Azərbaycan Dövlət İnformasiya Agentliyi

Elmin İnkişafı Fondu ilə “Elsevier” şirkəti arasında əməkdaşlıq haqqında memorandum imzalanıb

Bakı, 24 aprel, K.Əliyeva, AZƏRTAC

Aprelin 24-də Azərbaycan Respublikasının Prezidenti yanında Elmin İnkişafı Fondu (EİF) ilə dünyanın ən iri elmi informasiya, təhlil və nəşr şirkətlərindən olan “Elsevier” arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

AZƏRTAC xəbər verir ki, sənədi Elmin İnkişafı Fondunun icraçı direktoru Elçin Babayev və “Elsevier” şirkətinin vitse-prezidenti Feliks Heyst imzalayıblar.

Memoranduma əsasən, tərəflər birgə təlimlər (alimlər, elmi jurnal redaktorları, fondun əməkdaşları üçün), müxtəlif xarakterli tədbirlər keçirəcək, elm-texnologiya, innovasiya və sənaye/biznes arasında əlaqələrin gücləndirilməsinə, elmi nəticələrin kommersiyalaşdırılmasına, texnologiyaların transferinə kömək edən işlərin yerinə yetirilməsində səylərini birləşdirəcəklər. Həmçinin tərəflər elmi ekspertiza işinin təşkili, elmi verilənlər bazasının yaradılması, sərgilərin təşkili kimi məsələlərdə əməkdaşlıq edəcəklər. Dünyanın ən iri elmi referatlar və məqalə məzmununa giriş bazası olan “Scopus” və aparıcı məlumat platforması sayılan “ScienceDirect”dən istifadə qaydaları, onların alimlər, tədqiqatçılar, tələbələr üçün üstünlükləri, bu platformalar üzərində son illərdə aparılan təkmilləşdirilmə və yeniliklər barədə mütəmadi məlumat veriləcək, bu elmi şəbəkədən istifadənin Azərbaycan üzrə olan göstəriciləri nümayiş etdiriləcək. Azərbaycan alimlərinin qərbdə nəşr olunan elmi jurnallara göndərilmək üçün hazırladıqları məqalələrin tərtibatına kömək, “Elsevier”in məlumat bazası əsasında Azərbaycan alimlərinin elmi göstəricilərini müqayisəli əks etdirəcək ətraflı hesabatların müntəzəm hazırlanması, həmçinin son illərdə geniş yayılmış “yırtıcı” jurnallar haqqında məlumatların çatdırılması da tərəflər arasında razılaşdırılıb.

İmzalanma mərasimində “Elsevier”in Mərkəzi Asiya ölkələri və Azərbaycan üzrə regional direktoru xanım Aliyə Ospanova, qurumun Orta Şərq və Mərkəzi Asiya ölkələri, Türkiyə, İran üzrə regional direktoru Tayfun Basal iştirak ediblər.

E.Babayev ölkəmizdə elmin inkişafına dövlət qayğısından danışıb, alimlərimizin qarşısında Azərbaycanın regionda elm mərkəzinə çevrilməsi kimi ciddi vəzifənin qoyulduğunu bildirib. Bu vəzifənin yerinə yetirilməsində tədqiqatçı alim və mütəxəssislər üçün hər cür şəraitin yaradıldığını söyləyən EİF-in icraçı direktoru deyib ki, bunun bir yolu qrantların verilməsidirsə, digər yolu alimlərin elmi məlumat bazalarına çıxışının təmin edilməsidir. Elmin İnkişafı Fondu bu istiqamətdə töhfəsini verməyə çalışır və dünyanın mötəbər nəşriyyatları, akademik qurumları və eyni zamanda, məlumat bazası təqdim edən xüsusi şirkətlərlə əlaqələr qurur, beləliklə, məlumat mənbələrinə çıxışlardan istifadə üzrə təlimlərin keçirilməsini və s. öhdəsinə götürür. Bu təşəbbüslər Azərbaycanın dünya elminə açıq olduğunu və dünya elminin uğurlarını mənimsəmək istiqamətində qəti addımlar atdığını bir daha təsdiqləyir.

