SİYASƏT


Fransada “28 il Qarabağsız” mövzusunda onlayn konfrans keçirilib VİDEO

Paris, 28 may, AZƏRTAC

Parisdə Azərbaycan Xalq Cümhuriyyətinin yaradılmasının 102-ci ildönümü münasibətilə Lionda qeydiyyatdan keçmiş Azərbaycan-Fransa Dialoq Assosiasiyasının (ADFA) təşkilatçılığı ilə “28 il Qarabağsız” adlı vebinar (onlayn konfrans) təşkil olunub.

AZƏRTAC xəbər verir ki, onlayn konfransa ADFA-nın prezidenti Günel Səfərova moderatorluq edib.

Konfransda Azərbaycan Respublikası Dağlıq Qarabağ bölgəsinin azərbaycanlı icmasının rəhbəri, deputat Tural Gəncəliyev, tarix elmləri üzrə doktor, tədqiqatçı Maksim Qoen və fransız rejissor Maksim Marduxayev iştirak ediblər.

Natiqlər Azərbaycan Xalq Cümhuriyyətinin yaranmasından, 1918-1920-ci illərdə Qafqazda baş vermiş siyasi hadisələrdən söz açıblar. Onlayn konfransda XX əsrin əvvəllərində Dağlıq Qarabağdakı erməni icması məsələsinə toxunulub. Həmçinin müasir dövrdə Azərbaycanda və Dağlıq Qarabağda vəziyyət, Dağlıq Qarabağın azərbaycanlı icmasının mövqeyindən danışılıb. Ölkəmizin münaqişənin sülh yolu ilə həllində maraqlı olduğu bildirilib.

Dağlıq Qarabağ münaqişəsindən söz açan natiqlər münaqişə ilə bağlı müxtəlif ölkələrin, eləcə də beynəlxalq təşkilatların mövqeyindən, onların münaqişənin həllinə dair qəbul etdikləri qətnamə və qərarlardan danışıblar. Dağlıq Qarabağ münaqişəsi ilə əlaqədar fransız mətbuatının mövqeyinə də toxunulub, dinləyicilərin sualları cavablandırılıb.

Sonda beynəlxalq ictimai rəyin düzgün formalaşdırılmasına xidmət edən belə konfransların gələcəkdə də təşkil olunacağı vurğulanıb.

 

Şəhla Ağalarova

AZƏRTAC-ın xüsusi müxbiri

Paris

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.