Azərbaycan Dövlət İnformasiya Agentliyi

“Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə görüş keçirilib

Bakı, 1 fevral, AZƏRTAC

Fevralın 1-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) və Gənclər və İdman Nazirliyinin birgə təşkil etdiyi gənc alim və mütəxəssislərin dördüncü xüsusi - “Mənim ilk qrantım” müsabiqəsi üzrə qalib layihələrin rəhbərləri ilə təqdimat xarakterli görüş keçirilib.

AZƏRTAC xəbər verir ki, EİF-in icraçı direktoru Elçin Babayev görüşün 2 fevral - Gənclər Günü ərəfəsində keçirilməsinin xüsusi önəm daşıdığını, ölkədə gənclər siyasətinin dövlətin əsas prioritetlərindən biri olduğunu söyləyib. Bildirilib ki, fond mütəmadi olaraq 35 yaşadək gənc alim və mütəxəssislər üçün qrant müsabiqələri keçirir, bu ənənə müxtəlif formatlarda bu gün də davam etdirilir. Gənc alim və mütəxəssislərin fondun qrantları vasitəsilə dəstəklənməsi ölkədə kadr potensialının artırılması işinə xüsusi töhfə sayıla bilər. Fond fəal çalışan gənc alimlər haqqında məlumat bazasının yaradılması üzrə işləri də yerinə yetirir. Ölkənin gənc alimləri adıçəkilən xüsusi müsabiqələrdə iştirakla yanaşı, EİF-in digər müsabiqələrində də layihə üzrə yaradıcı kollektivlərin tərkibində elmi-tədqiqat işlərinin yerinə yetirilməsində fəallıq göstərirlər.

E.Babayev qeyd edib ki, gənc alim və mütəxəssislərin birinci qrant müsabiqəsi çərçivəsində 25, ikinci müsabiqə üzrə 25 və üçüncü müsabiqə çərçivəsində 24 layihə qalib elan olunub, ötən illər ərzində bu layihələr uğurla yerinə yetirilib.

Gənc alim və mütəxəssislərin “Mənim ilk qrantım” adlanan dördüncü birgə qrant müsabiqəsi isə Elmin İnkişafı Fondu və Gənclər və İdman Nazirliyi tərəfindən birgə təşkil olunub. Müsabiqə ölkədə elmin inkişaf prioritetlərinə uyğun olaraq, EİF və nazirlik arasında formalaşmış əməkdaşlıq, bu qurumların ötən il mayın 22-də imzaladığı Protokolun müddəaları nəzərə alınmaqla keçirilib. 2017-ci il mayın 25-də elan edilən müsabiqəyə bütün elm sahələri və qrant növləri üzrə 34 layihə daxil olub. Müsabiqənin nəticələri isə bu il yanvarın 16-da açıqlanıb. “Mənim ilk qrantım” müsabiqəsi üzrə ümumi maliyyələşdirilmə həcmi altı yüz min (600.000) manat olmaqla 19 qalib layihə müəyyənləşdirilib.

Gənc alim və mütəxəssislərin dördüncü qrant müsabiqəsi üzrə qalib layihələr AMEA-nın Fizika, Riyaziyyat və Mexanika, Radiasiya Problemləri, Neft-Kimya Prosesləri, Aşqarlar Kimyası, Geologiya və Geofizika, Neft və Qaz, Molekulyar Biologiya və Biotexnologiyalar, Ədəbiyyat institutlarında, AMEA Naxçıvan Bölməsinin Bioresurslar İnstitutunda, həmçinin Azərbaycan Dövlət Neft və Sənaye Universitetində, Bakı Slavyan Universitetində, Səhiyyə Nazirliyinin Milli Onkologiya Mərkəzində, Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqında, “Gənclər Turizmi” İctimai Birliyində və “Azərbaycan Elm Assosiasiyası”nda yerinə yetiriləcək.

Qalib layihələrdən 17-si fundamental-tətbiqi xarakterlidir. İki layihə üzrə isə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 100 illiyinə həsr edilmiş “Neft və geoekologiya” mövzusunda birinci beynəlxalq məktəb-seminar, gənc alim və mütəxəssislərin “Davamlı sağlamlıq turizminin ölkənin iqtisadiyyatında rolu” mövzusunda beynəlxalq konfransı keçiriləcək. Fizika-riyaziyyat və texnika elmləri üzrə üç layihə, Yer haqqında elmlər üzrə üç layihə, Kimya elmləri üzrə dörd layihə, Biologiya, tibb və aqrar elmləri üzrə üç layihə, Humanitar və ictimai elmlər üzrə isə altı layihə qalib olub. Qalib layihə rəhbərlərindən 14-ü qadın, beşi kişidir.

