QAN YADDAŞI
İndoneziyanın “TV9 Nusantara” telekanalında “Sonsuz Dəhliz” sənədli filmi nümayiş olunub VİDEO
Cakarta, 24 fevral, AZƏRTAC
İndoneziyanın “TV9 Nusantara” telekanalında Xocalı soyqırımının 25-ci ildönümü ilə əlaqədar “Sonsuz Dəhliz” sənədli filmi yerli dildə alt yazı ilə yayımlanıb.
Fevralın 14-dən başlayaraq telekanal Xocalı faciəsindən bəhs edən film barədə günün müxtəlif saatlarında 100 dəfəyədək anons edib. Əlavə olaraq, “Jurnal Utama” xəbərlər buraxılışında sənədli filmdə baş verən hadisələrə dair xəbər yerləşdirilib.
“TV9 Nusantara” kanalının rəhbərliyi bildirib ki, izləyicilərin maraq və təklifləri nəzərə alınaraq filmin təkrar nümayişi nəzərdə tutulur.
Qeyd edək ki, “TV9 Nusantara” kanalı həm İndoneziyada, həm də xarici ölkələrdə geniş yayım əhatəsinə malikdir.
Vüqar Ağayev
AZƏRTAC-ın xüsusi müxbiri
Cakarta