“Elsevier” şirkətinin vitse-prezidenti F.Heyst təmsil etdiyi qurum haqqında ətraflı məlumat verib, EİF ilə əməkdaşlığın “Elsevier” şirkəti üçün əhəmiyyətini xüsusilə vurğulayıb. Bildirilib ki, 1880-ci ildə Hollandiyada əsası qoyulmuş “Elsevier” şirkəti sıralarında “ScienceDirect”, “Scopus”, “Elsevier Research Intelligence” və “Clinical Key” kimi mükəmməl elektron xidmətlərin olduğu veb-bazanı, rəqəmsal həllər və “The Lancet” və “Cell” kimi məşhur nəşrləri əhatə edən təxminən 2500 jurnal və 33 mindən çox elektron kitabı elmi tədqiqatçıların istifadəsinə təqdim edir.

F.Heyst deyib ki, “Elsevier” elm, səhiyyə, hüquq və risk sektorları üçün fərqli həlləri təmin edən, dünya liderlərindən sayılan, informasiya həlləri təminatçısı olan RELX Group” şirkətlərindən biridir. “Scopus” isə dünyanın ən geniş əhatə dairəsinə malik akademik məlumatlar bazasıdır, bibliometrik vasitələrlə tədqiqatçıların elmi araşdırmalarının izlənilməsinə, təhlilinə, vizuallaşdırılmasına kömək göstərir və özündə texnologiya, tibb, ictimai elmlər, incəsənət, humanitar elm sahələrinə dair beş mindən çox nəşrin 22 mindən çox başlığını birləşdirir. “Elsevier” dünya üzrə elmi jurnallarda nəşr olunan məqalələrin təqribən 25 faizini çap edir, həmçinin iki mindən çox elmi jurnal buraxır və özünün elektron internet portalında 11 milyondan çox elmi məqalə ilə tanışlığa imkan yaradır. Nəşriyyat dünyanın 180 ölkəsindən olan 4500-dən çox quruma (akademiyalar, elmi-tədqiqat müəssisələri, universitetlər, kitabxanalar və s.) xidmət göstərir. “Elsevier”in 30 milyona yaxın istifadəçisi var.

Sonda iki qurum arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Gürcüstanda Müstəqillik Günü qeyd edilir

Milli Məclisin yaz sessiyası başa çatıb

Ağdam şəhərində daha 110 ailəyə mənzillərinin açarları təqdim olunub - YENİLƏNİB

İşə qəbul zamanı tibbi müayinə tələbləri sərtləşdirilir

Ümummilli Lider Heydər Əliyevə həsr olunmuş ümumrespublika olimpiadasına start verilib

Qanun layihəsi təsdiqləndi: Hərbi qulluqçular şəxsi jetonla təmin ediləcəklər

“Lizinq” anlayışı “maliyyə icarəsi” termini ilə əvəz olunur

Külli miqdarda narkotik vasitənin ölkə ərazisinə keçirilməsinin qarşısı alınıb

Bir sıra məhkəmələrə yeni hakimlər təyin olunub

EMTA və CECECO arasında əməkdaşlıq imkanları dəyərləndirilib

Bayram günlərində ölkə ərazisində gözlənilən hava şəraiti açıqlanıb

BDU tələbələri üçün müdafiə sənayesi üzrə akademik tədris proqramı elan olunub

Komitə sədri: Ailə Konsepsiyası sənədi yekunlaşmaq üzrədir

Gender bərabərliyinin təmin olunmasına nəzarət edən orqanın illik məlumatı təsdiqlənib

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

İndoneziya-Azərbaycan strateji əməkdaşlığı - Cakartada Müstəqillik Gününə həsr olunmuş rəsmi ziyafət VİDEO

Hafiz Səfixanov: Layihə benefisiarı olaraq 12 mina qurbanı müəyyən edilib

Azərbaycan xalqı öz liderinin ətrafında sıx birləşərək əldə olunmuş nailiyyətlərin əbədi qalmasını təmin edir RƏY

Dövlət Proqramı Azərbaycanın aqrar inkişafını mahiyyətcə yeni mərhələyə qaldıracaq ŞƏRH

Molekulyar Biologiya İnstitutunda Müstəqillik Günü qeyd olunub

“Mina qurbanları üçün iqtisadi imkanların yaradılması – Faza 3” layihəsindən faydalananların sayı açıqlanıb

Cavid Qurbanov: Azərbaycan ilə Gürcüstan arasında sərnişin qatarlarının bərpası xalqlarımız üçün çox vacibdir

Elmir Həbibullayev: “Sea Breeze”də iki mindən çox daşınmaz əmlak obyekti ABB ilə müştərək ipoteka proqramı çərçivəsində satın alınıb

“Yerli şirkətlərin tanıtım sərgisi”ndə məhsul və xidmətlərini təqdim etmək istəyən mikro və kiçik sahibkarların nəzərinə!

