Azərbaycan Dövlət İnformasiya Agentliyi

Dmitri Savelyev: Azərbaycan ötən 25 il ərzində sübut edib ki, etibarlılığın və sabitliyin dayağıdır VİDEO

Dmitri Savelyev: Azərbaycan ötən 25 il ərzində sübut edib ki, etibarlılığın və sabitliyin dayağıdır VİDEO

Moskva, 4 aprel, AZƏRTAC 

Aprelin 4-də Rusiya Federasiyası Dövlət Dumasının orqanı olan “Parlamentskaya qazeta” nəşrinin mətbuat mərkəzində Azərbaycan ilə Rusiya arasında diplomatik əlaqələrin qurulmasının 25 illiyinə həsr olunmuş “Rusiya və Azərbaycan: diplomatik əlaqələrin 25 illiyi” mövzusunda “dəyirmi masa” keçirilib.

Tədbirin aparıcısı, Siyasi Tədqiqatlar İnstitutunun direktoru Sergey Markov bildirib ki, bu il Rusiya ilə Azərbaycan arasında diplomatik əlaqələrin qurulmasının 25 illik yubileyi qeyd olunur. Bu dövr ərzində iqtisadiyyat, mədəni-humanitar, təhlükəsizlik sahələrində xeyli birgə layihələr həyata keçirilib. İki ölkənin təhlükəsizlik sahəsində yetərincə sıx əməkdaşlıq etdiyini deyən politoloq Azərbaycanın terrorizmlə mübarizə sahəsində fəaliyyətini yüksək qiymətləndirib. S.Markov Rusiyadakı Azərbaycan diasporunun fəaliyyətindən danışaraq qeyd edib ki, Rusiya azərbaycanlıları Vladimir Putinin prezidentliyə namizədliyini ilk dəstəkləyənlərdən olublar. O, həmçinin Azərbaycanın rusdilli əhalisinin ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliyevin siyasətini qətiyyətlə dəstəklədiklərini diqqətə çatdırıb. “1993-cü ildə Heydər Əliyevin hakimiyyətə qayıdışını Azərbaycanın rusdilli əhalisi üçün qurtuluş kimi qiymətləndirmək olar. O dövrdə rusdilli əhali ölkədən köçürdü. Heydər Əliyevin qayıdışı bu insanlar üçün sabitliyin təminatı idi”, - deyə o vurğulayıb. S.Markov vurğulayıb ki, hazırda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən multikulturalizm və tolerantlıq siyasəti Azərbaycanda sülhün və sabitliyin qorunmasına xidmət edir.

Rusiya Dövlət Dumasının deputatı, Rusiya-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Dmitri Savelyev ötən gün Sankt-Peterburq metrosunda törədilmiş terror aktını qətiyyətlə pisləyərək bildirib ki, Azərbaycan postsovet məkanının təhlükəsizlik baxımından ən sabit dövlətlərindən biridir. O deyib: “Azərbaycan Rusiya ilə birlikdə regionda sabitliyin qorunması məqsədlərinə xidmət edir. Azərbaycanın güclü ordusu, müasir silahları var və bütün bunlar regionda sabitliyə xidmət edir. Ötən 25 il ərzində Azərbaycan sübut edib ki, etibarlılığın və sabitliyin dayağıdır. Rusiya qardaş Azərbaycana hər zaman etibar edə bilər”.

Deputat Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsinə toxunaraq vurğulayıb ki, bu problem tezliklə həllini tapmalı, işğal altında olan ərazilər Azərbaycana qaytarılmalıdır. “Toxunmaq istədiyim ikinci məsələ Xocalı soyqırımı ilə bağlıdır. Bu dəhşətli faciəyə dünya ictimaiyyəti tərəfindən münasibət ikili standartların bariz nümunəsidir. Hesab edirəm ki, Xocalı faciəsinin soyqırımı kimi dünya parlamentləri tərəfindən tanınması olduqca vacib məsələdir”, - deyə o vurğulayıb.

