Azərbaycan Dövlət İnformasiya Agentliyi

İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib VİDEO

Roma, 28 may, AZƏRTAC

Tədbirdə çıxış edən İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi Manlio Di Stefano: “İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, habelə yaxınlıq və həmrəyliyin təcəssümü olan digər təşəbbüslərə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürümüzü bildirirəm. Baş Nazir Cüzeppe Konte, Xarici İşlər naziri Luici Di Maio və özümün də dəfələrlə dediyim kimi, bütün bunları heç zaman unutmayacağıq və göstərilən bu dəstək iki ölkə arasında daha da güclənəcək dərin münasibətlərin göstəricisidir”.

AZƏRTAC xəbər verir ki, 28 may - Respublika Günü münasibətilə Azərbaycanın İtaliyadakı səfirliyinin təşkilatçılığı və İtaliyanın “Askanews” xəbər agentliyinin media tərəfdaşlığı ilə Romada "28 May gününün Azərbaycan tarixində əhəmiyyəti və Azərbaycan-İtaliya strateji tərəfdaşlığı" adlı canlı videokonfrans keçirilib.

Videokonfransı “Askanews” xəbər agentliyinin xarici əlaqələr redaksiyasının rəhbəri jurnalist Orietta Moskatelli açaraq belə bir əlamətdar gün münasibətilə təşkil olunan tədbirə moderatorluq etməyə çox şad olduğunu bildirib və 28 may tarixinin əhəmiyyəti və Azərbaycanın müstəqillik illərində keçdiyi yol haqqında fikirlərini bölüşüb.

Ardınca Azərbaycanın İtaliyadakı səfiri Məmməd Əhmədzadə müsəlman Şərqində ilk dəfə olaraq 1918-ci il mayın 18-də məhz Azərbaycanda qurulmuş demokratik respublikanın tarixindən və qısa müddət mövcud olmasına baxmayaraq, imza atdığı böyük tarixi yeniliklərdən bəhs edib. Sovetlər dövründə də Azərbaycan xalqının hər zaman müstəqillik arzusu ilə yaşadığını, nəhayət 1991-ci ildə tarixi imkandan istifadə edərək müstəqilliyini bərpa etdiyini, Xalq Cümhuriyyətinin zəngin ənənələrinə və tarixi varisliyə əsaslanaraq respublika qurduğunu bildirib. Müstəqilliyin bərpa edildiyi ilk illərdə Azərbaycanın üzləşdiyi ağır problemlər, o cümlədən Ermənistanın hərbi təcavüzünün ağır nəticələri barədə danışıb, ümummilli lider Heydər Əliyevin müstəqilliyimizə qarşı yönəlmiş təhdidlərin aradan qaldırılmasına nail olduğunu, milli maraqların müdafiəsinə əsaslanan, siyasi və iqtisadi cəhətdən sabit, beynəlxalq münasibətlər sisteminin bir hissəsinə çevrilmiş müasir Azərbaycan dövləti modelini qurduğunu diqqətə çatdırıb. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycanın önəmli nəticələr əldə edərək regional liderə çevrildiyi, beynəlxalq arenada mövqelərini daha da möhkəmləndirdiyi, o cümlədən qlobal enerji təhlükəsizliyində, beynəlxalq nəqliyyat sistemində ölkəmizin fəal rolu barədə fikirlərini bölüşüb.

