Azərbaycan Dövlət İnformasiya Agentliyi

Pandemiya dövründə sərnişindaşımalarla bağlı AZAL-ın yeni qaydaları açıqlanıb

Pandemiya dövründə sərnişindaşımalarla bağlı AZAL-ın yeni qaydaları açıqlanıb

Bakı, 11 iyun, AZƏRTAC

Pandemiya dövründə sərnişin daşımaları ilə bağlı “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) yeni qaydaları açıqlanıb.

AZƏRTAC xəbər verir ki, bu barədə iyunun 11-də Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahda keçirilən brifinqdə AZAL-ın vitse-prezidenti Eldar Hacıyev məlumat verib.

O bildirib ki, Azərbaycanda koronavirus infeksiyası COVID-19 pandemiyası dövründə yerinə yetiriləcək sərnişin daşımaları ilə bağlı yeni qaydalar hazırlanıb. Bu qaydalara əsasən, Heydər Əliyev Beynəlxalq Aeroportundan yola düşən sərnişinlər üçün bir sıra tədbirlər tətbiq edilir. Qaydalara əsasən, yalnız yola düşməyə hazırlaşan sərnişinlərin aerovağzal kompleksinin binasına daxil olmalarına icazə verilir, terminal binasına daxil olmazdan əvvəl sərnişinlər xüsusi avadanlıq - dezinfeksiyaedici dəhliz vasitəsilə ümumi dezinfeksiya prosedurundan keçirlər, aerovağzal kompleksinin daxilində sərnişinlər tibbi maskalardan istifadə etməlidirlər. Tibbi maskaları olmayan sərnişinlərə hava limanı əməkdaşları tərəfindən maskalar təqdim ediləcək. Girişdə bütün sərnişinlərin bədən hərarəti ölçüləcək, 37,50 C-dən yuxarı hərarəti olan sərnişinlər reysə buraxılmayacaq. Aviasiya təhlükəsizliyi əməkdaşları tərəfindən yoxlama proseduru sosial məsafəyə riayət olunmaqla həyata keçiriləcək. Bunun üçün terminalda xüsusi işarələr mövcuddur.

E.Hacıyevin sözlərinə görə, qeydiyyat üçün növbələrə hava limanının xüsusi təyin edilmiş əməkdaşları tərəfindən nəzarət olunacaq. Qeydiyyat prosedurunu, həmçinin müstəqil qeydiyyat köşklərində də keçmək mümkündür (“Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin reysləri üçün). Bu zaman baqajı “Bag Drop” masasında təhvil vermək olar. Növbədə gözləməmək məqsədilə aviaşirkət qeydiyyat prosedurunu saytda onlayn rejimdə və ya mobil tətbiq vasitəsilə keçməyi tövsiyə edir. Sərnişinlərin baqajı qəbul edildikdən sonra dezinfeksiya olunacaq və üzərinə təsdiqləyici işarə vurulacaq. Uçuş zonasında (gömrük və sərhəd nəzarətindən keçdikdən sonra) “Duty Free” mağazaları və restoranlar Nazirlər Kabineti yanında Operativ Qərargahın təlimat və göstərişlərinə riayət etməklə fəaliyyət göstərəcək. Sərnişinlərin hava gəmisinə daxil olması salondakı sonuncu sıralardan başlayaraq həyata keçiriləcək.

