Azərbaycanın ikinci telekommunikasiya peykinin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır

25.09.2014 [17:59]
Azərbaycanın ikinci telekommunikasiya peyki olan “Azerspace 2”-nin orbitə çıxarılması istiqamətində intensiv iş aparılır. Hazırda tenderin keçirilməsinə hazırlıq prosesi gedir. Bu prosesə yüksək səviyyəli ekspertlər cəlb olunur. ...

İran şirkətləri Azərbaycanın İKT sahəsində həyata keçirdiyi layihələrdə iştiraka dəvət olunub

25.09.2014 [14:24]
Azərbaycan Respublikasının rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Bakıda səfərdə olan İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşimi ilə görüşüb. Nazirlikdən AzərTAc-a bildirilib ki, görüşdə Azərbaycan və İran arasında ikitərəfli ...

Azərbaycan və İran informasiya-kommunikasiya texnologiyaları sahəsində əməkdaşlığa maraq göstərirlər

25.09.2014 [11:54]
Xəbər verdiyimiz kimi, İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları nazirinin müavini Müctəba Haşiminin rəhbərlik etdiyi nümayəndə heyəti Azərbaycanda səfərdədir. AzərTAc xəbər verir ki, səfər çərçivəsində sentyabrın 25-də Bakıda Rabitə və Yüksək ...

“Bakcell”in yeni müştəri xidməti mərkəzləri açılıb

24.09.2014 [19:55]
Sentyabrın 24-də Bakıda “Bakcell” şirkətinin daha iki yeni Müştəri Xidmətləri Mərkəzi açılıb. Şirkətdən AzərTAc-a bildirilib ki, Üzeyir Hacıbəyli küçəsi, 48 ünvanında, Sahil Bağının yanında yerləşən mərkəzlərdən biri “Gold” tarifində olan istifadəçilər üçün nəzərdə tutulub. ...

Daha 12 tələbə “Azercell”in təqaüdünə layiq görülüb

24.09.2014 [14:41]
Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom”un “Tələbə” proqramının bu il üzrə nəticələri açıqlanıb. Şirkətdən AzərTAc-a bildirilib ki, proqramın çoxmərhələli seçimləri nəticəsində daha 12 tələbə “Azercell”in təqaüdünə layiq görülüb. Bu tələbələr ali təhsil müddətinin sonunadək ...

“Milli Net 2014” internet mükafatı üzrə müsabiqə başlayır

23.09.2014 [15:59]
Sentyabrın 25-dən Azərbaycan İnternet Forumunun “Milli Net 2014” internet mükafatı üzrə müsabiqəyə başlanılır. Təşkilat Komitəsindən AzərTAc-a bildirilib ki, müsabiqə internetin inkişafına kömək etmək, ən yaxşı milli internet resurslarını üzə çıxarmaq və tanıtmaq, informasiya texnologiyalarının ...

“Əsrin müqaviləsi”nin 20 illiyinə həsr olunmuş poçt markası buraxılıb

23.09.2014 [12:02]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin “Azərmarka” şirkəti Azərbaycanın müasir enerji strategiyasının həyata keçirilməsində mühüm rol oynamış “Əsrin müqaviləsi”nin imzalanmasının 20 illik yubileyi münasibətilə poçt markası buraxıb. ...

Azərbaycanda DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsi genişləndirilir

22.09.2014 [05:19]
Respublika ərazisində DVB-T standartlı rəqəmli televiziya yayım şəbəkəsinin genişləndirilməsi məqsədilə daha 15 vericinin quraşdırılması başa çatdırılıb. “Teleradio” İstehsalat Birliyindən AzərTAc-a verilən məlumata görə, vericilər Şamaxı, Quba, Göygöl, Tovuz, Gədəbəy, Daşkəsən, Qazax, İsmayıllı, Yardımlı və digər rayonların kəndlərində ...

İnformasiya və rabitə sektorunda göstərilən xidmətlərin 60,2 faizi mobil telefon operatorlarının payına düşür

21.09.2014 [16:03]
İnformasiya və rabitə sektorunda 2014-cü ilin yanvar-avqust aylarında təsərrüfat subyektlərinə və əhaliyə 988,9 milyon manatlıq və ya əvvəlki ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 10,5 faiz çox xidmət göstərilib. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, xidmətlərdən əldə olunmuş gəlirlərin ...

Azərbaycanda 149,4 milyon manatlıq kompyuter,elektron və elektrik avadanlığı istehsal olunub

21.09.2014 [03:12]
Cari ilin yanvar-avqust ayları ərzində Azərbaycanda kompyuter, elektron və elektrik avadanlığı istehsalının həcmi 149,4 milyon manat təşkil edib. Dövlət Statistika Komitəsindən AzərTAc-a bildirilib ki, ötən ilin müvafiq dövrü ilə müqayisədə ...