Sonra İtaliya Respublikası Senatının Sədri Maria Elisabetta Alberti Kasellatinin təbrik ismarıcı səsləndirilib. Azərbaycan xalqını bayram münasibətilə təbrik edən İtaliya Senatının Sədri Azərbaycan və İtaliya arasında yaxın dostluq və strateji tərəfdaşlıq münasibətlərinin, bütün sahələrdə, siyasi, iqtisadi, mədəniyyət sahələrində geniş əməkdaşlığın mövcud olduğunu, Azərbaycan Respublikası Prezidentinin İtaliyaya cari ilin fevral ayında dövlət səfərinin iki ölkə arasında əlaqələri yeni zirvəyə qaldırdığı, xüsusilə səfər vaxtı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin əlaqələrin növbəti illərdə daha da dərinləşməsi üçün önəmli əsas yaratdığını bildirib. İki il öncə Azərbaycana rəsmi səfəri vaxtı ölkəmizlə yaxından tanış olduğunu deyən Senatın Sədri Azərbaycanın yüksək nailiyyətlərinin şəxsən şahidi olduğunu, ölkəmizin regionda İtaliyanın başlıca istinad nöqtəsi olduğunu, Azərbaycanla İtaliya arasında çoxlu oxşarlıqların olduğunu deyib, Azərbaycanda müxtəlif dinlərə və mədəniyyətlərə hörmətə əsaslanan multikulturalizm modelini, bir çox qərb ölkələrindən öncə məhz Azərbaycanda qadınlara seçki hüququnun verilməsini təqdir edib.

Ardınca birbaşa videobağlantı ilə tədbirə ilk qatılan İtaliya Respublikası Xarici İşlər və Beynəlxalq Əməkdaşlıq Nazirliyinin dövlət katibi, Azərbaycan-İtaliya iqtisadi əməkdaşlıq üzrə Hökumətlərarası Komissiyanın həmsədri Manlio Di Stefano İtaliya hökuməti adından Azərbaycan xalqını Respublika Günü münasibətilə təbrik edib, Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfərini iki ölkə arasındakı münasibətlərdə tarixi mərhələ adlandırıb və bu səfərin müstəsna strateji tərəfdaşlıq xarakteri daşıyan əlaqələrə böyük təkan verdiyini söyləyib. Səfər vaxtı çoxsaylı sənədlərin, o cümlədən iki ölkənin hökumət başçıları arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamənin imzalandığını, hazırda pandemiyadan irəli gələn çətinliklərə baxmayaraq, iki ölkə arasında siyasi, iqtisadi, elm, təhsil və mədəniyyət sahələrində əməkdaşlığın daha da dərinləşəcəyinə nikbinliklə baxdığını və Prezident İlham Əliyevin səfəri vaxtı bu mövzularda aparılmış geniş və çox maraqlı müzakirələrdə şəxsən iştirak etdiyini bildirib. Münasibətlərdə iqtisadi sektorun əhəmiyyətini vurğulayan dövlət katibi İtaliyanın uzun illərdir Azərbaycanın ən böyük ticarət tərəfdaşı olduğunu, xüsusilə də enerji sektorunda güclü əməkdaşlığın olduğunu, TAP boru kəmərinin istismara verilməsi ilə bu əməkdaşlığın daha da dərinləşəcəyini, iqtisadiyyatın digər sahələrində mövcud olan geniş imkanlardan faydalanmağın əhəmiyyətini bildirib. İki ölkə arasında humanitar sahələrdə də geniş əməkdaşlığın mövcud olduğunu, mədəniyyət, universitetlərarası, elm və texnologiya sahələrində çoxsaylı mübadilələrin həyata keçirildiyini, 2020-ci ildə İtaliyada Azərbaycan Mədəniyyət ilinin elan olunduğunu və epidemioloji vəziyyətin düzəlməsi ilə İtaliyada Azərbaycan mədəniyyətinə həsr olunmuş tədbirlərin davam edəcəyinə böyük ümidlər bəslədiyini və bu tədbirlərin iki ölkə arasında yaxın dostluq əlaqələrini daha da dərinləşdirəcəyinə əminliyini bildirib. Çıxışının sonunda Manlio Di Stefano bu imkandan istifadə edərək İtaliyada çox ağır epidemioloji vəziyyətdə Azərbaycanın İtaliyaya göstərdiyi yardıma, yaxınlıq və həmrəyliyin təcəssümü olan digər təşəbbüslərə görə Azərbaycan hökumətinə, şəxsən Prezident İlham Əliyevə və Birinci vitse-prezident Mehriban Əliyevaya dərin təşəkkürünü bildirib, Baş Nazir Cüzeppe Konte, Xarici İşlər naziri Luici Di Maio və özünün də dəfələrlə dediyi kimi, bütün bunları heç zaman unutmayacaqlarını və göstərilən bu dəstəyin iki ölkə arasında daha da güclənəcək dərin münasibətlərin göstəricisi olduğunu deyib. Dövlət katibi Azərbaycan və Avropa İttifaqı arasında yeni tərəfdaşlıq sazişinin tezliklə imzalanmasında İtaliyanın bütün lazımi dəstək verməyə hazır olduğunu bildirib.

