Azərbaycan Dövlət İnformasiya Agentliyi

İsrail telekanalında Azərbaycan ilə diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümünə həsr edilmiş süjet göstərilib VİDEO

Bakı, 14 aprel, AZƏRTAC

Bu günlərdə biz İsrail Dövləti ilə Azərbaycan Respublikası arasında diplomatik münasibətlərin yaradılmasının 25-ci ildönümünü qeyd edirik. İki dövlət arasında bu real və həqiqi tərəfdaşlıq müxtəlif sahələrdə sıx əməkdaşlıq nəticəsində artıq iyirmi ildən çoxdur ki, inkişaf edir. İsrail Azərbaycanın müstəqilliyini tanıyan ilk ölkələrdən biri olub. Avrasiya ərazisində heç bir ölkənin İsraillə Azərbaycan Respublikası qədər yaxın və mehriban münasibətləri yoxdur.

AZƏRTAC xəbər verir ki, Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu telekanalının “Den” proqramının birbaşa efirində “Azərbaycan ilə diplomatik münasibətlərin 25 illiyi” adlı süjeti şərh edərkən söyləyib.

Ekspert vurğulayıb ki, 1991-ci ildə dövlət müstəqilliyini elan etdikdən sonra Azərbaycan islam dünyasında İsrailin ən yaxın dostuna və tərəfdaşına çevrilib. Arye Qut deyib: “Yəhudi dövləti Cənubi Qafqazda tərəfdaşlar axtarışında keçmiş sovet imperiyası və İran arasında yerləşən yeni dünyəvi dövlətin - Azərbaycan Respublikasının simasında arzu edilən və etibarlı tərəfdaş tapdı. İki ölkənin mürəkkəb geosiyasi əhatəsinə baxmayaraq, İsrail və Azərbaycan arasında möhkəm və sarsılmaz tərəfdaşlıq yaranıb, burada energetika iki dövlətin qarşılıqlı münasibətlərinin əsas strateji sütunlarından biridir”.

Arye Qut vurğulayıb ki, əhalisinin böyük hissəsi müsəlmanlardan ibarət olan Azərbaycan, həmçinin digər etnik və dini qruplar, o cümlədən zərdüştiliyin, xristian və yəhudi icmalarının da doğma evidir. İpək Yolu dövründən bu günümüzədək Azərbaycanda milli azlıqlara hörmət və dözümlülük mühüm rol oynayıb. Azərbaycan müstəqillik qazandıqdan sonra milli azlıqların nümayəndələri, habelə qadınlar hökumətdə təmsil olunublar.

Azərbaycanda qadınlara seçki hüququ Avropa dövlətlərindən daha əvvəl, hələ XX əsrin əvvəllərində, Azərbaycan Xalq Cümhuriyyəti dövründə verilib. Həmin dövrdə və sonrakı illərdə Azərbaycan hökumətində milli azlıqların nümayəndələri, o cümlədən yəhudilər də təmsil olunmuşdur. Azərbaycanlılar yəhudilərə heç vaxt əcnəbi kimi baxmayıblar.

Azərbaycan dövlətçiliyinin qurulması və inkişafı tarixində yəhudi icmasının mühüm və inteqral rolu barədə Azərbaycandan kənarda və ya dünyadakı yəhudi icmalarından nisbətən az adam məlumatlıdır. “Məsələn, 1918-1920-ci illərdə Azərbaycan Xalq Cümhuriyyətinin ilk səhiyyə naziri yəhudi - doktor Yevsey Gindes olub, yəhudi fraksiyalarının nümayəndələri Cümhuriyyətin parlamentində təmsil olunublar. Azərbaycan Xalq Cümhuriyyətinin mövcud olduğu 1918-1920-ci illərdə yəhudi icması “Kavkazskiy yevreyskiy byulleten” jurnalı, “Palestina” qəzeti, habelə “Molodyoj Siona” jurnalı nəşr edirdi.

