Azərbaycan məhsulları Polşadakı regional yarmarkada nümayiş olunur VİDEO
Varşava, 4 fevral, AZƏRTAC
Azərbaycan məhsulları Polşanın paytaxtı Varşavada keçirilən ənənəvi “Regional ərzaq yarmarkası”nda nümayiş edilir.
AZƏRTAC xəbər verir ki, paytaxtın ən böyük ticarət mərkəzlərindən birində təşkil olunmuş yarmarka fevralın 8-dək davam edəcək. Burada Polşa ilə yanaşı, Azərbaycan, Macarıstan, Yunanıstan, İtaliya və Suriyadan gətirilən ərzaq məhsulları, şirniyyatlar, milli mətbəx nümunələri nümayiş olunur.
Azərbaycan stendində nar şirəsi, çay, paxlava, şəkərbura, mürəbbə və tərəvəz tutmaları, mineral içkilər və sair sərgilənir. Yarmarkada Azərbaycan məhsullarına maraq böyükdür.
Aygün Əliyeva
AZƏRTAC-ın xüsusi müxbiri
Varşava