Zərdab taxılçıları payız qayğılarını yaşayırlar
Zərdab, 20 oktyabr, AZƏRTAC
Zərdab rayonunda payızlıq taxıl əkininə başlanılıb və son günlər havaların əlverişsiz keçməsi çətinliklər yaratsa da, fermerlər və fiziki şəxslər səpinin optimal müddətdə başa çatdırılması üçün ciddi səy göstərirlər.
Rayon icra hakimiyyətindən AZƏRTAC-ın bölgə müxbirinə bildirilib ki, hazırda hər gün sahələrə 100-dən çox şum traktoru və səpin aqreqatı çıxarılır. Qısa vaxtda 4 min hektaradək sahədə əkin aparılıb. Rayonun demək olar ki, bütün ərazilərində, xüsusilə Alıcanlı, Bıçaqçı, Gəlmə, Şıxbağı və digər icra nümayəndəliklərində səpinə daha mütəşəkkil hazırlıqla başlanılıb. Əkində daha çox yerli şərait üçün əlverişli olan “Qarabağ 22” buğda, “Azəri”, “Qobustan” arpa sortlarından istifadə edilir.
Zərdabda cari mövsümdə 18,5 min hektar sahədə taxıl əkiləcəyi proqnozlaşdırılır. Artıq 14 min hektardan çox sahədə şum çıxarılıb və bu iş sürətlə davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.08.2023 [05:30]
Bu il Oğuzun taxıl sahələrində orta məhsuldarlıq 30,9 sentner olub
- 26.08.2023 [03:21]
Balakənli fermerlər 7819 hektar sahədə dən üçün qarğıdalı yetişdiriblər
- 25.08.2023 [01:10]
Bu il Beyləqanda 23 min tondan çox pambıq istehsalı gözlənilir
- 24.08.2023 [04:45]
Beyləqanda payızlıq səpin üçün indiyədək 8750 hektarda şum qaldırılıb
- 24.08.2023 [03:17]
Bu il Ağcabədidə 40 min tondan çox pambıq istehsalı gözlənilir
- 22.08.2023 [20:19]