Urbanist Qvardiola Qarsiya: İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır
Bakı, 22 may, AZƏRTAC
İctimai məkanlar şəhər həyatının keyfiyyətində əsas rol oynayır.
Bunu AZƏRTAC-a müsahibəsində ispan urbanist Qvardiola Qarsiya bildirib. Onun sözlərinə görə, şəhərdə ictimai və açıq məkanların mövcudluğu əhalinin bütün qrupları - ailələr, cütlüklər və uşaqlar üçün mühüm əhəmiyyət kəsb edir, çünki məhz belə zonalar istirahət, asudə vaxt və sosial qarşılıqlı əlaqə üçün imkanlar yaradır.
Agentliyin həmsöhbəti vurğulayıb ki, şəhər mühiti tamamilə özəlləşdirilməməlidir; özəl ərazilərlə ictimai məkanlar arasında balansın qorunması vacibdir. O hesab edir ki, yaşıl və açıq məkanların olması şəhərləri daha rahat və yaşamaq üçün yararlı edir.
Qvardiola Qarsiya qeyd edib ki, əlçatan ictimai məkanlar insanların sərbəst vaxt keçirməsinə, istirahət etməsinə və şəhər mühitindən zövq almasına imkan verir ki, bu da şəhərlərdə həyat keyfiyyətinə birbaşa təsir göstərir.
Müxbir – Tamilla Məmmədova