Azərbaycan Dövlət İnformasiya Agentliyi

Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Bakı, 10 noyabr, AZƏRTAC

Noyabrın 10-da Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib.

AZƏRTAC xəbər verir ki, Azərbaycan Respublikasının Prezidenti yanında Strateji Araşdırmalar Mərkəzinin yaradılmasının 10 illik yubileyi ilə əlaqədar təşkil olunan konfransda Türkiyə, Qazaxıstan, Qırğızıstan və digər türkdilli ölkələrdən nümayəndələr, QHT-lərin, KİV-lərin təmsilçiləri iştirak ediblər.

Konfransdan əvvəl iştirakçılar və Mərkəzin kollektivi Fəxri xiyabanda xalqımızın ümummilli lideri, müasir müstəqil dövlətimizin memarı və qurucusu Heydər Əliyevin xatirəsini yad edib, məzarı önünə əklil qoyublar.

Görkəmli oftalmoloq-alim, akademik Zərifə xanım Əliyevanın da xatirəsi anılıb, məzarı üzərinə tər güllər düzülüb.

Sonra Şəhidlər xiyabanında ölkəmizin azadlığı və suverenliyi uğrunda mübarizədə canlarından keçmiş qəhrəman Vətən övladlarının xatirəsi yad edilib, məzarları üzərinə güllər qoyulub.

Tədbirdə çıxış edən Azərbaycan Respublikası Prezidenti Administrasiyasının xarici siyasət məsələləri şöbəsinin müdir müavini Ərəstü Həbibbəyli deyib ki, XXI əsri, heç şübhəsiz, “geosiyasi təlatümlər” dövrü adlandırmaq olar. Bu əsrdə proseslər astronomik sürətlə cərəyan edir. Belə ki, əgər dünya xəritəsində siyasi mənzərənin və qüvvələr nisbətinin dəyişməsi üçün orta əsrlərdə 300-400 il lazım gəlirdisə, XIX əsrdə bu müddət 100 ilə, XX əsrdə 40-50 ilə qədər azalıb. Yaşadığımız əsrin iki onilliyi isə göstərib ki, hazırda hər onilliyin öz hökmü var.

Ərəstü Həbibbəyli qeyd edib ki, yeni minilliyin ilk onilliyi formalaşmaqda olan birqütblü dünya nizamının müəyyən təzahürlərinin əks olunması ilə tarixə yazılıb. Belə ki, birqütblü dünya nizamı qərbin eyforiyaya qapılmasına, özgələrin dəyərlərinə etinasız yanaşmasına, müsəlman ölkələrinə qarşı aqressiv münasibətinə, dünyada qaynar nöqtələrin artmasına və pozulmuş ədalət prinsiplərinin qorunması adı altında müxtəlif marginal və radikal qüvvələrin siyasi səhnəyə çıxmasına səbəb olub. Beləliklə, Qərbin eyforiya havası, beynəlxalq hüququn heçə sayılması yeni minilliyin ikinci onilliyində siyasi geometriyanın tamamilə dəyişməsinə səbəb olub. Siyasi proseslərin təhlili göstərir ki, hadisələr bumeranq xarakteri daşıyır. Qərbin yeni dünya nizamı ilə bağlı təşəbbüsləri Qərbin öz gələcəyini də yeni çağırış və təhdidlər qarşısında qoyub. Hazırda Avropa İttifaqı (Aİ) siyasi, iqtisadi və mənəvi böhran yaşayır. “Brexit” Avropada mərkəzyönlü inteqrasiyanın gələcəyini şübhə altına qoyub. Kataloniya hadisələri separatizmin yaratdığı təhdidləri Avropanın özü üçün də yaşadır. Artıq Aİ-nin qüdrətli dövlətləri nisbətən kasıb ölkələrin iqtisadi yükünü daşımaq istəmirlər. Digər tərəfdən, Qərbin hərbi müdaxiləsindən sonra Yaxın və Orta Şərqdən yeni miqrant axını qarşısında Avropa özünün təbliğ etdiyi multikulturalizm siyasətindən geri çəkilmiş olub.

İkinci onillikdə yeni trendlərin işartıları görünməyə başlanıb. Qlobal miqyasda birqütblü dünya nizamı sabitliyə gətirib çıxarmayıb. Ona görə də yeni qüvvələr nisbətinin yaranması labüddür. Aİ-nin qarşılaşdığı böhran isə inteqrasiya proseslərinin mahiyyət və istiqamətində ciddi dəyişikliklərin ola biləcəyindən xəbər verir. Son illər “Avropasız Avrasiya” ideyalarının səslənməsi heç də təsadüf deyil.

