynəlxalq Muğam Mərkəzində növbəti konsert
- 10.06.2026 [13:54]