Dövlət Dumasının deputatı Tatyana Tsıbizova bu günlər Bakıda keçirilən Rusiya-Azərbaycan münasibətlərinə dair konfransda iştirak etdiyini bildirilək deyib: “Mən Volqoqrad vilayətini təmsil edirəm. Volqoqradda Heydər Əliyev Fondunun dəstəyi ilə Volqoqrad-Bakı dostluq parkı salınıb, böyük Azərbaycan diasporu fəaliyyət göstərir. Volqoqradlılar Azərbaycanla olan mehriban dostluq münasibətlərini əsas tuturlar. Rusiya və Azərbaycan xalqları arasında münasibətlərə “tolerantlıq” sözü uyğun gəlmir. Biz bir-birimizə dözümlülük nümayiş etdirmirik, biz dostluq edirik”. Rusiyalı deputat Mehriban xanım Əliyevanı Azərbaycanın Birinci vitse-prezidenti vəzifəsinə təyin edilməsi münasibətilə təbrik edərək bildirib ki, onun bu vəzifədə fəaliyyəti iki ölkənin qadın hərəkatının güclənməsinə təkan verəcək. “Qadın varlığı təbiətən sülhə köklənib. Azərbaycanda Dağlıq Qarabağda əzizlərini, həyat yoldaşlarını, ata və qardaşlarını itirmiş qadınlar var. Əminəm ki, Mehriban xanım Əliyevanın rəhbərliyi ilə qadınlar sülhməramlı hərəkata başçılıq edəcəklər. Azərbaycan sülh sahəsində əməkdaşlıqda digər postsovet ölkələrinə nümunə ola bilər”.

Rusiya Dövlət Dumasının İnformasiya Siyasəti, İnformasiya Texnologiyaları və Rabitə Komitəsi sədrinin müavini Aleksandr Yuşşenko aprelin 3-də Almaniyada tədbirdə iştirak etdiyini və Sankt-Peterburq metrosunda baş vermiş terror hadisəsi barədə xəbəri orada aldığını deyib. O bildirib ki, terror aktında həyatını itirənlərlə əlaqədar ilk başsağlığını Milli Məclisdən olan həmkarlarından alıb. Bu, iki ölkənin parlamentariləri arasında dostluq münasibətlərinin səviyyəsindən xəbər verir. Deputat Azərbaycan rəhbərliyinin rus dilinə qayğısından danışıb. “Ölkələrimiz kənar qüvvələrin əks təsirinə baxmayaraq əməkdaşlığı və inteqrasiya əlaqələrini inkişaf etdirəcəklər. Bu gün Azərbaycan çiçəklənən dövlətdir. Dünyanın ən gözəl şəhərlərindən biri olan Bakı mühüm beynəlxalq tədbirlərə ev sahibliyi edir. “Eurovision” mahnı yarışmasının, Birinci Avropa Oyunlarının, “Formula-1” yarışının Bakıda uğurla keçirilməsi Birinci vitse-prezident Mehriban Əliyevanın xidmətləridir. A.Yuşşenko vurğulayıb ki, Rusiya ilə Azərbaycan arasında əməkdaşlıq nə qədər güclü olarsa, dünyada qanlı terror törədən qüvvələrin mövqeyi bir o qədər zəifləyər.

Tədbirdə Azərbaycanın əməkdar elm xadimi, professor Kamran Rüstəmov, “AzərRos” ictimai təşkilatının rəhbəri Mehriban Sadıqova da çıxış ediblər.

“Dəyirmi masa” zamanı Bakı ilə canlı bağlantı da yaradılıb. Bakıdan “Skype” vasitəsilə tədbirə Ekspert Şurasının sədri Elxan Ələsgərov, “Baku Network” analitika mərkəzinin direktoru Gülnarə Məmmədzadə qatılıblar. Onlar bu günlər Bakıda Azərbaycan-Rusiya diplomatik münasibətlərinin qurulmasının 25 illiyi ilə əlaqədar silsilə tədbirlərin keçirildiyini qeyd edib, iki ölkə arasında münasibətlərin böyük perspektivlərindən, o cümlədən Azərbaycan-Türkiyə-Rusiya müstəvisinin inkişaf etdirilməsinin vacibliyindən danışıblar.

Fəridə Abdullayeva

AZƏRTAC-ın xüsusi müxbiri

Moskva

Dmitri Savelyev: Azərbaycan ötən 25 il ərzində sübut edib ki, etibarlılığın və sabitliyin dayağıdır VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Qazaxıstan paytaxtında Azərbaycanın iştirakı ilə “Astana Media Week” keçirilir

AHİK: Gələcəyin modeli ənənəvi fəaliyyətlə rəqəmsal imkanların səmərəli vəhdəti olacaq

Bakıda Xəzər İnşaat Həftəsi keçirilir

UEFA reytinqi: Azərbaycan “Sabah”ın qələbəsi sayəsində bir pillə irəliləyib

Bakıda İKT-nin Tətbiqi üzrə 20-ci IEEE Beynəlxalq Konfransı işə başlayıb

Bakı Beynəlxalq İnklüziv Məşğulluq Konfransına ev sahibliyi edəcək

Qanunsuz toyuq əti emalı müəssisəsində plandankənar yoxlama aparılıb

Azərbaycan güləşçisi dünya çempionatında gümüş medal qazanıb

Çempionlar Liqası: “Fənərbağça” İngiltərə səfərində, “Mançester Siti” PSJ-yə qarşı

Azərbaycan nefti 127 dollardan baha satılır

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub