Anaklaudia Rossbax: Azərbaycanın ev sahibliyi ilə möhtəşəm WUF13 keçirdik
Bakı, 22 may, AZƏRTAC
Biz Azərbaycanın ev sahibliyi ilə Bakıda möhtəşəm WUF13 (Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyası) keçirdik və mən insanların üzündə təbəssüm görürəm. Biz UN-Habitat olaraq bu nailiyyətlə qürur duyuruq. Müxtəlif səviyyələrdəki iştirakçılardan eşitdiyimiz odur ki, bu tədbir olduqca mənalı, dərin fikirlərlə zəngin keçib və onlar evlərinə çoxlu yeni biliklərlə, ideyalarla qayıdırlar.
AZƏRTAC xəbər verir ki, bu fikirləri BMT-nin Məskunlaşma Proqramının (UN-Habitat) icraçı direktoru Anaklaudia Rossbax Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən XIV Qlobal Bakı Forumunun elanı və GPA jurnalının 12-ci buraxılışının təqdimatı mərasimində deyib.
“Hesab edirəm ki, iştirakçılar həm də “Bakı Fəaliyyətə Çağırış” sənədini icra etmək üçün böyük bir enerji və ilhamla geri dönürlər. Ona görə də mən sadəcə sevincimi bölüşmək və hər şeyə görə Azərbaycana bir daha təşəkkür etmək istədim”, - deyə o əlavə edib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [20:10]
“Bakı Fəaliyyətə Çağırış” sənədi
- 22.05.2026 [19:49]