FHN: Ötən sutka ərzində dördü azyaşlı olmaqla 13 nəfər xilas edilib VİDEO
Bakı, 4 avqust, AZƏRTAC
Ötən sutka ərzində Fövqəladə Hallar Nazirliyinin (FHN) 112 - qaynar telefon xəttinə daxil olmuş zənglər əsasında nazirliyin aidiyyəti qurumları tərəfindən 86 halda yanğına çıxış və köməksiz vəziyyətdə qalma faktı üzrə 9 halda qəza-xilasetmə əməliyyatları həyata keçirilib.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, görülmüş təcili və təxirəsalınmaz tədbirlər nəticəsində yanğınlar operativ qaydada söndürülüb, insanların həyatı xilas olunub. Ümumilikdə, ötən sutka ərzində 4-ü azyaşlı olmaqla 13 nəfər xilas edilib.
Həmçinin, Astara şəhərində fəaliyyət göstərməyən birmərtəbəli inzibati binada baş vermiş yanğın söndürüldükdən sonra yanğın yerinin kəşfiyyatı zamanı 1936-cı il təvəllüdlü Əsgərova Sudiyə Ələsgər qızının meyiti aşkar olunaraq aidiyyəti üzrə təhvil verilib.