“Bakcell” şirkəti “ALOV” yeni brend smartfonunu təqdim edib

20.09.2014 [20:29]
Azərbaycanın mobil operatoru “Bakcell” şirkəti Azərbaycan bazarında “ALOV” yeni brend smartfonunu təqdim edib. Gözoxşayan dizayn və xüsusi funksiyaları ilə seçilən, smartfon “Android” əməliyyat sistemindədir. AzərTAc xəbər verir ki, şirkətin baş icraçı direktoru Riçard Şirer ötən il “Bakcell” ilk dəfə ...

Azərbaycan və Kolumbiya arasında yüksək texnologiyalar sahəsində əməkdaşlıq məsələləri müzakirə olunub

20.09.2014 [18:48]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, nazir Əli Abbasov Kolumbiyanın ölkəmizdəki səfirliyinin müvəqqəti işlər vəkili Assad Jose Gater ilə görüşüb. Ölkələrimiz arasında münasibətlərin uğurlu inkişafından bəhs edən nazir əməkdaşlığın ...

Belarusun Azərbaycandakı səfiri ilə Azərbaycanın rabitə və yüksək texnologiyalar nazirinin görüşündə İKT sahəsində əməkdaşlığın perspektivləri müzakirə edilib

20.09.2014 [17:07]
Belarusun Azərbaycandakı səfiri Nikolay Patskeviç Azərbaycanın rabitə və yüksək texnologiyalar naziri Əli Abbasovla görüşüb. Belarusun Bakıdakı səfirliyindən AzərTAc-a verilən məlumata görə, görüşdə informasiya-kommunikasiya texnologiyaları və yüksək texnologiyalar sahəsində Belarus-Azərbaycan ...

Argentina Azərbaycanda nüvə tədqiqatları və kosmik sənaye sahələrinə maraq göstərir

20.09.2014 [14:41]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən (RİTN) AzərTAc-a bildirilib ki, nazir Əli Abbasov Argentinanın ölkəmizdəki səfiri Karlos Dante Riva və kosmik texnologiyalar və nüvə tədqiqatları sahəsi üzrə ixtisaslaşan “İNVAP” şirkətinin departament rəhbəri Ruben Mazzi ilə görüşüb ...

“Azercell” yeni tarif paketini təqdim edib

19.09.2014 [17:27]
Azərbaycanın mobil operatoru “Azercell Telekom” MMC yeni tarif paketini təqdim edib. Şirkətdən AzərTAc-a bildirilib ki, “Gənc OL” tarifi güzəştli və sərfəlidir. Yeni tarif paketinə qoşulmaq üçün “SimSim” abonentləri “Gencol5” və ya “Gencol10” açar sözünü 7575-ə göndərməlidirlər. Tarif paketinə qoşulanlar müxtəlif endirim və kampaniyalardan ...

“E-pul” elektron ödəniş xidməti yaradılıb

17.09.2014 [15:04]
Azərbaycanda real vaxt rejimində ödəniş imkanı verən “e-pul” elektron ödəniş xidməti yaradılıb. Məlumat Hesablama Mərkəzindən AzərTAc-a bildirilib ki, xidmətin köməyi ilə kommunal, mobil rabitə, kabel televiziya və digər xidmətlər üzrə ödənişləri yerinə yetirmək mümkündür. Xidmət www.e-pul.az ünvanında fəaliyyət göstərir. “E-pul”un digər elektron ödəniş xidmətlərindən üstünlüyü elektron pul kisəsi funksiyasına ...

“Bakcell INQUTU” vasitəsilə ünsiyyət daha rahat olacaq

17.09.2014 [08:34]
Azərbaycanın mobil operatoru “Bakcell” yeni xidmət növünü istifadəyə verib. “Bakcell INQUTU” xidməti abonentə bütün onlayn ünsiyyət kanallarını, həmçinin təqvim və müxtəlif mənbələrdən olan əlaqələrini bir yerdə saxlamağa imkan verən vahid intuitiv interfeysdir ...

Türk televiziya kanallarının Azerspace-1 peyki üzərindən yayımlanmasına dair müqavilə imzalanıb

15.09.2014 [20:22]
Sentyabrın 11-14-də İstanbulda keçirilən CeBİT İnformasiya Texnologiyaları Avrasiya Sərgisində iştirak edən “Azərkosmos” ASC tədbir çərçivəsində bir sıra müqavilələr imzalayıb. ASC-dən AzərTAc-a bildiriblər ki, Türkiyənin NEBA şirkəti ilə türk kanallarının Azerspace-1 peyki üzərindən yayımlanmasına dair imzalanmış müqavilə mühüm əhəmiyyət kəsb edir. ...

“Ailə TV” yeni aksiyaya başlayıb

15.09.2014 [19:46]
“Ailə TV” sentyabrın 15-dən yeni aksiyaya başlayıb. “Caspian Telecom”un mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, oktyabrın 15-dək davam edəcək aksiyanın şərtlərinə əsasən rəqəmsal yayıma qoşulan hər bir abonent öncədən 60 manat ödəyərək qəbuledici və “Ailə TV” baza paketində növbəti dörd ayda 100 telekanal ...