SİYASƏT
“UA:Perşiy” telekanalı atəşə tutulan Tərtər şəhərindən reportaj yayımlayıb VİDEO




Kiyev, 4 noyabr, AZƏRTAC
Ukraynanın “UA:Perşiy” Milli İctimai Televiziya Kanalı Ermənistan silahlı qüvvələrinin Azərbaycanın Tərtər şəhərinə raket hücumu barədə xüsusi reportaj yayımlayıb.
AZƏRTAC xəbər verir ki, reportajda Azərbaycanın Baş Prokurorluğuna istinadla Ermənistan tərəfindən Tərtərdə Azərbaycanın dinc sakinlərinə qarşı fosforlu mərmilərdən istifadə edildiyi bildirilir, partlamayan fosforlu mərmilərin zərərsizləşdirildiyi barədə məlumat verilir.
Telekanalın yaradıcı qrupu Tərtər şəhərində çəkilişlər apararaq raket atəşinin fəsadlarını işıqlandırıb.
Emil Hüseynli
AZƏRTAC-ın xüsusi müxbiri
Kiyev