Bayram günlərində banklar və “Azərpoçt” fəaliyyət göstərəcək

Geosiyasi gərginlik neft bazarını daxilindən silkələyir

Gənc turizm liderləri Qubada bir araya gəlib

Cənubi Koreyanın ilk nüvə sualtı qayığı 2030-cu illərin ortalarında istifadəyə veriləcək

“İnvestisiyaların yeni coğrafiyası” – “Sea Breeze”də regionun iqtisadi potensialı müzakirə olunur

AQTA-nın sədri Zəngilanda vətəndaşların müraciətlərini dinləyəcək

Naxçıvan gömrükçüləri külli miqdarda tütün məmulatları aşkarlayıb

Prezident İlham Əliyevin rəhbərliyi ilə regionların sosial-iqtisadi inkişafı istiqamətində mühüm nəticələr əldə olunub - ŞƏRH

Media: İranla münaqişə səbəbindən inkişaf etmiş ölkələrdə real əməkhaqqı azalır

Almaniyanın avtomobil sənayesində mənfi dinamika müşahidə olunur

NBA-da növbəti finalçı bəlli olub

Ermənistanda siyasi qüvvələrdən biri seçki yarışından geri çəkilib

Karate üzrə Avropa çempionu Mədinə Sadıqova: Vətənimdə bu cür coşqu ilə qarşılanmaq mənim üçün qürurvericidir

Daxili işlər naziri Qazaxda vətəndaşların müraciətlərini dinləyəcək, Ağstafada gənclərin arasından seçim edəcək

Kəndlərin inkişafı, bölgələrdə yaşayış səviyyəsinin yüksəldilməsi dövlət siyasətinin əsas istiqamətlərindən biridir - ŞƏRH

Həcc zəvvarları Ərafat dağı düzənliyinə yola düşüblər

Fransa hökumətinin sözçüsü: Enerji böhranı yaşayırıq

Sabah hava əsasən yağmursuz olacaq

AMEA-da “Sosial tədqiqatlar və süni intellekt” jurnalı təsis edilib

Avropa İttifaqının tərəfdaşları itirmək təhlükəsi: Gürcüstan və Azərbaycana qarşı səhv siyasət

“Gas Infrastructure Europe”: Aİ ölkələri növbəti qış mövsümü üçün anbarlara cəmi 11 milyard kubmetr qaz vurub

Azərbaycandan çay ixracı 15 faizdən çox artıb

Canlı Sistemlərin Tədqiqi İnstitutu doktoranturaya qəbul elan edir

“YAŞAT” Fondu “Hədiyyə karvanı” layihəsini reallaşdırır

Əlcəzairdə Azərbaycanın Müstəqillik Günü münasibətilə rəsmi ziyafət təşkil olunub

Elm və təhsil naziri Qaxda peşə təmayüllü siniflərin və rəqəmsal dərslərin gedişatını izləyib

Pakistan Baş nazirinin Çinə səfəri ikitərəfli əlaqələrin güclənməsinə təkan verib

® Azərbaycanın tanınmış şirkəti "SR Construction" fəaliyyətini “SR Development” adı ilə davam etdirəcək

Moldova Baş nazirinin müavini: Azərbaycan regionda mühüm və nüfuzlu tərəfdaşdır

bp-nin Azərbaycan, Gürcüstan və Türkiyə üzrə regional prezidenti Cio Kristofolidən

Azərbaycanda aqrar sahənin inkişafında yeni mərhələ başlanır

Bu saata olan əsas xəbərlər

Bəxtiyar Hacıyev: Satışa çıxarılan aylıq 8400 biletin 70 faizdən çoxu artıq satılıb

Müstəqillik Günü münasibətilə “AzərEnerji”nin Tədris Mərkəzində master-klas təşkil olunub

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

İtaliya Respublikasının Prezidenti Sercio Mattarelladan

Prezident İlham Əliyevin müəyyənləşdirdiyi prioritetlər kənd təsərrüfatının inkişafına yönəlib - ŞƏRH

“Diplomatik dördlük” Hörmüz boğası ilə bağlı bəyanat verib

Fransada 7 nəfər istidən ölüb

Komitə sədri: Yeni Dövlət Proqramı kənd təsərrüfatının səmərəliliyində həlledici rol oynayacaq