Prezident Administrasiyasının rəsmisi vurğulayıb ki, yeni dövrdə bizim regionumuz da yeni çağırışlar qarşısındadır. Məlumdur ki, qardaş Türkiyə uzun illərdir ki, Aİ-nin qapıları arxasında gözlədilir. Eyni zamanda, Azərbaycana qarşı zaman-zaman Avropanın müxtəlif qurumları tərəfindən haqsız tənqidlər səslənir, qarayaxma kampaniyası aparılır. Avropanın özündə isə islamofobiya və türkofobiya meyilləri artmaqdadır. Aİ özünü daha çox “xristian klubu” kimi görür. Ümumilikdə Qərb isə özünü “orta əsrlər zehniyyəti” ilə aparır. Bütün bunlar ortaq soykökü, dil, din və mədəni dəyərləri bölüşən türkdilli ölkələrin daha da yaxınlaşmasını, bir-birinə dəstək olmasını, iqtisadi, mədəni, humanitar sahələrdə birgə layihələr həyata keçirməsini, gələcəyi birgə düşünməsini zəruri edir. Bu mənada, 2009-cu il oktyabrın 3-də qədim Azərbaycan torpağı olan Naxçıvan şəhərində əsası qoyulan Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində fəal əməkdaşlığı xüsusi qeyd etmək lazımdır. Sevindirici haldır ki, birgə səylərimiz öz nəticəsini artıq göstərməkdədir və birgə layihələrimiz geosiyasi əhəmiyyət kəsb edir. Bu mənada, bu yaxınlarda istifadəyə verilən Bakı-Tbilisi-Qars dəmir yolu xəttini xüsusi qeyd etmək lazımdır. Avrasiyanın nəqliyyat xəritəsində yeni mənzərə yaradan bu layihə regionun geosiyasi mənzərəsində də yeni konfiqurasiyanın yaranmasına səbəb olub. Təsadüfi deyil ki, bu dəmir yolu xəttinin çəkilişi bir çox xarici qüvvələri narahat edir. Dəmir yolu xəttinin açılış mərasimində Prezident İlham Əliyev öz mövqeyini bildirib: “Bir çoxları, xüsusilə bəzi xarici dairələr Bakı-Tbilisi-Qars dəmir yolunun tikintisinə inanmırdılar. Hesab edirdilər ki, bunun reallaşması mümkün deyil. Ancaq biz sübut etdik ki, bu, mümkündür. Bizim güclü iradəmiz, qarşılıqlı dəstək, bir-birimizə inam olan yerdə bütün işləri görmək mümkündür”.

Ərəstü Həbibbəyli qeyd edib ki, Bakı-Tbilisi-Qars dəmir yolunun açılışı Ermənistanda böyük qısqanclıqla qarşılanır. Ermənistanın qaragüruhu bu layihəni Azərbaycan və Türkiyənin Ermənistanı blokadaya alması, təcrid etməsi kimi təqdim etməyə çalışır. Ancaq sadə Ermənistan vətəndaşlarının təcriddə qalmasının, əziyyət çəkmələrinin əsl səbəbkarları Azərbaycan torpaqlarının işğalını davam etdirən hərbi xunta - Sarkisyan rejimidir. Bu da bir siyasi reallıqdır ki, işğal davam etdikcə erməni xalqı da əziyyət çəkməkdə davam edəcək.

Şöbə müdirinin müavini vurğulayıb ki, ölkələrımiz arasında əməkdaşlığın daha da dərinləşməsi baxımından Qazaxıstanın latın əlifbasına keçidlə bağlı verdiyi qərarın böyük əhəmiyyəti var. Türkdilli ölkələrin böyük əksəriyyətinin latın əlifbasından istifadə etdiyini nəzərə aldıqda bu qərar olduqca önəmlidir.

Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasının baş katibi Ramil Həsənov qeyd edib ki, Avropa və Asiyanın kəsişməsində yerləşən Azərbaycanın, eləcə də təşkilata üzv olan digər ölkələrin mühüm coğrafi-strateji mövqeyi Şuraya xüsusi əhəmiyyət qazandırır. Təşkilata daxil olan ölkələr bir neçə istiqamət üzrə əməkdaşlığa xüsusi önəm verirlər. Bunlar arasında informasiya texnologiyaları, kosmik sənaye sahələrində, eləcə də terrorla birlikdə müasir dövrün bəlasına çevrilmiş kibercinayətkarlıqla mübarizədə əməkdaşlığı göstərmək olar. Şura bütün bu istiqamətlərdə layihələr həyata keçirir.

Türkiyə Xarici İşlər Nazirliyinin Strateji Araşdırmalar Mərkəzinin şöbə müdiri Ciydəm Tənkər Göksal bildirib ki, digər sahələrlə bərabər, turizm sahəsində əməkdaşlığı inkişaf etdirmək də türkdilli ölkələr üçün çox vacibdir. Bu istiqamətdə çoxlu işlər görülməlidir. Bu, həm də türk dünyasının dəyərlərinin qorunub saxlanmasına və inkişafına töhfə verəcək.

Qazaxıstan Prezidenti yanında Strateji Araşdırmalar İnstitutu direktorunun icraçı müavini Kazbek İsayev, Qırğızıstan Strateji Araşdırmalar İnstitutunun direktor müavini Nuradil Baydoletov Türk Şurasına daxil olan ölkələrin informasiya texnologiyaları, kosmik sənaye sahələrində və kibercinayətkarlıqla mübarizə istiqamətində gördükləri işlər barədə məlumat veriblər.

Konfrans Strateji Araşdırmalar Mərkəzinin direktor müavini Gülşən Paşayevanın moderatorluğu ilə “Türk Şurası üçün yaranan fürsətlər və çağırışlar” mövzusunda panel iclasla işini davam etdirib.

Bakıda “Geosiyasi dəyişikliklərin Türk Şurasının gələcəyinə təsiri” mövzusunda beynəlxalq konfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Romeo və Cülyetta”da gözlənilməz qonaq – Əsas qəhrəmanın ölüm səhnəsi gülüşlərlə yadda qalıb

Tramp: Hörmüz boğazı cümə günü tam açılacaq

ABŞ Prezidenti: İranla Anlaşma Memorandumunun mətni tezliklə açıqlanacaq

Nargiza Miralimova: Logistika sahəsində qadın liderliyinin inkişafı regional əməkdaşlığın möhkəmlənməsinə töhfə verir

Azərbaycan və Venesuela arasında idman sahəsində əlaqələr genişləndirilir

Qubada “Əsrlərin əks-sədası: Əcdadların musiqi irsi – keçmişdən bu günə” adlı fotosərgi və konsert proqramı təşkil edilib

Karpat hövzəsinin qədim sakinləri

Bu saata olan əsas xəbərlər

"Panatinaikos" Ergin Atamanla yollarını ayırıb

Rusiyada bombardmançı təyyarə qəzaya uğrayıb

Sabah əksər yerlərdə hava yağıntılı və dumanlı olacaq, magistral avtomobil yollarında görünüş məsafəsi məhdudlaşacaq

Burhanettin Duran: Milli Qurtuluş Günü Azərbaycan xalqının gələcəyinə sahib çıxmasının rəmzidir

Astanada ortaq türk əlifbasının gələcək tətbiqinə dəstəyi təsdiqləyən Bəyannamə imzalanıb

ABŞ Prezidenti G7 sammitində iştirak etmək üçün Cenevrəyə eniş edib

İğdır Universitetinin rektoru: Şuşa Bəyannaməsi Türkiyə-Azərbaycan qardaşlığının yol göstərən ulduzudur

® Moody’s ABB-nin reytinqini yüksək səviyyədə saxlayıb

Zelenski G7 sammiti çərçivəsində Putinlə görüşməyi təklif edib

Ölkəmizdə milli həmrəyliyi yarada biləcək ideologiya 1993-cü ildən sonra müəyyənləşdirilib – ŞƏRH

Sorğu: Ukraynalıların əksəriyyəti rus dilinin rəsmi səviyyədə istifadədən çıxarılmasını dəstəkləyir

Gürcüstan və Serbiya prezidentlərinin görüşündə regional təhlükəsizlik məsələləri diqqətdə olub

