ELM VƏ TƏHSİL


Humanitar Elmlər Bölməsi əməkdaşlarının beynəlxalq jurnallarda 24 məqaləsi çapdan çıxıb

Bakı, 25 dekabr, AZƏRTAC

Hesabat ilində Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Humanitar Elmlər Bölməsi üzrə 33 problemin 83 mövzusu, 363 işin 186 mərhələsi üzrə tədqiqat işləri aparılıb. İlin sonuna doğru 122 işin 109 mərhələsi başa çatdırılıb, bölmənin elmi müəssisələri tərəfindən səkkiz respublika və dörd beynəlxalq miqyaslı tədbir keçirilib. İl ərzində yeddisi xaricdə olmaqla 129 kitab, səkkizi xaricdə olmaqla 101 monoqrafiya, 234-ü xaricdə olmaqla 2.108 məqalə və 35-i xaricdə olmaqla 168 tezis çap edilib. 2017-ci ildə bölmə əməkdaşlarının impakt faktorlu jurnallarda 24 məqaləsi çapdan çıxıb, elmi işçilərin əsərlərinə istinadların sayı isə 76-dır.

AZƏRTAC xəbər verir ki, bunu Humanitar Elmlər Bölməsinin dekabrın 25-də keçirilən ümumi yığıncağında bölmənin akademik-katibi, akademik Teymur Kərimli söyləyib.

T.Kərimli Rəyasət Heyətinin “AMEA-nın elmi müəssisələrində 2017-ci ildə aparılmış elmi tədqiqat işlərinin yekunlarına dair hesabatlar haqqında” qərar qəbul etdiyini xatırladıb, müvafiq elmi müəssisələrin illik hesabatlarının dinləniləcəyini bildirib. Vurğulanıb ki, hesabatların hazırlanması zamanı institut və təşkilatlarda görülən işlər, həyata keçirilən tədbirlər, beynəlxalq əməkdaşlıq, xüsusilə il ərzində alınan mühüm elmi nəticələrə diqqət yetirilib. Kadr hazırlığı məsələsinə toxunan alim vurğulayıb ki, hesabat ilində fəlsəfə doktorluğu üzrə 38, elmlər doktorluğu üzrə yeddi nəfər müdafiə edib. T.Kərimli Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu tərəfindən üç layihənin qəbul edilərək maliyyələşdirildiyini nəzərə çatdırıb.

Sonra bölmənin tərkibindəki institutu və muzeylərin hesabatları təqdim edilib.

Məruzələr dinlənildikdən sonra müzakirələr aparılıb, fikirlər səsləndirilib. Bölmə hesabatların qənaətbəxş sayılmasını və Rəyasət Heyətinə təqdim olunmasını qərara alıb.

Sonda bir sıra kadr məsələlərinə baxılıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.