E.Babayev qalibləri təbrik edib, onlara elmin çətin yollarında uğurlar arzulayıb.

Gənclər və idman nazirinin müavini İntiqam Babayev bildirib ki, ölkəmizdə həyata keçirilən dövlət gənclər siyasətinin əsas məqsədi gəncləri elmə həvəsləndirmək və elmlə məşğul olan gənclərə dəstək göstərməkdir. Qeyd olunub ki, şagirdləridə elmə maraq oyatmaq, onları elmə gəlməyə həvəsləndirmək məqsədilə ölkədə bir çox müsabiqələr keçirilir.

İ.Babayev hazırda ölkədə gənclər siyasəti üzrə üçüncü dövlət proqramının - “Azərbaycan gəncliyi 2017- 2021-ci illərdə” Dövlət Proqramının həyata keçirildiyini diqqətə çatdırıb. Bildirilib ki, bu gün ölkədə bütün sahələrdə gəncliyin inkişafı prioritetdir. O deyib: “Etiraf edək ki, elmdə gəncləşmə istənilən səviyyədə deyil. Ancaq aparılan dövlət siyasəti nəticəsində gənclər elmə həvəslə gəlirlər”.

Azərbaycan Respublikasının Prezidenti yanında Gənclər Fondunun icraçı direktoru Fərhad Hacıyev qeyd edib ki, elmə ən qabaqcıl texnologiyaları gənclər gətirirlər. İstərdik ki, bizim gənclərin sıralarında da belə qabaqcıl, elmin və texnologiyanın sirlərinə dərindən yiyələnən gənclər çox olsun. Bu baxımdan EİF-in fəaliyyətini yüksək dəyərləndirən F.Hacıyev gənc alim və mütəxəssislər üçün keçirilən müsabiqənin uğurlu nəticələrindən danışıb, gəncləri rəhbərlik etdiyi qurumun reallaşdırdığı müsabiqə və layiələrdə iştiraka dəvət edib.

Azərbaycan Tələbə Gənclər Təşkilatları İttifaqının sədri, Milli Məclisin deputatı Şahin İsmayılov qrant müsabiqəsində ilk dəfədir ki, qalib gəldiyini söyləyib, EİF-in gənclərin inkişafı istiqamətində həyata keçirdiyi müsabiqələrin əhəmiyyətini qeyd edib. O, bugünkü qalib layihələrin gələcəkdə Azərbaycan elminin inkişafına böyük töhfələr verəcəyinə əminliyini ifadə edib.

Müsabiqə qalibləri gənc alim və mütəxəssislərə göstərilən dəstəyə görə minnətdarlıqlarını bildiriblər.

Sonda qaliblərə sertifikatlar təqdim olunub.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda Müstəqillik Günü qeyd edilir

Milli Məclisin yaz sessiyası başa çatıb

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

İşə qəbul zamanı tibbi müayinə tələbləri sərtləşdirilir

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ümumrespublika olimpiadasına start verilib

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

“Lizinq” anlayışı “maliyyə icarəsi” termini ilə əvəz olunur

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

EMTA və CECECO arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

BDU tələbələri üçün müdafiə sənayesi üzrə akademik tədris proqramı elan olunub

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib

Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əldə olunmuş nailiyyətlərin əbədi qalmasını təmin edir RƏY

Dövlət Proqramı Azərbaycanın aqrar inkişafını mahiyyətcə yeni mərhələyə qaldıracaq ŞƏRH

Molekulyar Biologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsindən faydalananların sayı açıqlanıb

Cavid Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında sərnişin qatarlarının bərpası xalqlarımız üçün çox vacibdir

Elmir Həbibullayev: “Sea Breeze”də iki mindən çox daşınmaz əmlak obyekti ABB ilə müştərək ipoteka proqramı çərçivəsində satın alınıb

“Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə!