Hava gəmisi salonunda görüləcək tədbirləri qeyd edən AZAL-ın nümayəndəsi bildirib ki, sərnişinlər hava gəmisinə daxil olarkən ekipaj onlara tibbi maska, birdəfəlik istifadə üçün əlcəklər, həmçinin dezinfeksiyaedici heldən (sanitayzer) ibarət fərdi qoruyucu vasitələr dəsti təqdim edəcək. Tualet kabinələrindən istifadə istisna olmaqla, uçuş müddətində salonda gəzməyə icazə verilməyəcək. Ekipajla təmasın minimuma endirilməsi üçün uçuş zamanı sərnişinlərə hermetik qablaşdırmada qida və birdəfəlik istifadə üçün yemək ləvazimatları təqdim ediləcək. Biznes və VIP sinif sərnişinlərinə hermetik bağlamada yerləşdirilən 4 növ qidanın təsvir olunduğu menyu kartı təqdim olunacaq. Pandemiya dövründə sərnişinlərə birdəfəlik istifadə olunan qulaqcıqlar istisna olmaqla, yastıq, ədyal, planşet və digər ləvazimatlar verilməyəcək. Uçuş zamanı sərnişinlərdən birində COVID-19 xəstəliyinin əlamətləri müəyyən edildiyi zaman, o, digər sərnişinlərlə təmasın minimuma endirilməsi məqsədilə hava gəmisi salonunun arxa hissəsində təcrid ediləcək. Ona xidmət göstərmək üçün ayrıca təyyarə bələdçisi təyin olunacaq.

E.Hacıyev Heydər Əliyev Beynəlxalq Aeroportuna uçub gələn sərnişinlərə münasibətdə görülən tədbirlər barədə də məlumat verib. “Uçuşdan sonra bütün sərnişinlər hava limanı əməkdaşlarının təlimatlarına əməl etməlidirlər, onlar növbəli qaydada bədən hərarətinin ölçülməsi və xüsusi testlərdən keçmək üçün yönləndiriləcəklər. Xəstəlik əlamətləri olan sərnişin aşkar edildiyi halda həmin sərnişin tibbi heyət tərəfindən xüsusi avtomaşın vasitəsilə müvafiq tibb müəssisəsinə çatdırılacaq. Bu halda sərhəd xidmətinin əməkdaşı çağırılaraq mobil avadanlıq vasitəsilə sərhəd nəzarəti həyata keçiriləcək. Test nəticələri mənfi olan sərnişinlər sosial məsafəni təmin etmək üçün xüsusi döşəmə işarələrinə riayət etməklə sərhəd nəzarətinə yaxınlaşacaqlar. Uçuşdan sonra sərnişinlərin baqajı dezinfeksiya olunacaq və üzərinə bunu təsdiq edən xüsusi stiker vurulacaq. Sərnişinləri qarşılayan şəxslər Heydər Əliyev Beynəlxalq Aeroportunun aerovağzal kompleksindən kənarda gözləyə bilərlər”.

Qaydaların əyani nümayişi üçün “Azərbaycan Hava Yolları” tərəfindən hava limanında və hava gəmisində yuxarıda qeyd olunan prosedurlardan keçmə ardıcıllığını əks etdirən videoçarx hazırlanıb.

Qeyd edilib ki, profilaktik işlər çərçivəsində Heydər Əliyev Beynəlxalq Aeroportunun bütün terminallarında və hava gəmilərində mütəmadi olaraq dezinfeksiya işləri aparılır. Hava limanı ərazisində istifadə edilmiş maskaların və digər fərdi qoruyucu vasitələrin atılması üçün kifayət qədər qapalı tullantı qutusu mövcuddur. Reyslərdə qida təminatı əməkdaşlar tərəfindən bütün sanitar normalara riayət etməklə həyata keçirilir, bütün birdəfəlik istifadə qabları utilizasiya olunur. “Azərbaycan Hava Yolları” və “Buta Airways” aviaşirkətlərinin hava gəmiləri salonlarında hava HEPA-filtrləri mütəmadi surətdə dəyişdirilir.

AZAL Operativ Qərargahın, eləcə də Ümumdünya Səhiyyə Təşkilatının COVID-19 ilə mübarizə üzrə bütün tələb və tövsiyələrinə riayət olunmasına məsuliyyətlə yanaşmağı sərnişinlərə tövsiyə edir.

Aviaşirkətin və hava limanının əməkdaşları, öz növbəsində, uçuşun maksimal dərəcədə rahat və təhlükəsiz keçməsi üçün bütün səylərini səfərbər edəcəklər.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

AGF-nin Hakimlər Komitəsinin sədri: Futbolun azarkeş kütləsi daha çox olduğu üçün hakimlərin məsuliyyəti artır

WUF13 çərçivəsində 179 minə yaxın sərnişin daşınıb

Londonda Qarabağın alban xristian irsinə həsr olunan interaktiv platforma təqdim edilib

Ayrı-ayrı ərazilərdə intensiv və güclü yağış müşahidə olunub - FAKTİKİ HAVA

Suriyada İŞİD terrorçuları yaxalanaraq Türkiyəyə gətirilib

Bu saata olan əsas xəbərlər

Rusiya Harri Kasparovu beynəlxalq axtarışa verib

Avropa İttifaqı və Meksika arasında yeni azad ticarət sazişi imzalanıb

WUF13 Azərbaycan xalqının mədəni simasının dünyaya tanıdılması baxımından son dərəcə əhəmiyyətli idi - ŞƏRH

FHN Sumqayıtda qanunsuz tikilini söküb

Beynəlxalq Güləş Günü ilə bağlı seminar təşkil edilib

Türkiyənin universitet rektoru: Türkiyə və Azərbaycanın uğurlarının təməli Çanaqqala və Qarabağda qoyulub

May ayının bütün sosial ödənişləri yekunlaşdırılıb

AZCON Holding WUF13 çərçivəsində innovativ şəhər həllərini nümayiş etdirib

NDU Beynəlxalq Kembric Məktəbinin şagirdləri HIPPO Olimpiadasında uğurlu nəticə göstərib

Çində kömür mədənində baş verən qəzada ölənlərin sayı 82-yə çatıb YENİLƏNİB-2

Milli Məclisin nümayəndə heyəti Azərbaycanın Sankt-Peterburq şəhərindəki baş konsulluğunda olub

Qubada Aşıq Ələsgərin irsi elmi-praktik müstəvidə təhlil olunub

Göydəniz Qəhrəmanov: Bakı–Tbilisi qatar xəttinin yenidən açılması regional turizmə yeni imkanlar yaradır

Yanğın söndürüldü, xilasetmə əməliyyatları yerinə yetirildi - Naxçıvan Tibb Kollecində təlim

Qərbi Azərbaycan İcmasında tədqiqatçı Şəfəq Nasirin yeni kitablarının təqdimatı olub

Premyer Liqa: Bu gün daha iki oyun reallaşacaq

ETSN kollektivi peşə bayramını qeyd edib

Bu gün Ekologiya və Təbii Sərvətlər Nazirliyi işçilərinin peşə bayramıdır

Pakistan və Qətər İran-ABŞ razılaşması üzrə vasitəçilik səylərini gücləndirib

Venesuelada əfv qanunundan sonra 395 məhbus azad edilib

Heydər Əliyev Sarayının Niyazi adına Dövlət Simfonik Orkestri Naxçıvanda möhtəşəm konsert proqramı ilə çıxış edib

CBS: Nyu-Yorkda zavodda baş verən partlayışda 16 nəfər xəsarət alıb

Adrian Griffiths: Azərbaycan davamlı və hərtərəfli şəhər bərpasında nümunə göstərir

Dünya mediası WUF13-ün qlobal şəhərsalma siyasətində yeni yol xəritəsinin müəyyənləşməsində rolundan yazıb

“Axios”: Tramp İrana qarşı yeni zərbələri nəzərdən keçirir

İlyas Demirci: Qarabağda itirilmiş elə mədəni irs nümunələri var ki, biz onları yenidən bərpa etməyi bacarmalıyıq

Bağdadda Şuşaya həsr olunmuş kitabın təqdimatı olub

“Tasnim”: ABŞ və İran arasında bəzi fikir ayrılıqları üzrə irəliləyiş əldə olunub