Arye Qut İsrailin 9-cu telekanalının “Den” proqramının birbaşa efirindəki çıxışında deyib: “Ümumdünya Yəhudi Konqresinin prezidenti Ronald Lauderin Azərbaycana səfəri zamanı mən bu barədə ona da məlumat vermişəm”.

A.Qut qeyd edib ki, praktiki olaraq bütün sahələrdə əməkdaşlıq və tərəfdaşlıq inkişaf edir. O deyib: “Son iki ildə İsrailli jurnalistlərdən ibarət beşdən çox nümayəndə heyəti Azərbaycanda səfərdə olub. Bu illər ərzində mən özüm iki-üç dəfə belə nümayəndə heyətlərini müşayiət etmişəm ki, onlar azərbaycanlıların yəhudilərə necə münasibət bəslədiklərini öz gözləri ilə görsünlər. Real dəstək və düzgüm strategiya olmadan bu cür layihələri həyata keçirmək mümkün deyil. Yeri gəlmişkən, burada Azərbaycan Prezidentinin ictimai-siyasi məsələlər üzrə köməkçisi Əli Həsənovun böyük rolunu xüsusi vurğulamaq istəyirəm. O, Azərbaycan ilə İsrail arasında qarşılıqlı münasibətlərin inkişafına və möhkəmlənməsinə çox böyük töhfə verir”.

İsrailli ekspert qeyd edib ki, qonşu Ermənistanın Azərbaycana qarşı genişmiqyaslı müharibəsi və təcavüzünə baxmayaraq, dinc yanaşı yaşama prinsipi Azərbaycan cəmiyyətinin təməl daşı kimi qalmaqda davam edir. O deyib: “Hətta 25 il əvvəl Azərbaycanın Dağlıq Qarabağ regionu ətrafında müharibə başlayanda Azərbaycan cəmiyyəti konfessional və etnik qruplar arasında harmoniyanı qoruyub saxladı. Bu gün Azərbaycan Cənubi Qafqazda güclü müstəqil dövlət, geosiyasi və geoiqtisadi proseslərin lideridir. Azərbaycan dünya və region dövlətlərindən asılı olmayan çoxvektorlu xarici siyasət həyata keçirir. İsrail və onun xalqı Azərbaycana və Prezident İlham Əliyevə böyük hörmət və ehtiramla yanaşır. Onlar beynəlxalq arenada güclü və müstəqil aktor olan Azərbaycanın iqtisadi inkişafı istiqamətində Prezident İlham Əliyevin səylərini yüksək qiymətləndirirlər. Belə bir faktı vurğulamağa dəyər ki, İsrail Azərbaycanın ərazi bütövlüyünü fəal dəstəkləyir və Ermənistanın təcavüzkar əməllərini pisləyir. 25 ildir Ermənistanın işğalı altında olan Dağlıq Qarabağın və onun ətrafındakı 7 rayonun qaytarılması məsələsində İsrail real və həqiqi tərəfdaş kimi Azərbaycana dəstəyini nümayiş etdirib”, - məqalədə deyilir.

Arye Qut İsraillin Baş naziri Benyamin Netanyahunun Bakıya tarixi səfərinin əhəmiyyətini vurğulayıb.

İsrailin Baş naziri Benyamin Netanyahu Bakıya səfəri zamanı İsrail-Azərbaycan münasibətlərini yüksək qiymətləndirib. O deyib: “Biz dünyada özümüzə qarşı dözümsüzlük, nifrətli münasibət hallarını çox görürük. Burada - Azərbaycanda isə bütün dünyada müsəlmanlarla yəhudilər arasında hansı münasibətlərin ola bilməsinin və olmasının nümunəsini görürük”.

