Qəbələ rayonunda COVID-19 xəstəsi olan şəxs ictimai yerdə saxlanılıb VİDEO
Bakı, 30 avqust, AZƏRTAC
Qəbələ Rayon Polis Şöbəsinin əməkdaşları tərəfindən keçirilən müvafiq tədbirlərlə aktiv koronavirus xəstəsi ictimai yerdə aşkarlanıb.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan AZƏRTAC-a bildirilib ki, rayon sakini Rəvan Qurbanovun COVID-19 testinin nəticəsi pozitiv çıxdığından ona ev şəraitində müalicə təyin edilib və sanitar-karantin qaydaları izah olunub. Buna baxmayaraq, həmin şəxs yaşadığı ünvanı qanunsuz tərk edib və infeksiyanın yayılmasına şərait yaradıb. Polis əməkdaşları tərəfindən ictimai yerdə aşkarlanan R.Qurbanov evinə geri qaytarılıb.
Onun barəsində Qəbələ Rayon Polis Şöbəsinin istintaq bölməsində araşdırma aparılır.