Dövlət Miqrasiya Xidməti “#evdəqal” həştəqi ilə növbəti videoçarx hazırlayıb VİDEO
Bakı, 3 aprel, AZƏRTAC
Koronavirus (COVID-19) infeksiyasının qarşısının alınması ilə bağlı ölkəmizdə aparılan “#evdəqal” maarifləndirmə kampaniyası çərçivəsində Dövlət Miqrasiya Xidməti (DMX) tərəfindən növbəti videoçarx hazırlanıb.
DMX-dən AZƏRTAC-a bildirilib ki, qurum videoçarxın hazırlanmasında xidmətə dəstək olan, çağırışlara qoşulan diplomatik korpus nümayəndələrinə və əcnəbi iş adamlarına minnətdarlığını bildirir. Evdə qalın, sağlam qalın.
Dövlət Miqrasiya Xidməti qeyd edilən videoçarxı paylaşmağı xahiş edir.