İsrailin indiki müdafiə naziri Aviqdor Liberman hələ xarici işlər naziri olduğu dövrdə ikitərəfli münasibətlərin möhkəmlənməsinə böyük töhfə verib. O deyib: “Azərbaycan İsrailin təkcə strateji tərəfdaşı deyil, həm də dinlərarası və etnik qruplar arasında tolerantlıq nümunəsidir. Azərbaycanla İsrail arasında dostluq münasibətləri getdikcə daha möhkəm və sarsılmaz olur ki, bu da şübhəsiz, hər iki tərəfə fayda gətirir”.

Arye Qut qeyd edib ki, Azərbaycan ilə İsrail arasında münasibətlər pozitiv, strateji xarakter daşıyır. Azərbaycan-İsrail ticari əməkdaşlığı çiçəklənir, əmtəə dövriyyəsinin həcmi 4 milyard dollara yaxındır.

Arye Qut öz çıxışında fəxrlə qeyd edib ki, bir neçə dəfə şəxsən Azərbaycanın prezidenti İlham Əliyevlə görüşüb. Bu görüşlərdə O, Azərbaycan rəhbərliyinin ölkədəki milli azlıqların, o cümlədən dünyada analoqu olmayan yəhudi icmasının ənənələrinə və həyatına qayğıkeş və səmimi münasibətini real hiss edib. “Prezidentin himayəsi ilə iki sinaqoq və Cənubi Qafqazda ən böyük Yəhudi Təhsil Mərkəzi tikilib. Azərbaycanda yəhudi muzeyinin yaradılması planlaşdırılır. Bu, Cənubi Qafqazda ilk yəhudi muzeyi olacaq. Əgər kimdəsə əhalisinin əksəriyyəti müsəlman olan Azərbaycan kimi ölkənin İsraillə yüksək səviyyədə dialoq, əməkdaşlıq və tərəfdaşlığı necə qurmasına dair sual yaransa, o zaman yəhudilərin məşhur Qırmızı Qəsəbəsinə baxmaq kifayət edər.

Qırmızı Qəsəbə dünyada yəhudilərin sıx yaşadığı yeganə unikal yerdir. Bu qəsəbə Azərbaycanın həqiqi qürurudur. Burada yəhudilər və azərbaycanlılar əsrlərboyu doğma qardaş kimi yaşayır, onları ümumi tale birləşdirir. Ermənistanın Azərbaycana qarşı yeritdiyi etnik təmizləmə siyasətinə və təcavüzünə, o cümlədən ölkə ərazisinin 20 faizinin işğal altında olmasına və ölkədə bir milyon qaçqın və məcburi köçkün yaranmasına baxmayaraq, Azərbaycan sivilizasiyalar və konfessiyalararası dialoqun həqiqi nümunəsi olmaqda davam edir. Tolerantlıq və multikulturalizm Azərbaycan cəmiyyətinin təməl daşıdır. Azərbaycan multikulturalizm və tolerantlıq ənənələrinin inkişafı və möhkəmlənməsi üçün siyasi və sosial şəraitin yaradılmasında zəruri səylər göstərib.

Arye Qutun sözlərinə görə, Azərbaycan konfessiyalararası harmoniyanın mümkün olmasını, hər hansı problemlərin dinc yolla, zorakılığa və ya münaqişələrə həll atmadan, həll edilə biləcəyini əməli şəkildə nümayiş etdirir.

Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin İsraildəki nümayəndəliyinin rəhbəri, beynəlxalq münasibətlər sahəsində tanınmış israilli ekspert Arye Qut bu fikirləri İsrailin 9-cu telekanalının “Den” proqramının birbaşa efirində “Azərbaycan ilə diplomatik münasibətlərin 25 illiyi” adlı süjeti şərh edərkən çıxışını bu sözlərlə tamamlayıb: “Prezident İlham Əliyev dünyəvi dövlətə, tolerantlığa sadiq olduğuna, Azərbaycanda yaşayan bütün konfessiyalara və xalqlara, o cümlədən Azərbaycan yəhudilərinə hörmətlə yanaşdığına görə, İsrail cəmiyyətinin xeyli hissəsinin, eləcə də dünyadakı yəhudi icmalarının hörmət və ehtiramını qazanıb. İsrail və Azərbaycan arasında münasibətləri, habelə Azərbaycan müsəlmanları və Azərbaycan yəhudiləri arasında münasibətləri yalnız qarşılıqlı maraqla izah etmək olmaz. Bu gün müasir Azərbaycan-İsrail münasibətlərini ümumi dəyərlər və ümumi tarix bağlayır. Hər iki ölkə onlar arasında bəşəri əlaqələrin mövcudluğu və müxtəlif dini-tolerant cəmiyyətlərdə yaşamaq qətiyyəti hesabına zənginləşir. Bundan əlavə, belə bir məsələ də aşkar və aydındır: Azərbaycanda yəhudilər və müsəlmanlar qardaş kimi dinc yanaşı yaşayıblar və bu gün də belə yaşayırlar. Onları bir-birinə ömürlük bağlayan ümumi tarix və ümumi taledir”.

İsrail telekanalında Azərbaycan ilə diplomatik münasibətlər yaradılmasının 25-ci ildönümünə həsr edilmiş süjet göstərilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

İğdırda Azərbaycan İncəsənət Həftəsi çərçivəsində konsert və moda sərgisi təşkil olunub

Dövlət informasiya infrastrukturlarına qarşı kiberhücum fəaliyyətləri qeydə alınıb

Təmir işləri ilə əlaqədar Bakının bəzi ərazilərində qaz kəsiləcək

ABŞ “Bank of America”nı 1,21 milyard dollar cərimələyib

Bakıda bəzi yollarda nəqliyyatın hərəkətində sıxlıq yaranıb

Yasamal və Binəqədi rayonlarında elektrik enerjisinin verilişində fasilə olacaq

Kiyev ballistik raketlərlə vurulub, ölənlər var

Böyük Britaniya Ukraynaya çoxməqsədli raketlərin tədarükünü sürətləndirəcək

Konqoda “Ebola” virusundan ölənlərin sayı 4300 nəfəri ötüb

“Politico”: Trampın yaxın vaxtlarda Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməsi gözlənilmir

“Forbes”: İlon Mask yenidən trilyonçu statusunu itirib

ABŞ şirkəti Ukrayna üçün Avropada “Patriot” raketləri istehsal edə bilər

FTB “OpenAI” əməkdaşını ofisdə dinləmə cihazı yerləşdirdiyinə görə həbs edib

Marko Rubio Özbəkistanda C5+1 formatında nazirlər görüşündə iştirak edəcək

Ukrayna hərbi ehtiyaclar üçün əlavə 1,33 milyard dollar ayırıb

Papa XIV Leonun ağciyərindən bədxassəli şiş çıxarılıb

Çempionlar Liqası: “Qalatasaray” “Barselona”ya məğlub olub

Corc Vaşinqtonun prezidentliyi dövrünə aid sikkə hərracda 2,9 milyon dollara satılıb

Koalisiya qüvvələri Yəməndə husilərin yanacaq anbarlarına zərbələr endirib

Meksika qəzetində azərbaycanlı rəssamın sərgisindən bəhs edən məqalə dərc olunub

“Sabah”ın baş məşqçisi: Futbolçularım xarakter və əzmkarlıq göstərdilər

Çexiya klubunun baş məşqçisi: “Sabah” bizi meydanın mərkəzində üstələdi

“Sabah”ın hücumçusu “Slaviya” ilə matçın oyunçusu seçilib

Çempionlar Liqası: “Sabah” liqa mərhələsində ilk qələbəsini qazanıb – YENİLƏNİB 4

Anatoli Livşits: Dəniz, relyef və şəhər tikililərinin vəhdəti Bakının özünəməxsus memarlıq görkəmini formalaşdırır

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Kambocanın Baş naziri Müdafiə Sənayesi Nazirliyinin müəssisələrini ziyarət edib VİDEO

