Azərbaycan iyulda keçiriləcək Esvatini İnvestisiya Konfransına dəvət edilib
Bakı, 22 may, AZƏRTAC
İxracın və İnvestisiyaların Təşviqi Agentliyi – AZPROMO-da Esvatini İnvestisiyaların Təşviqi Agentliyinin İnvestisiyaların təşviqi üzrə icraçı rəhbəri Martin Masilelanın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüş keçirilib.
AZPROMO-dan AZƏRTAC-a bildirilib ki, görüş zamanı qurumun icraçı direktoru Yusif Abdullayev Azərbaycanın biznes mühiti, Agentliyin fəaliyyət istiqamətləri, ixracın və investisiyaların təşviqi mexanizmləri barədə məlumat verib.
Qarşı tərəf təmsil etdiyi qurumun fəaliyyəti və ölkəsinin iqtisadi potensialı barədə məlumat verib. Həmçinin Azərbaycan iyul ayında ikinci dəfə keçirilməsi planlaşdırılan Esvatini İnvestisiya Konfransında iştiraka dəvət edilib.
Görüşdə iki ölkə arasında ticarət və investisiya əlaqələrinin inkişafı, qarşılıqlı ixrac və idxal potensialına malik məhsulların müəyyənləşdirilməsi, biznes subyektləri arasında əlaqələrin qurulması və gələcək əməkdaşlıq istiqamətləri üzrə fikir mübadiləsi aparılıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 22.05.2026 [22:07]
Mebel sənayesi sahəsində yeni dövlət standartları qəbul edilib
- 22.05.2026 [18:52]
Misirli tələbə: WUF13-də iştirak etmək mənim üçün çox dəyərli təcrübədir
- 22.05.2026 [18:13]