Ardınca birbaşa videobağlantı ilə tədbirdə çıxış edən İtaliya Parlamentində Azərbaycanla Parlamentlərarası Dostluq Assosiasiyasının sədri deputat Rossana Boldi iki ölkə arasında parlamentlərarası əməkdaşlığın əhəmiyyətindən, rəhbərlik etdiyi assosiasiyanın Azərbaycan-İtaliya münasibətlərinə verdiyi töhfələrdən danışıb, Prezident İlham Əliyevin dövlət səfəri zamanı söylədiyi fikirlərə istinad edərək “İtaliyanın Azərbaycanın strateji tərəfdaşı və Avropada bir nömrəli tərəfdaşı” olduğunu bildirib.

Bundan sonra birbaşa videobağlantı ilə TAP layihəsinin sərmayədarlarından olan “Snam S.p.A” şirkətinin vitse-prezidenti Alessandra Pasini iki ölkə arasında enerji sahəsində əməkdaşlıq, TAP layihəsinin strateji əhəmiyyəti, “Snam” və SOCAR arasında əməkdaşlığın dərinləşdirilməsi istiqamətində atılan addımlar, bu xüsusda şirkətlər arasında Prezident İlham Əliyevin dövlət səfəri vaxtı imzalanmış sənədin əhəmiyyəti barədə danışıb.

Ardınca birbaşa videobağlantı ilə İtaliya-Azərbaycan Ticarət Palatasının sədri Manuela Traldi isə iki ölkə arasında iqtisadi sahədə əməkdaşlığın hazırkı vəziyyəti və gücləndirilməsi üçün mövcud olan imkanlar, bu xüsusda rəhbərlik etdiyi qurumun fəaliyyəti barədə məlumat verib.

Tədbirə sonuncu birbaşa videobağlantı ilə qoşulan İtaliyanın nüfuzlu "Luiss Guido Carli" Universitetinin vitse-prezidenti, sabiq Ədliyyə naziri Paola Severino isə iki ölkə arasında humanitar, mədəniyyət və akademik sahələrdə əməkdaşlıqdan danışıb, Prezident İlham Əliyevin dövlət səfəri vaxtı "Luiss Guido Carli" Universiteti ilə ADA Universiteti arasında imzalanmış əməkdaşlıq haqqında sənədin əhəmiyyətindən, iki universitet arasında gələcək əməkdaşlıq layihələrindən danışıb və rəhbərlik etdiyi qurumun iki ölkə arasında əlaqələrin daha da dərinləşməsində iştirak edəcəyindən məmnunluğunu bildirib.