Böyük Britaniyada yaradılan yeni iş yerlərinin 80 faizi miqrantların payına düşüb

Luvr muzeyinin qarətindən bir il keçir: oğurlanmış kral xəzinəsinin taleyi hələ də müəmmalıdır

Bakının iki ərazisində nəqliyyat vasitələrinin hərəkəti məhdudlaşdırılacaq

“Baku Jazz Festival-2026”: Xarici musiqiçilərin təəssüratları

Azərbaycan Mədəniyyəti FAO-nun Baş qərargahında təqdim olunub

Avropa Kuboku: “Gəncə” Yunanıstan klubuna uduzub

Avropa İttifaqı ilə Körfəz ölkələri strateji tərəfdaşlığı gücləndirməyi müzakirə edəcəklər

Cəbrayılın Şükürbəyli kəndində əmək yarmarkası olacaq

Ombudsman Səbinə Əliyeva vətəndaşları dinləyib

Asiya İnkişaf Bankının Azərbaycan üzrə direktoru Naxçıvana səfər edib

Azərbaycan modelçiləri “Ankara Model Show 2026” sərgisində mükafatlar qazanıblar

Tramp husilərə xəbərdarlıq edib

ABŞ Prezidenti: ABŞ İranla bağlı çox yaxın zamanda qərar verəcək

Tramp: ABŞ Ukrayna ilə kəşfiyyat məlumatlarını paylaşmağa davam edir

Londonda “Arşın mal alan” filminin nümayişi olub

Azərbaycanın Macarıstandakı yeni səfiri etimadnaməsini təqdim edib

Bu saata olan əsas xəbərlər

Məktəbli geyimi, sadəcə bir forma deyil…

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Zaqatalada Bəkməz çayının üzərindəki qəzalı körpü bərpa olunacaq VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Naxçıvan şəhərində məhəllədaxili yollar asfaltlanır VİDEO

Çempionlar Liqası: “Sabah” və “Slaviya Praqa”nın start heyətləri açıqlanıb

Frontex və Avropa Kosmik Agentliyi peyk məlumatlarından istifadəyə dair əməkdaşlığı genişləndirir

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Azərbaycanda vahid məktəbli geyimi VİDEO

Laos Prezidenti Milli Məclisdə olub

Azərbaycan Hərbi Dəniz Qüvvələrinin nümayəndə heyəti beynəlxalq simpoziumda iştirak edib

Faiq İsmayılov: Ənənəvi baş örtüklərimizi eyniləşdirib hamısını hicab adlandırmaq doğru deyil

AMEA-da yeni rəqəmsal hesabat modeli tətbiq edilir

Mərkəzi Bank: Sığorta sektorunun zərərlilik dərəcəsi artıb

Birinci yarımildə investisiya şirkətlərinin aktivləri 123 milyon manat olub

Mərkəzi Bank: İpoteka portfeli üzrə QİK əmsalı aşağı səviyyədədir

Şotlandiyada stadionlarda alkoqol qəbuluna yenidən icazə verilib

AMB: Bank sektoru üzrə kredit riskləri idarə olunan səviyyədədir

Türk ekspert: Azərbaycan və Türkiyə regional sülhün və Türk dünyasının parlaq gələcəyinin sarsılmaz təminatıdır

Azərbaycanın sabitliyi və əmin-amanlığı hər bir vətəndaşın məsuliyyətidir – RƏY

Deputat: Azərbaycan dünyanın müxtəlif regionlarında yerləşən dövlətlərlə əlaqələrini daha da genişləndirir

Türkiyə Prezidenti Səudiyyə Ərəbistanı ilə həmrəy olduğunu bəyan edib

Qazaxıstan ərazisindən tranzit yükdaşımaların həcmi 13 faizdən çox artıb

Vahid geyim qaydaları məktəb mədəniyyətinin möhkəmlənməsinə töhfə verir - Sənan Həsənov

