Ölkəyə gətirilən mobil cihazların qeydiyyatında ödənişli sistemin tətbiqinə başlanılır
AzerTAg.az
01.11.2014 [12:05]
Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərarı ilə təsdiq edilmiş “Mobil cihazların qeydiyyatının aparılması qaydası”na əsasən, noyabrın 1-dən şəxsi istifadə, satış və digər sahibkarlıq fəaliyyəti məqsədi ilə ölkəyə gətirilən mobil cihazların qeydiyyatında ödənişli sistem tətbiq olunur ...
“Bakcell” rouminq qiymətlərini endirir
AzerTAg.az
31.10.2014 [20:10]
“Bakcell” şirkəti Birləşmiş Ərəb Əmirliklərinə (BƏƏ) səfər edən abunəçiləri üçün Azərbaycanda ilk dəfə olaraq böyük endirim kampaniyasına start verib. Noyabrın 1-dən etibarən bu ölkədə səfərdə olan abunəçilər rouminqdə səs və internet xidmətlərindən çox sərfəli qiymətə faydalana biləcəklər ...
Küveytdə “Bakutel” sərgisinə böyük maraq var
AzerTAg.az
30.10.2014 [19:13]
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Küveytin gənclər məsələləri üzrə dövlət naziri Şeyx Salman Sabah Salem əl-Hamud əl-Sabahın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb ...
Mobil telefonlara göndərilən reklam xarakterli SMS-lər üzrə araşdırmalar aparılıb
AzerTAg.az
29.10.2014 [22:00]
Mobil rabitə abunəçilərinə əvvəlcədən razılaşdırılmadan müxtəlif məzmunlu reklam xarakterli SMS-lərin göndərilməsi, bunun müqabilində bir sıra hallarda onların balansından vəsait çıxılması barədə kütləvi informasiya vasitələrində yayılan məlumatlarla bağlı Milli Məclisə və digər dövlət qurumlarına, eləcə də Rabitə və Yüksək Texnologiyalar Nazirliyinə (RYTN) şikayətlər daxil olub ...
“Bakı 2015 - Avropa Oyunları”na həsr olunmuş poçt markaları buraxılacaq
AzerTAg.az
29.10.2014 [21:45]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin (RYTN) “Azərmarka” şirkəti tərəfindən 2015-ci ildə Bakıda keçiriləcək birinci Avropa Oyunlarına həsr olunmuş altı poçt markası buraxılacaq.
Nazirlikdən AzərTAc-a bildirilib ki, markaların üzərində Heydər Əliyev adına Arena, Bakı Olimpiya Stadionu, Tofiq Bəhramov adına Respublika Stadionu, Milli Gimnastika Arenası ...
İnformasiya və rabitə sektoru üzrə əldə olunan gəlirlərin 58,8 faizi mobil rabitənin payına düşür
AzerTAg.az
29.10.2014 [05:26]
Bu ilin yanvar-sentyabr aylarında informasiya və rabitə sektorunda təsərrüfat subyektlərinə və əhaliyə 1140,5 milyon manatlıq və ya 2013-cü ilin müvafiq dövrünə nisbətən müqayisəli qiymətlərlə 12,6 faiz çox xidmət göstərilib. ...
“Nar Mobile” dilerlərin fəaliyyətindən razıdır
AzerTAg.az
28.10.2014 [20:33]
“Nar Mobile” mobil operatorunun Bakıda dilerlərin iştirakı ilə keçirilən illik toplantısında əldə olunmuş nailiyyətlər və yeni hədəflər müzakirə olunub.
AzərTAc xəbər verir ki, toplantıda diler müqavilələrində edilən müsbət dəyişikliklərdən bəhs olunub. Bildirilib ki, bonuslar barədə mütəmadi məlumat ötürülməsi mexanizmi ...
Gənclər Siyasəti üzrə 1-ci Qlobal Foruma həsr edilmiş poçt markası buraxılıb
AzerTAg.az
28.10.2014 [19:18]
Bakıda Gənclər siyasəti üzrə I Qlobal Forumu keçirilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, “Azərmarka” şirkəti bu mühüm tədbirə həsr olunmuş poçt markası çap etdirib. Nəfis dizaynda hazırlanmış markanın ...
Rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov Qobustanda vətəndaşları qəbul edəcək
AzerTAg.az
28.10.2014 [17:09]
Mərkəzi icra hakimiyyəti orqanları rəhbərlərinin şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə uyğun olaraq rabitə və yüksək texnologiyalar naziri Əli Abbasov oktyabrın 31-də saat 11-də Qobustan rayonunda vətəndaşları qəbul edəcək.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin mətbuat xidmətindən AzərTAc-a bildirilib ki, ...
Dünya Poçt İttifaqının payız sessiyası başlayıb
AzerTAg.az
28.10.2014 [14:36]
İsveçrənin Bern şəhərində Dünya Poçt İttifaqının (ÜPİ) Poçt Əməliyyatları Şurası (PƏŞ) və Administrativ Şurasının (AŞ) birgə sessiyası başlayıb. Sessiyada Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Beynəlxalq Əlaqələr və Hesablaşma Mərkəzinin meneceri Vüsal Mirzəyev də iştirak edir. ...