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir

Gənc turizm liderləri Qubada bir araya gəlib

Cənubi Koreyanın ilk nüvə sualtı qayığı 2030-cu illərin ortalarında istifadəyə veriləcək

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur

AQTA-nın sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvan gömrükçüləri külli miqdarda tütün məmulatları aşkarlayıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub - ŞƏRH

Media: İranla münaqişə səbəbindən inkişaf etmiş ölkələrdə real əməkhaqqı azalır

Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur

NBA-da növbəti finalçı bəlli olub

Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib

Karate üzrə Avropa çempionu Mədinə Sadıqova: Vətənimdə bu cür coşqu ilə qarşılanmaq mənim üçün qürurvericidir

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyəcək, Ağstafada gənclərin arasından seçim edəcək

Kəndlərin inkişafı, bölgələrdə yaşayış səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - ŞƏRH

Həcc zəvvarları Ərafat dağı düzənliyinə yola düşüblər

Fransa hökumətinin sözçüsü: Enerji böhranı yaşayırıq

Sabah hava əsasən yağmursuz olacaq

AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

Avropa İttifaqının tərəfdaşları itirmək təhlükəsi: Gürcüstan və Azərbaycana qarşı səhv siyasət

“Gas Infrastructure Europe”: Aİ ölkələri növbəti qış mövsümü üçün anbarlara cəmi 11 milyard kubmetr qaz vurub

Azərbaycandan çay ixracı 15 faizdən çox artıb

Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir

“YAŞAT” Fondu “Hədiyyə karvanı” layihəsini reallaşdırır

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

Elm və təhsil naziri Qaxda peşə təmayüllü siniflərin və rəqəmsal dərslərin gedişatını izləyib

Pakistan Baş nazirinin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib

® Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Bu saata olan əsas xəbərlər

Bəxtiyar Hacıyev: Satışa çıxarılan aylıq 8400 biletin 70 faizdən çoxu artıq satılıb

Müstəqillik Günü münasibətilə “AzərEnerji”nin Tədris Mərkəzində master-klas təşkil olunub

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına yönəlib - ŞƏRH

“Diplomatik dördlük” Hörmüz boğası ilə bağlı bəyanat verib

Fransada 7 nəfər istidən ölüb

Komitə sədri: Yeni Dövlət Proqramı kənd təsərrüfatının səmərəliliyində həlledici rol oynayacaq

“Neftçi”nin futbolçusu Kipr klubuna keçir

Azərbaycanın aqrar gələcəyi: inkişafın 2030-cu il hədəfləri - ŞƏRH

Əfran İsmayılov Premyer Liqaya yüksələn klubun vitse-prezidenti təyin olunub

Bahar Muradova: Genderəsaslı risklərin azaldılmasında preventiv mexanizmlər səmərəli nəticə verir

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

Böyük Britaniyada Koordinasiya Şurasının toplantısı olub, diaspor fəallarına mükafatlar təqdim edilib

Tədqiqat: Misirin Böyük Piramidası zəlzələyə davamlılıq baxımından ən mükəmməl tikilidir

Qubada Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans: memarlıq və inkişafın vəhdəti

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Premyer Liqa: “Qarabağ” bu mövsüm ev oyunlarında tamaşaçı sayına görə liderdir

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi elan olunur

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

Litva bir qrup qanunsuz miqrantı Belarusa geri göndərib

Sərxan Xavəri: Türk dünyası elm və texnologiyaya xüsusi önəm verməlidir

Milli Kitabxanada “Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açılıb

Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi mərhələni simvolizə edir - ŞƏRH

Xocavənd şəhərində 1188 evin bərpası nəzərdə tutulub - 728-i hazırdır VİDEO

Xocavənd şəhərində 1188 evin bərpası nəzərdə tutulub - 728-i hazırdır VİDEO

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib

Alimlər: İqlim dəyişikliyi səbəbindən əsrin sonunadək bir çox bitki növü yox ola bilər

Azərbaycanın aqrar sektorunda yeni mərhələ - ŞƏRH

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri BMU-da olublar

Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

Mark Karni: Alberta əyalətinin Kanadadan ayrılması ilə bağlı referendum keçirilməsi faydasızdır

Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib

® ABB-nin “Gəncə” filialı yenilənmiş binasında xidmətə başlayıb

Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb

Zərdabda yağan intensiv yağışların fəsadları aradan qaldırılır VİDEO

Zərdabda yağan intensiv yağışların fəsadları aradan qaldırılır VİDEO

Pekində Müstəqillik Günü qeyd edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

DMX Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış edən əcnəbilərə müraciət edib

Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Marko Rubio: Ukraynada münaqişənin gərginləşməsi mümkündür

“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırıb