ZƏRİFƏ XANIM ƏLİYEVA ADINA PARK SALYANLILARIN SEVİMLİ İSTİRAHƏT YERİDİR
AZƏRTAC-ın müxbiri xəbər verir ki, avqustun 10-da Azərbaycan Prezidenti İlham Əliyev və xanımı Mehriban Əliyeva Salyan şəhərinin mərkəzi küçəsində yerləşən və görkəmli oftalmoloq alim, akademik Zərifə xanım Əliyevanın adını daşıyan parka gəldilər.
Prezident və xanımı Zərifə Əliyevanın büstünü ziyarət etdilər və gül dəstələri qoydular.
Bir il əvvəl istifadəyə verilmiş parkda ətraf binaların sakinlərinin istirahəti üçün hər cür şərait yaradılmışdır. Prezident İlham Əliyev şəhər və rayonlarda bu cür abadlıq işlərinin aparılmasından razılığını bildirdi.