Zinəddin Zidan “Çelsi”nin baş məşqçisi olmaq üçün iki şərt irəli sürüb
Bakı, 18 fevral, AZƏRTAC
İspaniyanın “Real Madrid” klubunun sabiq baş məşqçisi fransız mütəxəssis Zinəddin Zidan “Çelsi” klubunu yalnız iki şərtlə çalışdırmağa hazırdır.
AZƏRTAC “Championat.ru” saytına istinadla xəbər verir ki, şərtlərdən biri kluba cəlb olunacaq yeni futbolçular üçün ən azı 220 milyon avro ayırmaq, ikinci şərt isə hücumçu Eden Hazardı komandada saxlamaqdır. Bir müddət öncə belçikalı futbolçu komandadan getmək istədiyini bildirmişdi.
“Çelsi” klubunun rəhbərliyi komandanın göstərdiyi son nəticələrdən narahatdır və hazırkı baş məşqçi Maurissio Sarini istefaya göndərmək imkanlarını nəzərdən keçirir. Bu qərar klubun İngiltərə Premyer Liqasında “Mançester Siti”yə 6:0 hesablı məğlubiyyətdən sonra qəbul olunub.
Zinəddin Zidanın agenti Alen Milyaçço bildirib ki, fransalı mütəxəssis mövsümün ortasında heç bir klubla danışıqlar aparmayacaq. Razılaşma yalnız yayda ola bilər.
2016-2018-ci illərdə “Real Madrid” Zidanın rəhbərliyi ilə İspaniya çempionu olub və üç dəfə ardıcıl UEFA Çempionlar Liqası kubokunu qazanıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 10.10.2026 [19:28]
Fuad Yanqildin: Hədəf həmişə yüksəkdir
- 10.10.2026 [19:05]
Mədinə Musayeva: Sabahkı oyunda da eyni performansı göstərə biləcəyik
- 10.10.2026 [18:57]
Avropa Kuboku: “Kür” ilk oyunda rəqibini məğlub edib VİDEO
- 10.10.2026 [18:53]
Uşanqi Kokauri dünya çempionatında gümüş medal qazanıb
- 10.10.2026 [18:46]
Dünya çempionatı: Azərbaycan cüdoçusu bürünc medal qazanıb
- 10.10.2026 [17:15]
Azərbaycan Basketbol Liqasında daha bir oyun keçirilib
- 10.10.2026 [16:18]