Tədbirin sonunda səfir Məmməd Əhmədzadə bütün natiqlərə iştiraklarına və fikirlərinə görə təşəkkürünü bildirib, son iki ildən də az müddət ərzində həyata keçirilən 4 ən yüksək səviyyəli tarixi səfərlərin - 2018-ci ilin iyul ayında İtaliya Respublikası Prezidentinin Azərbaycana dövlət səfərinin, 2018-ci ilin sentyabr ayında Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliyaya rəsmi səfərinin, 2018-ci ilin oktyabr ayında İtaliya Senatının Sədrinin Azərbaycana rəsmi səfərinin, cari ilin fevral ayında isə Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfərinin iki ölkə arasında münasibətlərdə önəmli tarixi mərhələ olduğunu və Azərbaycan Respublikası Prezidentinin İtaliyaya son səfərinin növbəti illər üçün əlaqələrin daha da dərinləşməsinə böyük təkan verdiyini, xüsusilə də səfər vaxtı imzalanmış “Azərbaycan Respublikası ilə İtaliya Respublikası arasında Çoxölçülü Strateji Tərəfdaşlığın Gücləndirilməsinə dair Birgə Bəyannamə”nin münasibətlərdə tarixi nailiyyət olduğunu, bu sənədin əməkdaşlığın bütün sahələrini əhatə etməsi ilə yanaşı, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin Azərbaycanın suverenliyi, ərazi bütövlüyü və beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı əsasında nizamlanmasına İtaliyanın dəstəyinin ifadə edilməsi nöqteyi-nəzərdən də əhəmiyyətini bildirib. Səfir Azərbaycan-İtaliya strateji tərəfdaşlığının əsasını təşkil edən siyasi, iqtisadi və humanitar istiqamətlər barədə, xüsusilə də Heydər Əliyev Fondunun iki ölkə arasında mədəniyyət sahəsində mübadilələrdə vacib rolundan danışıb, postpandemiya dövründə əlaqələrin daha da dərinləşdirilməsi üçün səylərin davam etdiriləcəyini bildirib.

Tədbirdə, eləcə də jurnalistin sualına cavab olaraq, Məmməd Əhmədzadə ölkəmizdə COVID-19 epidemiyasının yayılmasının qarşısının alınması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülən tədbirlər, bu xüsusda ölkəmizin beynəlxalq əməkdaşlığa verdiyi dəstək, Ümumdünya Səhiyyə Təşkilatı və bir sıra ölkələrə edilmiş yardımlar, habelə ölkəmizin Qoşulmama Hərəkatına və Türkdilli Dövlətlərin Əməkdaşlıq Şurasına rəhbərliyi çərçivəsində təşkil etdiyi videokonfrans vasitəsilə müvafiq Zirvə görüşləri barədə məlumat verib. Azərbaycanın dost İtaliya xalqına bu çətin günlərdə həmrəylik və yaxınlıq nümayiş etdirdiyini, müvafiq humanitar yardımla yanaşı, Bakı Media Mərkəzi tərəfindən hazırlanmış Ciakomo Puççininin “Nessun Dorma” ariyasının sədaları altında videoçarx və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası barədə danışıb. Azərbaycan ilə İtaliya arasında dostluğun və yaxınlığın rəmzi kimi iki ölkənin dövlət bayramlarının da tarixlərinin bir-birinə yaxın olduğunu deyən səfir italiyalı dostları 2 İyun - Respublika Bayramı münasibətilə də təbrik edib.

Videokonfrans vaxtı Azərbaycanın bugünkü həyatını göstərən videoçarxlar, İtaliya Respublikası Prezidentinin Azərbaycana dövlət səfəri, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinin İtaliyaya rəsmi səfəri, İtaliya Senatının Sədrinin Azərbaycana rəsmi səfəri və Azərbaycan Respublikası Prezidentinin İtaliyaya dövlət səfərindən kadrlar, Bakı Media Mərkəzi tərəfindən hazırlanmış Ciakomo Puççinin “Nessun Dorma” ariyasının sədaları altında videoçarx və Heydər Əliyev Mərkəzinin binası üzərində İtaliya bayrağının videoproyeksiyası nümayiş etdirilib.

Videokonfrans səfirliyin sosial media profillərində canlı olaraq yayımlanıb və videokonfrans media tərəfdaşı olan “Askanews” xəbər agentliyi tərəfindən tədbirlə bağlı silsilə məlumatlar yayımlanıb.