Marçin Budzinski: Bakı şəhərlərin uğurlu transformasiyası və inkişafının parlaq nümunəsidir

Konqonun milli futbol komandası dünya çempionatından kənarlaşdırıla bilər

“Trabzonspor” Türkiyə Kubokunun qalibi olub

UN-Habitat mütəxəssisi: Azərbaycan şəhər bərpasına uğurlu yanaşma nümayiş etdirir

Fransada kibertəhlükələr və şəxsi məlumat sızmaları rekord həddə çatıb: CNIL nəzarəti gücləndirir

Xarici mütəxəssis: WUF13 dayanıqlı şəhərlərin gələcəyi üçün əsas qlobal platformadır

Azərbaycanın FIFA referiləri beynəlxalq oyunlara təyinat alıblar

103 ölkədən 569 QHT WUF13-lə bağlı Bakı Bəyannaməsi imzalayıb

XIV Qlobal Bakı Forumunun elanı və “Global Policy Analysis” jurnalının 12-ci buraxılışının təqdimatı olub

İş yerlərində gender bərabərliyinin təşviqi

Nigeriya nazirliyinin katibi: Azərbaycan dayanıqlı inkişaf baxımından zəngin tarixə və mədəni irsə malikdir

İlyas Demirci: WUF13-ün Azərbaycanda keçirilməsindən böyük məmnunluq duyuram

Mladen İvaniç: Qlobal Bakı Forumu digər qlobal platformalarla müqayisədə daha çox açıq dialoq mühiti ilə seçilir

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

Laçında keçirilən əmək yarmarkasında 21 müəssisə iş yerləri təqdim edib VİDEO

İsmail Serageldin: Nizami Gəncəvi Beynəlxalq Mərkəzində çoxtərəfliliyə və açıqlığa olan sadiqliyimiz dəfələrlə təsdiqlənib

“Yaşıl Elektrik Enerjisinin Ötürülməsi və Ticarəti” layihəsi çərçivəsində birgə şirkət yaradılacaq

Özbəkistan Mərkəzi Bankı ilə maliyyə hesabatlılığı sahəsində qabaqcıl beynəlxalq təcrübə müzakirə edilib

Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib

ABŞ Milli Kəşfiyyatının direktoru Tulsi Qabbar istefa verib

BMT Məskunlaşma Proqramının regional direktoru: Bakı WUF13-ün keçirilməsi üçün müstəsna platforma təqdim edib

Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib

WUF13 çərçivəsində mədəniyyət gecəsi

İspaniyalı mütəxəssis: Azərbaycanın şəhərlərin dayanıqlı inkişafındakı rolunu ekspertlər yüksək qiymətləndirirlər

WUF13 iştirakçısı: Azərbaycan regionda sabit və inkişaf edən mərkəz rolunu möhkəmləndirir

Tramp oğlu Donun toyunda iştirak etməyəcəyini açıqlayıb

Naxçıvan şəhərində 15,5 kilometrlik yolun asfaltlanmasına başlanılıb

Urbanist Qvardiola Qarsiya: İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır

Premyer Liqa: “Qarabağ” mövsümü üç xalla bitirib

Peşə əmək qabiliyyətinin itirilməsi dərəcəsi necə müəyyən olunacaq?

