“Zirə” Portuqaliya klubunun hücumçusu ilə danışıq aparır
Bakı, 13 yanvar, AZƏRTAC
Portuqaliyanın 2-ci liqa təmsilçisi “Leyşoeş” klubunun forvardı Cefferson Enkada karyerasını ölkəmizdə davam etdirə bilər.
AZƏRTAC xəbər verir ki, 23 yaşlı vinger menecerlər vasitəsilə “Zirə”yə təklif olunub. Qvineya-Bisau yığmasının üzvünü izləyən paytaxt klubunun baş məşqçisi Rəşad Sadıqov onun oyununu bəyənib. Hazırda tərəflər arasında danışıqlar aparılır. Klubu ilə müqavilə müddəti 2022-ci ilin yayınadək olan Ceffersonun “Zirə”yə icarə əsasında keçidi istisna deyil.
Qeyd edək ki, Cefferson ötən ilin noyabrında ilk dəfə Qvineya-Bisau millisinə çağırılıb. Afrika Millətlər Liqasında Seneqalla matçlara dəvət edilsə də, meydana çıxmayıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 11.06.2026 [19:21]
“Sabah” Fransa klubunun yarımmüdafiəçisini icarəyə götürüb
- 11.06.2026 [18:52]
“Zirə” milli komandanın futbolçusunu transfer edib
- 11.06.2026 [18:39]
“Qalatasaray”ın sabiq vitse-prezidenti azadlığa buraxılıb
- 11.06.2026 [17:53]
“Şamaxı” “Sumqayıt”ın futbolçusunu icarəyə götürüb
- 11.06.2026 [17:36]
“Qarabağ” klubunun rəhbərliyi görülən işlərlə bağlı hesabat verib
- 11.06.2026 [17:33]