Azərbaycanın iki boksçusu Dünya Kubokuna qələbə ilə başlayıb

Şuşa Bəyannaməsi: Zəfər rəmzindən yeni regional nizamın formalaşmasına doğru

Tovuzda su kanalından kişi meyiti tapılıb

Üç aylıq missiyadan sonra “Şarl de Qoll” aviadaşıyıcısı Fransaya qayıdır

“Azərbaycan rüzgarı”nın növbəti buraxılışı Milli Qurtuluş Gününə həsr edilib

Səbinə Tanrıverdiyeva: Logistika sahəsində qadın liderliyi regional əməkdaşlığın inkişafına töhfə verir

Donald Tramp: Gəmilər Hörmüz boğazından hərəkət etməyə başlayır

Seçmə mərhələ: Azərbaycan millisinin rəqibləri bəlli olub

Milli Qurtuluş Günü Qaxda silsilə tədbirlərlə qeyd olunub

Azərbaycanın müdafiə naziri Pakistan tərəfinə başsağlığı verib

Türkiyə Prezidenti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edib

Kir Starmerlə əlaqəli əmlakların və avtomobilin yandırılmasına görə 2 nəfər təqsirli bilinib

Macarıstanda xarici onlayn mağazalar üstünlük qazanır

Numan Kurtulmuş: Türkiyə ilə Azərbaycanı ortaq tarixi yaddaş, mədəniyyət və tale birləşdirir

Azərbaycan boksçuları Serbiyada 13 medal qazanıblar

Tunis yığmasının baş məşqçisi istefa verib

AFFA-nın baş katibi FIFA-nın sammitində

Hulusi Kılıç: Şuşa Bəyannaməsi Türkiyə ilə Azərbaycanın potensialının birləşməsi üçün güclü stimuldur

Milli Qurtuluş Günü Azərbaycan tarixində yeni mərhələnin başlanğıcıdır

Müdafiə naziri: Azərbaycan Ordusunun şəxsi heyətinin Böyük Qayıdışa layiqli töhfələr verməsi Vətənə sədaqət nümunəsidir

Sabahdan “Sığorta Tarixçəsi Əmsalı”nın tətbiqinə başlanılır

Avropanın müdafiə sənayesində əməkdaşlıq böhranı dərinləşir

Türkiyə ictimaiyyəti Azərbaycanı Milli Qurtuluş Günü münasibətilə təbrik edir

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Azərbaycan ərazisindən tranzit keçməklə Ermənistana növbəti yük göndərilib VİDEO

Türkiyənin və İranın xarici işlər nazirləri arasında telefon danışığı olub

Şuşa Bəyannaməsi Azərbaycan-Türkiyə qardaşlığının əbədi və sarsılmaz birliyini təsdiqləyən tarixi manifestdir ŞƏRH

Türkiyə Müdafiə Nazirliyi: Ankara və Bakı bundan sonra da çiyin-çiyinə dayanacaq

Çindən gətirilmiş təhlükəli məhsullar məhv edilib

“Qara Canavar” evinə qayıdıb: Nazim Sadıxov Bakıda yenidən tarix yazmaq əzmindədir

G7 sammiti ərəfəsində hadisə: bir jandarm həlak olub, iki nəfər yaralanıb

Azərbaycan məhsulları Moskvada təqdim olunub

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Şuşada beynəlxalq konfrans: Cənubi Qafqazda sülh quruculuğu müzakirə olunub YENİLƏNİB VİDEO

Azərbaycanlı futbolçu Kipr klubuna keçib

Türkiyənin XİN başçısı sabah Rusiyaya səfər edəcək

Avropalı liderlər ABŞ ilə İran arasında əldə olunan razılaşmanı alqışlayıblar

Belçika Hörmüz boğazının tezliklə yenidən açılacağına ümid edir

“Real Madrid” Mark Kukurellanın keçidini açıqlayıb

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Buğda üzrə orta məhsuldarlıq ötən illə müqayisədə 19,5 faiz artıb VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Deputat: Şuşada keçirilən beynəlxalq konfrans Azərbaycanın sülh təşəbbüslərinin təqdimatı baxımından mühüm əhəmiyyət daşıyır VİDEO

Milli Qurtuluşdan başlanan yol bu gün Azərbaycanı qalib, suveren və qüdrətli dövlət zirvəsinə yüksəldib - ŞƏRH

TDT-nin Baş katibi: 15 İyun milli birliyin, dözümlülüyün və ölkənin davamlı inkişafı ilə tərəqqi yolunun rəmzi kimi çıxış edir