“Bakı Teleqrafı” ASC-nin səhmlərinin 97,38 faizi investisiya müsabiqəsinə çıxarılıb
AzerTAg.az
27.10.2014 [22:30]
Əmlak Məsələləri Dövlət Komitəsi (ƏMDK) rabitə xidmətləri ilə məşğul olan “Bakı Teleqrafı” ASC-nin səhmlərinin 97,38 faizinin satışı üzrə investisiya müsabiqəsi elan edib.
ASC-nin 400,5 min ədəd səhminin satışı üzrə müsabiqədə yerli və xarici investorlar iştirak edə bilərlər. Müsabiqə iştirakçılarının hazırladığı investisiya proqramına beynəlxalq standartlara ...
“Azercell” məsuliyyətli və şəffaf biznes modelini dəstəkləyir
AzerTAg.az
26.10.2014 [19:29]
Azərbaycanın mobil rabitə operatoru “Azercell Telekom” biznes fəaliyyəti üzrə “TeliaSonera”nın təşəbbüsünə qoşulub.
Şirkətdən AzərTAc-a bildirilib ki, “TeliaSonera”nın qlobal səviyyədə təqdim etdiyi ...
Azərbaycanda 46 mindən çox radioelektron vasitə dövlət qeydiyyatına alınıb
AzerTAg.az
26.10.2014 [18:16]
Dövlət Radiotezliklər İdarəsi (DRİ) tərəfindən qeydiyyata alınan radioelektron vasitələr və radiotezlik istifadəçiləri haqqında məlumat açıqlanıb.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən AzərTAc-a bildirilib ki, hazırda qeydiyyatda ...
Elektron imza ilə işləyən “pul kisəsi”
AzerTAg.az
26.10.2014 [16:50]
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin Məlumat Hesablama Mərkəzi (MHM) “GoldenPay” şirkəti ilə birlikdə ölkəmizdə yeni layihə olan “Elektron pul kisəsi”nin tətbiqinə hazırlaşır.
Mərkəzdən AzərTAc-a bildirilib ki, “Elektron pul kisəsi”ndən bütün növ elektron imza ...
Azərbaycan elektron təhlükəsizlik məsələlərinə həsr edilmiş beynəlxalq simpoziumda təmsil olunub
AzerTAg.az
24.10.2014 [17:15]
Gürcüstanın paytaxtı Tbilisidə DEA (DataExchangeAgency) və FİRST təşkilatının birgə əməkdaşlığı ilə beynəlxalq simpozium keçirilib. Beynəlxalq tədbirdə Azərbaycanı Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzinin əməkdaşları Aysel Hadiyeva və Fərhad Rəhimli təmsil ediblər ...
“Azercell” beynəlxalq “Stevie” mükafatına layiq görülüb
AzerTAg.az
23.10.2014 [20:12]
Azərbaycanın mobil operatoru “Azercell Telekom” nüfuzlu “Stevie” Beynəlxalq Biznes Mükafatına (International Business Awards Stevie) layiq görülüb. Bu mükafat şirkətə telekommunikasiya sahəsində tətbiq etdiyi yeniliklərə və həyata keçirdiyi innovativ layihələrə görə verilib ...
Elektron Təhlükəsizlik Mərkəzi istifadəçilərə yeni troyanla bağlı xəbərdarlıq edib
AzerTAg.az
22.10.2014 [18:33]
“MX Lab” elektron poçt vasitəsi ilə yayılan “my new photo” mövzulu yeni troyanı aşkar edib. Saxta e-poçt mesajı vasitəsilə göndərilən bu troyan antivirus proqramları vasitəsi ilə çox çətin aşkar edilir.
Rabitə və Yüksək Texnologiyalar Nazirliyi yanında Elektron Təhlükəsizlik Mərkəzi ...
“Gənc OL” tarifi çərçivəsində “PlayStation FİFA 2014” çempionatı keçirilir
AzerTAg.az
22.10.2014 [00:15]
“Azercell Telecom” MMC “Gənc OL” tarifi çərçivəsində “PlayStation FİFA 2014” çempionatı keçirir. Oktyabrın 22-dək “Gənc OL” portalında qeydiyyatdan keçən 16 yaşdan yuxarı abonentlər bu maraqlı yarışmaya qoşula bilərlər. ...
“Bakcell”in yeni müştəri xidmətləri mərkəzində abonentlər mükafatlandırılıb
AzerTAg.az
21.10.2014 [04:52]
Azərbaycanın mobil operatoru “Bakcell” şirkətinin bir müddət əvvəl istifadəyə verilən yeni müştəri xidmətləri mərkəzinə müraciət edən bəzi abonentlər xoş sürprizlə qarşılaşıblar.
Şirkətdən AzərTAc-a bildirilib ki, Ü.Hacıbəyov 48 ünvanında, “Sahil bağı”nın yanında ...
MULTİMEDİA
04.06.2023 [15:02]
04.06.2023 [12:37]