“Neftçi”nin futbolçusu Kipr klubuna keçir

Azərbaycanın aqrar gələcəyi: inkişafın 2030-cu il hədəfləri - ŞƏRH

Əfran İsmayılov Premyer Liqaya yüksələn klubun vitse-prezidenti təyin olunub

Bahar Muradova: Genderəsaslı risklərin azaldılmasında preventiv mexanizmlər səmərəli nəticə verir

Bu ilin yanvar-aprel aylarında “Könüllü DOST” proqramına 547 şəxs cəlb olunub

Böyük Britaniyada Koordinasiya Şurasının toplantısı olub, diaspor fəallarına mükafatlar təqdim edilib

Tədqiqat: Misirin Böyük Piramidası zəlzələyə davamlılıq baxımından ən mükəmməl tikilidir

Qubada Müstəqillik Gününə həsr olunmuş elmi-praktik konfrans: memarlıq və inkişafın vəhdəti

Komitə sədri: Dövlətimiz gender bərabərliyini sosial siyasətin tərkib hissəsi kimi qəbul edir

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Dörd narkokuryerdən 40 kiloqram narkotik vasitə və 500 metadon həbi aşkarlanıb VİDEO

Premyer Liqa: “Qarabağ” bu mövsüm ev oyunlarında tamaşaçı sayına görə liderdir

Azad edilmiş ərazilərdə kənd təsərrüfatı təyinatlı torpaqların sahibkarlıq subyektlərinə icarəyə verilməsi üzrə dördüncü investisiya müsabiqəsi elan olunur

“Ölünün diriləri ziyarəti” Dram Teatrının səhnəsində

Litva bir qrup qanunsuz miqrantı Belarusa geri göndərib

Sərxan Xavəri: Türk dünyası elm və texnologiyaya xüsusi önəm verməlidir

Milli Kitabxanada “Xalq şairi Söhrab Tahir – 100” adlı sərgi açılıb

Müstəqillik Günü Azərbaycan xalqının dövlətçilik tarixində xüsusi mərhələni simvolizə edir - ŞƏRH

Xocavənd şəhərində 1188 evin bərpası nəzərdə tutulub - 728-i hazırdır VİDEO

Xocavənd şəhərində 1188 evin bərpası nəzərdə tutulub - 728-i hazırdır VİDEO

Malayziyanın Kralı Əlahəzrət Sultan İbrahimdən

WUF13 dövründə Heydər Əliyev Beynəlxalq Aeroportu 200 minə yaxın sərnişinə xidmət göstərib

Alimlər: İqlim dəyişikliyi səbəbindən əsrin sonunadək bir çox bitki növü yox ola bilər

Azərbaycanın aqrar sektorunda yeni mərhələ - ŞƏRH

İsmayıllı Dövlət Humanitar və Texnologiya Kollecinin tələbələri BMU-da olublar

Heydər Əliyev Fondu və Çin Musiqi Konservatoriyası əməkdaşlıq sahələrini müzakirə edib

Gürcüstanın Prezidenti Zati-aliləri cənab Mixeil Kavelaşviliyə

Mark Karni: Alberta əyalətinin Kanadadan ayrılması ilə bağlı referendum keçirilməsi faydasızdır

Hesablama Palatası 2025-ci il dövlət büdcəsinin icrasına dair rəyini Milli Məclisə göndərib

® ABB-nin “Gəncə” filialı yenilənmiş binasında xidmətə başlayıb

Milli Məclis 13 məsələnin müzakirəsinə başlayıb

Zərdabda yağan intensiv yağışların fəsadları aradan qaldırılır VİDEO

Zərdabda yağan intensiv yağışların fəsadları aradan qaldırılır VİDEO

Pekində Müstəqillik Günü qeyd edilib

Mərkəzi icra hakimiyyəti orqanlarının və digər idarəetmə qurumlarının rəhbərləri tərəfindən 2026-cı ilin iyun ayında şəhər və rayonlarda keçiriləcək vətəndaşların qəbulu CƏDVƏLİ

DMX Bakı-Tbilisi-Bakı marşrutu üzrə dəmir yolu nəqliyyatı vasitəsilə ölkəyə giriş-çıxış edən əcnəbilərə müraciət edib

Azərbaycan ədəbiyyatında İlyas Əfəndiyev zirvəsi

Daşkənddə muğam və makom dərsi təşkil olunub

Marko Rubio: Ukraynada münaqişənin gərginləşməsi mümkündür

“Sumqayıt” baş məşqçisi ilə yollarını ayırıb