Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı qazandı VİDEO
Bakı, 7 dekabr, AZƏRTAC
Portuqaliyanın futbol üzrə yığma komandasının və İspaniyanın “Real Madrid” klubunun hücumçusu Kriştianu Ronaldu beşinci dəfə “Qızıl top” mükafatı alıb.
AZƏRTAC xəbər verir ki, bu barədə mükafatın təsisçisi olan “France Football” jurnalının Twitter səhifəsində məlumat yerləşdirilib. 2017-ci il üçün bu mükafata ümumilikdə 30 futbolçu iddia edib.
Kriştianu Ronaldu “Qızıl top”a 2008, 2013, 2014 və 2016-cı illərdə də layiq görülüb. Bundan bir müddət əvvəl isə FIFA onu ilin ən yaxşı futbolçusu elan etmişdi. İndiyədək “Qızıl top” mükafatına beş dəfə yalnız argentinalı futbolçu Lionel Messi layiq görülmüşdü.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 04.06.2026 [23:35]
Minifutbol üzrə Azərbaycan millisi 2-ci dəfə Avropa çempionu olub
- 04.06.2026 [23:06]
“Liverpul” yeni baş məşqçisini açıqlayıb
- 04.06.2026 [22:40]
Azərbaycan parataekvondoçuları Romada iki medal qazanıblar
- 04.06.2026 [20:14]
Millinin qapıçısı: Üç ildən sonra yenidən yığmada olmaq böyük sevincdir
- 04.06.2026 [18:14]
Azərbaycanı Avropa Açıq Turnirində 10 qadın cüdoçu təmsil edəcək
- 04.06.2026 [18:02]