ABŞ-nin Yunanıstandakı səfirindən istefa verməsi tələb edilib

Azərbaycanın dünyəvi təhsil modeli hədəfdə: İdeoloji mübarizənin pərdəarxası - TƏHLİL

Milli Məclisin növbəti iclasının gündəliyi açıqlanıb

Kamboca Krallığının birinci xanımı Piç Çanmoni İçərişəhərlə tanış olub

Təkrarsığortaya ötürülən təkrarsığorta haqları 74 milyon manat olub

Mərkəzi Bank: Əhalinin borc yükü artıb

Yarım ildə bank sektoru üzrə 62 milyon manat silinmə baş verib

BSU Şumen Universiteti ilə əməkdaşlığa dair memorandum imzalayıb

Şəhid övladları üçün Zəfər Muzeyinə ekskursiya təşkil edilib

Çin atom elektrik stansiyalarından enerji alan dünyanın ilk ultra yüksəkgərginlikli elektrik şəbəkəsini istismara verib

İşğaldan azad edilmiş ərazilərdə 100 minə yaxın insan məskunlaşıb

Səudiyyə Ərəbistanı neft hasilatındakı itkiləri bərpa edir

İqtisadi Şuranın növbəti iclası olub

Daha bir neçə avtobus marşrutu üzrə müsabiqələrin qalibləri müəyyən edilib

Prezident İlham Əliyevin YAP-ın VIII Qurultayındakı tarixi nitqi ADU-da gələcək inkişafın yol xəritəsi kimi

Beynəlxalq Cüdo Federasiyasının prezidenti dünya çempionatının yüksək səviyyədə təşkilinə görə Azərbaycana təşəkkür edib

Xaçmazda qəhvəyi mərmər bağacığına qarşı mübarizə tədbirləri ilə bağlı növbəti iclas baş tutub

Cənubi Afrikada aclıq son 15 ilin ən yüksək səviyyəsinə çatıb - ARAŞDIRMA

Qlobal avtomobil bazarında yeni minik avtomobillərinin qeydiyyatı 5 faizədək azalıb

BDU əməkdaşlarının rəqəmsal bacarıqları inkişaf etdirilir

AzTU tələbələri təhsil kreditləri barədə məlumatlandırılıb

QMİ sədri: Bəzi insanlardan dövlətə qarşı istifadə etmək istəyənlər var

Azərbaycanın müdafiə naziri Kamboca Krallığının Baş naziri ilə görüşüb

Asim Xudiyev UEFA-dan təyinat alıb

Azərbaycanın çoxşaxəli siyasəti: Bakı niyə daha böyük strateji əhəmiyyət qazanır?

Sentyabrda İqtisadiyyat Nazirliyinin Çağrı Mərkəzinə 40 min 702 müraciət daxil olub

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Vətən və bayraq sevgisi ilə böyüyən qəhrəmanın son döyüşü VİDEO

Süni intellekt xidmətlərinin adından istifadə edən yeni fişinq kampaniyası aşkarlanıb – Xəbərdarlıq

Təhsil müəssisələrində geyim mədəniyyəti: dünyəvi prinsiplər və peşəkar nümunə

Neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi 31 faizədək artıb

® “Kapital Bank”ın xalis mənfəəti 2026-cı ilin ilk 9 ayında 29,6 faiz artıb

Gömrükçülər külli miqdarda dərman vasitələri aşkarlayıblar

Allahşükür Paşazadə: Azərbaycanda müsəlmanların təzyiqə məruz qalması tamamilə yalandır

İran münaqişə dövründə 5 milyon tondan çox neft məhsulları ixrac edib

XİN Azərbaycan vətəndaşlarını Qara dəniz və Azov dənizi akvatoriyalarında gəmilərdə əmək fəaliyyəti ilə məşğul olmaqdan çəkinməyə çağırıb

UEFA Gənclər Liqası: “Sabah”ın U-19 komandası Çexiya klubuna uduzub