Aygün Əliyeva

AZƏRTAC-ın xüsusi müxbiri

Roma

İtaliyada 28 May - Respublika Günü münasibətilə videokonfrans keçirilib VİDEO

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

NYT: Pentaqon İrana qarşı yeni hərbi əməliyyatlara hazırlaşır

BMT yanında Daimi Nümayəndəlik: Mina təhlükəsi məcburi köçkünlərin geri qayıdışına mane olmaqda davam edir

Daimi Nümayəndəlik: TRIPP regional ticarət və iqtisadi inteqrasiya üçün yeni imkanlar açacaq

Azərbaycan BMT-də irqi ayrı-seçkiliyi təşviq edən təşkilatların qadağan edilməsinə çağırıb

İstanbulda çökən binanın dağıntıları altında iki nəfərin axtarışları davam edir

Tramp İlon Maskı elmi nailiyyətlərinə görə mükafatlandırıb

Vitkoff və Kuşner Ukrayna nümayəndə heyəti ilə görüşəcəklər

Fransada məktəb etirazları zamanı 500-dən çox insan saxlanılıb

ABŞ İran neftinə görə 17 gəmi və şirkətə sanksiya tətbiq edib

Azərbaycan parataekvondoçusu Paris Qran-Prisində gümüş medal qazanıb

Alman rejissor: Biz Azərbaycanın özünəməxsus səsini və ruhunu musiqi vasitəsilə göstərmək istədik

Üzgüçülük və digər su idman növlərinin inkişafı ilə bağlı fikir mübadiləsi aparılıb

Sahibə Qafarova Tanzaniyada Qoşulmama Hərəkatı Parlament Şəbəkəsinin koordinasiya iclasına sədrlik edib

“Kosmik hava: kritik infrastruktur üçün təhlükələr və proqnozlaşdırma problemləri” – ustad dərsi

Aktau limanı konteyner daşımaları üzrə yeni rekord müəyyənləşdirib

Türkiyə mediası Azərbaycan Prezidentinin Türkmənistana səfərini geniş işıqlandırıb

Prezident İlham Əliyevin sosial media hesablarında Türkmənistana səfəri barədə videoçarx paylaşılıb VİDEO

Frankfurt sərgisi çərçivəsində Azərbaycanın nəşriyyat təmsilçilərinin işgüzar görüşləri təşkil olunub

Prezident İlham Əliyev MDB Ölkələrinin Milli Kulinariya Festivalı ilə tanış olub, rəsmi qəbulda iştirak edib

Fəxrim Quluzadə: Yeni nəsil memarlara akustik komfort prinsiplərini öyrətmək vacibdir

Tramp: ABŞ noyabrın 3-dək İrana hücum etməyəcək

Böyük Britaniya məhkəməsi Endryunun evlərində aparılan axtarışları qanunsuz hesab edib

Azərbaycanın Mərkəzi Asiya dövlətləri ilə əməkdaşlığı yeni regional reallıqlar formalaşdırır ŞƏRH

Cəbrayılda 2-ci mina partlayıb, bu gün yaralanmış şəxsin atası xəsarət alıb – YENİLƏNİB

Qəzənfər Əhmədov: Azərbaycanda itkin düşmüş şəxslərin taleyinin aydınlaşdırılması istiqamətində işlər Prezident İlham Əliyevin daimi diqqəti ilə həyata keçirilir

Moskva vilayətinə PUA hücumu nəticəsində bir nəfər ölüb

Fransada asayiş əməliyyatlarında xüsusi vasitələrdən istifadə edilməsi gündəmdədir

Bu saata olan əsas xəbərlər

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Dünya üçüncüsü olan Azərbaycan cüdoçusu: Tatamiyə çıxanda birinci atamı sevindirməyi düşünürdüm VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Vyetnam nümayəndə heyəti ilə AZƏRTAC-da görüş keçirilib VİDEO