Pakistanlı iştirakçı: Düşünürəm ki, WUF13 şəhərlərin düzgün layihələndirilməsinə töhfə verəcək

Azərbaycanın postmünaqişə dövründə bərpa işləri sahəsindəki beynəlxalq təşəbbüsü WUF13-ün yekun sənədlərində dəstəkləndi

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

“Baku White City” və “Sea Breeze” birgə fəaliyyət haqqında saziş imzalayıblar VİDEO

Marko Rubio və Hakan Fidan arasında görüş olub

Rusiyalı iştirakçı: WUF13 gələcəyin şəhərlərinin qurulması ilə bağlı birgə addımların müəyyənləşdirilməsinə töhfə verir

Amerikalı mütəxəssis: Azərbaycan və WUF13 dayanıqlı şəhər inkişafı üzrə təcrübə mübadiləsində mühüm rol oynayır

Nazir Rəşad Nəbiyev Xızıda vətəndaşlarla görüşüb

Kahramanmaraşlı məktəblilər Ulu Öndər Heydər Əliyevin xatirəsini yad ediblər

Prezident Ərdoğan: Türkiyə dünya boru ehtiyatlarının 73 faizinə sahibdir

Mariam Kvrivişvili: Gürcüstanın Türkiyə və Azərbaycanla əməkdaşlıq çərçivəsində Aİ-nin enerji müstəqilliyində rolu artacaq

AMEA-da “44 gün Qarabağ - işğaldan azadlığa” kitabının təqdimatı olub

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

Amina Mohammed: ASAN uğurlu təcrübələrini bir çox ölkə ilə bölüşür VİDEO

® Azərbaycan məktəbliləri EGOI 2026-da iki medal qazanıblar

Yağıntılı hava şəraiti mayın 25-i axşamadək davam edəcək - XƏBƏRDARLIQ

“Bakı Fəaliyyətə Çağırış” sənədi

Qanalı ekspert: Azərbaycan davamlı urbanizasiyanın təşviqi üçün vacib platformaya çevrilir

Bu saata olan əsas xəbərlər

Azərbaycan ədəbiyyatında Natiq Rəsulzadənin yaradıcılığı xüsusi yer tutur

Bakıda qlobal mənzil böhranının həlli ilə bağlı fəaliyyət çağırışı qəbul edilib

Rubio: Rusiya ilə Ukrayna arasında vasitəçilik səylərini bərpa etməyə hazırıq

"Urban Expo": Azərbaycanlı gənclərin uğurlu ekoloji startapı

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

BMT Baş katibinin müavini Bakıda "ASAN xidmət" mərkəzinin fəaliyyəti ilə tanış olub YENİLƏNİB VİDEO

Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik

Naxçıvanda “Ağıllı şəhər və Ağıllı kənd” Startap Festivalı

Paraqvay Respublikasının Prezidenti Santyaqo Penyadan

“Aşıq Ələsgərdən Üzeyir Hacıbəyliyə: Türk dünyasının mədəni kodları” beynəlxalq simpoziumunun materialları nəşr olunub

Avrasiya Patent İdarəsinin prezidenti Əqli Mülkiyyət Agentliyində olub

Fələstinli tələbə: Dayanıqlı şəhərlərin gələcəyinin formalaşmasında beynəlxalq əməkdaşlığın rolu böyükdür

ICESCO-nun Baş direktoru Səlim bin Məhəmməd əl-Malikdən

Gənclər Fondu qrant müsabiqəsi elan edir

BDU əməkdaşları Qazaxıstanda beynəlxalq simpoziumda elmi məruzələrlə çıxış ediblər

WUF13-ün yamaykalı iştirakçısı: Azərbaycan dayanıqlı şəhər inkişafı sahəsində yaxşı nümunə göstərir

Koreya Xalq Demokratik Respublikasının Dövlət İşlərinin Sədri Kim Çen Indan

Bəhreynin Kralı Həməd bin İsa Al Xəlifədən

Somali ilə Azərbaycan arasında potensial əməkdaşlıq imkanları nəzərdən keçirilib

UN-Habitat-ın nümayəndəsi: Gənclər qərarvermə prosesinin bir hissəsi kimi qəbul olunmalıdırlar

Birləşmiş Ərəb Əmirliklərinin vitse-prezidenti, Baş nazirin müavini, Prezident Administrasiyasının rəhbəri Şeyx Mansur bin Zayed Al Nəhyandan