AQTA-nın sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək
Bakı, 26 may, AZƏRTAC
Azərbaycan Qida Təhlükəsizliyi Agentliyinin (AQTA) sədri Qoşqar Təhməzli iyunun 17-si saat 11:00-da Zəngilan şəhərindəki “Ağalı” hotelində Zəngilan, Cəbrayıl, Qubadlı və Kəlbəcər rayonlarından olan vətəndaşlarla görüşəcək.
AQTA-nın İnformasiya təminatı və innovativ həllər şöbəsindən AZƏRTAC-a verilən məlumata görə, vətəndaşlar ad, soyad, ata adı, müraciətin məzmunu, yaşayış ünvanı və telefon nömrəsini göstərməklə [email protected] elektron ünvanına rəsmi şəkildə müraciət edərək və ya “1003-Çağrı Mərkəzi” ilə əlaqə saxlayaraq iyunun 16-dək qəbula yazıla bilərlər.
Görüş zamanı agentliyin səlahiyyət dairəsinə aid müraciətlər cavablandırılacaq, müraciətlərdə əksini tapan məsələlərin həlli ilə əlaqədar tədbirlər görüləcək.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 26.05.2026 [13:36]
“Lizinq” anlayışı “maliyyə icarəsi” termini ilə əvəz olunur
- 26.05.2026 [13:29]
Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub
- 26.05.2026 [13:26]
Ağdama növbəti köç: daha 110 ailə doğma yurduna qovuşub
- 26.05.2026 [13:19]
Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir
- 26.05.2026 [13:09]
Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib
- 26.05.2026 [12:34]