CƏMİYYƏT
Binəqədi rayonunda 12 evdən oğurluq edən şəxslər saxlanılıb VİDEO
Bakı, 7 fevral, AZƏRTAC
Binəqədi rayonu ərazisində fərdi yaşayış evlərindən oğurluqlar edən şəxslər rayon polis idarəsinin 4-cü polis şöbəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbiri nəticəsində saxlanılıblar. Əməliyyat zamanı əvvəllər məhkum olunmuş paytaxt sakini Mirsaleh Məmmədov və Şəmkir rayon sakini Samir Abbasov tutulublar.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, araşdırma zamanı onların Binəqədi, Biləcəri qəsəbələrində 12 evdən pul, qızıl-zinət və məişət əşyaları oğurladıqları üzə çıxıb. Müəyyən edilib ki, oğurluq üçün evlərə əsasən M.Məmmədov daxil olub. Daha sonra o, oğurladığı əşyaları S.Abbasovla birlikdə satıb. Onların digər rayonların ərazilərində də evlərdən oğurluqlar etdikləri məlum olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.08.2023 [21:14]
Bakı Ağır Cinayətlər Məhkəməsinin hakimi intihar edib
- 27.08.2023 [19:00]
Fatmayı kəndində dənizdə batan şəxsin meyiti tapılıb - YENİLƏNİB
- 27.08.2023 [10:44]
FHN: Ötən sutka ərzində 40 yanğına çıxış olub, 13 nəfər xilas edilib VİDEO
- 25.08.2023 [21:05]
Oğuzda baş vermiş yol-nəqliyyat hadisəsi ilə bağlı cinayət işi başlanılıb
- 25.08.2023 [14:54]