SİYASƏT
İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli VİDEO
Bakı, 24 iyun, AZƏRTAC
BMT-nin Dövlət Xidmətləri Forumu çərçivəsində keçirilən sonuncu seminar “İnsan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin (DİM) həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli” mövzusuna həsr edilib.
AZƏRTAC xəbər verir ki, seminarda insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin təşkilinin səmərəli modeli nəzərdən keçirilib.
Seminarın məqsədi insan hüquqlarının və DİM-in həyata keçirilməsinə töhfə verən dövlət xidmətlərinin göstərilməsindəki ən yaxşı təcrübələri bölüşmək, dövlət xidmətlərinin göstərilməsi ilə bağlı insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsində ölkələrin üzləşdiyi çətinlikləri əks etdirmək, insan hüquqları və yaxşı idarəetmə sahələrində dövlət qulluqçularının hazırlanması üçün müvafiq milli dövlət qurumlarının potensialını gücləndirməklə beynəlxalq əməkdaşlıq imkanlarını müəyyənləşdirmək, hüquqa əsaslanan yanaşma vasitəsilə dövlət xidmətlərinin göstərilməsinin gücləndirilməsi və inkişafı üçün yeni fikirləri nəzərdən keçirmək, insan hüquqlarının və Dayanıqlı İnkişaf Məqsədlərinin həyata keçirilməsi ilə bağlı səmərəli dövlət xidmətlərinin göstərilməsinin təməlində olan qayda və prinsipləri müəyyənləşdirmək olub.
Seminarda Prezident Administrasiyasının Hüquq-mühafizə orqanları ilə iş və hərbi məsələlər şöbəsinin sektor müdiri, İnsan Hüquqları üzrə Avropa Məhkəməsi yanında Azərbaycan Respublikasının səlahiyyətli nümayəndəsi Çingiz Əsgərov, İnsan Hüquqları üzrə Müvəkkil Elmira Süleymanova, Avropa Şurası Ədalət Mühakiməsinin Səmərəliliyi üzrə Avropa Komissiyasının prezidenti Ramin Qurbanov, BMT-nin Azərbaycandakı rezident əlaqələndiricisi Qulam İshaqzai və digərləri çıxış ediblər.
Seminarda üzv dövlətlərin birgə iş təşəbbüslərini və siyasi inteqrasiyalarını təşviq etmək üçün həyata keçirilən müxtəlif institusional yanaşmalar vurğulanıb. Dövlət xidmətlərinin göstərilməsi kontekstində insan hüquqlarının həyata keçirilməsinə dair təcrübələr bölüşülüb.
Sonra mövzu ilə bağlı müzakirələr aparılıb, suallar cavablandırılıb.