Bakıda Beynəlxalq Akustika Mühəndisliyi Forumu işə başlayıb

Naxçıvanda yeni investisiya layihələrinin reallaşdırılması imkanları müzakirə olunub

Rusiya Şimal-Cənub marşrutunun əhəmiyyətini yüksək qiymətləndirir

Anar Əliyev: Azərbaycan BMT ilə sıx və davamlı tərəfdaşlığa xüsusi önəm verir

Qazaxıstanlı ekspert: TRIPP Naxçıvan vasitəsilə Orta Dəhlizin imkanlarını genişləndirəcək

Keniya mediası Azərbaycan ilə əməkdaşlığın inkişafına diqqət çəkib

Ceyd Makkeyb: Qarabağda dağıntıların və bərpa-quruculuq işlərinin şahidi olduq

Bakı Təşəbbüs Qrupu Fransada davam edən etirazlarla bağlı bəyanat yayıb

Tramp administrasiyası “Microsoft”un xarici işçilər üçün “Green Card” müraciətlərini dayandırır

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Dünya səyyahları Ağdam şəhəri ilə tanış olublar VİDEO

Azərbaycan Milli İncəsənət Muzeyində “Əksetmə” adlı fotosərgi açılıb

Azərbaycanın Mərkəzi Asiya ilə yeni strateji xəritəsi - ŞƏRH

ADPU-da magistr dissertasiyalarının keyfiyyətinin artırılması prioritetlər sırasındadır

Böyük Britaniyanın Baş naziri Almaniyada səfərdədir

Şəmkirdə bazarda nöqsanlar aşkarlanıb

NASA-nın “Crew-12” heyəti 237 günlük kosmik missiyadan sonra Yerə qayıdır

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır -  REPORTAJ  VİDEO

Lahıcda əsrlərin səsi: Misgərlik sənəti nəsildən-nəslə yaşadılır - REPORTAJ VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu formatında IV beynəlxalq konfransın yekun bəyanatı qəbul olunub – YENİLƏNİB VİDEO

Azərbaycan cüdo üzrə dünya çempionatında 5-ci medalını qazanaraq tarixi rekorda imza atıb

Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşü: Rəsmi Bakı diqqət mərkəzində - TƏHLİL

Neft qiymətləri yenidən kəskin yüksəlib

Şahbuzda vətəndaşların kənd təsərrüfatı ilə bağlı müraciətləri dinlənilib, təsərrüfatlara baxış keçirilib

Xaçmazda qəhvəyi mərmər bağacığının qışlama dövrü ilə əlaqədar kompleks mübarizə tədbirləri görülür

Türkmənbaşıda Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşü keçirilib YENİLƏNİB-2 VİDEO

AzTU-da Türk Aviasiya və Kosmik Sənaye Şirkətinin “LIFT UP” proqramı təqdim edilib

Maliyyə Monitorinq Xidmətinin hüquq-mühafizə orqanlarına göndərdiyi məlumatların sayı 30 faiz artıb

Bəzi informasiya sistemlərinə qarşı kibertəhlükələr müəyyən edilib

Leysan olacaq, dolu düşəcək, dağlıq ərazilərə qar yağacaq - XƏBƏRDARLIQ

Dövlət sərhədini pozmağa cəhd göstərən xarici ölkə vətəndaşları saxlanılıblar

“Dəfn yerlərindən identifikasiyaya: Milli yanaşmalar və qabaqcıl təcrübələr” - Panel sessiya

İncəsənət məktəblərinə direktor və direktor müavini vəzifələri üzrə müsahibələrin vaxtı açıqlanıb

Maliyyə Monitorinq Xidmətinə 20 ölkənin xarici maliyyə kəşfiyyatı orqanından 32 sorğu daxil olub