Azərbaycan şahmatçıları dünya çempionatında mübarizə aparacaq

Ombudsman: Ulu Öndər Heydər Əliyevin siyasi müdrikliyi sayəsində Azərbaycanın inkişaf yolunun möhkəm təməli qoyuldu

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

Kürşad Zorlu: Müttəfiqlik səviyyəsinə yüksələn münasibətlərimiz mühüm nəticələr verir VİDEO

XİN: ABŞ ilə İran arasında əldə olunmuş razılaşmanı alqışlayırıq

Baş nazir Əli Əsədov Fəxri xiyabanda Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Azərbaycan avarçəkəni Portuqaliyada ikinci qızıl medalını qazanıb

Milli Qurtuluş Günü - Dövlətçiliyin xilası, xalqın gələcəyə inamının bərpası və müstəqilliyin qorunması ŞƏRH

"Sabah"ın yeni idman direktorunun adı məlum olub

Şuşa Bəyannaməsi: Azərbaycan-Türkiyə münasibətlərində yeni mərhələ ŞƏRH

İspaniya millisi dünya çempionatında mübarizəyə başlayır

Yaxın Şərqdə sabitliyin bərpası dünya bazarında neftin qiymətinə təsirsiz ötüşməyib

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Pakistanın xüsusi nümayəndəsi: Şuşa Azərbaycanın mədəni irsinin rəmzidir VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Mikita Poturayev: Ukrayna daim Azərbaycanın ərazi bütövlüyünün bərpasını dəstəkləyib VİDEO

Azərbaycan nümayəndə heyəti UNESCO-nun tədbirlərində iştirak üçün Parisə yollanıb

Londonda Milli Qurtuluş Gününə həsr olunan şahmat turniri

Myanma Prezidentinin Çinə səfəri başlayıb

Şamaxıda Milli Qurtuluş Günü qeyd olunub

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Kürdəmirdə Milli Qurtuluş Gününə həsr olunan konsert təşkil edilib VİDEO

Güclü istilər səbəbindən Fransanın nüvə elektrik stansiyalarında istehsal məhdudlaşdırıla bilər

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Çin eyni raketlə orbitə 8 peyk çıxarıb VİDEO

Höteborqda son on ildə evsizlərin sayı təxminən iki dəfə azalıb

Bu saata olan əsas xəbərlər

Paytaxtda yollar yenilənir: 6 rayonda təmir işlərinə start verilir

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

Səfir: Çin və Azərbaycan arasında iqtisadi əməkdaşlıq son illərdə yüksək artım tempi nümayiş etdirir VİDEO

15 iyun Azərbaycan xalqının taleyində mühüm dönüş nöqtəsidir – ŞƏRH

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Şamil Ayrım: Şuşa Bəyannaməsi regional sülhün strateji yol xəritəsidir VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

Aydın Kərimov: Qarabağ Universitetinin İncəsənət və Turizm fakültələri Şuşada yerləşəcək VİDEO

G7 sammiti: İqtisadi balanssızlıqlar, Ukrayna müharibəsi və Yaxın Şərq böhranı

Azərbaycanın birinci dövr ikiillik şəffaflıq hesabatının qiymətləndirilməsi prosesi uğurla tamamlanıb

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Senator Natali Qule: Bakı regional normallaşmanın əsas hərəkətverici qüvvəsi kimi qiymətləndirilir VİDEO

Ərdoğan: ABŞ ilə İran arasında əldə olunan saziş regionda sülh və sabitlik yolunda mühüm hadisədir

Türkiyənin Amasya şəhərində Azərbaycanın incəsənəti təqdim olunub

Milli Qurtuluş Günü Azərbaycan dövlətçilik tarixinin ən mühüm və dönüş yaradan səhifələrindən biridir - ŞƏRH

Milli Kitabxanada “15 İyun – Milli Qurtuluş Günü” adlı virtual sərgi istifadəçilərə təqdim olunub

Qəbələdə 15 İyun - Milli Qurtuluş Günü ilə bağlı tədbir keçirilib

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Moldova Parlamentinin üzvü: Azərbaycan regionda yeni iqtisadi əsaslar formalaşdırır VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sumqayıtda yanğın hadisəsi baş verib VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO

Sayavonq Bounyadet: Laos və Azərbaycan arasında əməkdaşlıq qlobal inkişafın təşviqinə xidmət edir VİDEO