Azərbaycan və Mərkəzi Asiya ölkələri arasında inteqrasiya qeyri-neft ixracı və rəqəmsallaşma üzrə yeni mərhələyə keçir – ŞƏRH

Prezident İlham Əliyev Avazada geoiqtisadi planlar irəli sürdü – TƏHLİL

“Akustik Qrup”un baş direktoru: Bakı müxtəlif regionlardan mütəxəssisləri bir araya gətirmək üçün əlverişli məkandır

Türkmən şairinin Azərbaycandakı divanı - ədəbi əlaqələrdə yeni mərhələ

Bakı Olimpiya Stadionu Çempionlar Liqasının oyunlarına hazırdır - FOTOLAR

Mərkəzi Bankın nümayəndələri Sabirabadda vətəndaşların müraciətlərini dinləyib

Fərid Bağırov: Gənclərin birgə yaradıcılığı inklüzivliyin gücünü göstərəcək

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi –  ŞƏRH  VİDEO

Azərbaycan-Mərkəzi Asiya əməkdaşlığında yeni inteqrasiya mərhələsi – ŞƏRH VİDEO

TÜRKPA-ya üzv dövlətlər arasında vahid informasiya məkanının yaradılması diqqət mərkəzində

Azərbaycan dövlət idarəçiliyi məktəbi: Əziz Əliyev fenomeni

Çin səhiyyə nazirini ÜST rəhbəri vəzifəsinə namizəd göstərib

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

Bakıda sülh proseslərində itkin şəxslər məsələsinin həlli müzakirə olunub VİDEO

“Rəqəmsal İqtisadiyyatın İnkişafına Dəstək Proqramı” çərçivəsində yeni müraciətlərin qəbuluna start verilib

ADAU-da 2026–2030-cu illər üzrə strateji inkişaf planına dair təlimlərə başlanılıb

Milli Məclis Avropa Parlamentinin qətnaməsinə münasibət bildirib

Gəncənin mədəni irsi gənclərin gözü ilə: Nizami Gəncəvinin 885 illik yubiley forumu

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Vətən müharibəsi iştirakçısı: Yaralı vəziyyətdə beş saat döyüş mövqeyini tərk etmədim VİDEO

Gəncə ilk dəfə voleybol festivalına ev sahibliyi edir

BMU tələbələrinə “4Sİ Akademiyası - Milli Proqram”ın imkanları barədə məlumat verilib

“Tərsinə irəliləyən zaman” inklüziv tamaşası qrant müsabiqəsinin qalibi olub

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Dünya səyyahları Xankəndiyə gəliblər VİDEO

Qazaxıstanda iki süni intellekt mərkəzi yaradılacaq

Maliyyə Monitorinq Xidmətində qeydiyyatdan keçən öhdəlik daşıyan şəxslərin sayı 48,3 faiz artıb

Növbəti seminar - “Dilimiz milli-mədəni kimliyimizin təməlidir”

Azərbaycanda süni intellekt sahəsində hüquqi və institusional çərçivə formalaşdırılır

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Dərsdə yüksək nəticə, yoxsa sağlam psixologiya? – müəllim izah edir VİDEO

Böyük Britaniya Rusiyaya qarşı yeni sanksiyalar tətbiq edib

Aqrar sahənin hüquqi bazası möhkəmlənir: sahibkarlar yeni qanun layihəsini necə qiymətləndirir?

“Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nda dəyişiklik edilməsi haqqında
Azərbaycan Respublikası Nazirlər Kabinetinin QƏRARI

Düşənbədə “ŞƏT-in nəqliyyat və logistikası” beynəlxalq sərgisi keçiriləcək

Estoniya 195 milyon avro dəyərində silah və sursat alacaq

Dünya Bankı ilə rəqəmsal inkişaf sahəsində əməkdaşlıq imkanları dəyərləndirilib

Türkiyədə Het çarlığı dövrünə aid mixi yazılı lövhələr aşkarlanıb

® “Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib