İsmayıllı rayonunda dağlıq ərazidə baş vermiş yanğın söndürülüb VİDEO
Bakı, 31 avqust, AZƏRTAC
İsmayıllı rayonunun Sərdahar kəndi yaxınlığındakı mürəkkəb relyefli dağlıq ərazidə baş vermiş yanğın Fövqəladə Hallar Nazirliyi (FHN) tərəfindən həyata keçirilmiş zəruri və təxirəsalınmaz tədbirlər nəticəsində söndürülüb.
FHN-in mətbuat xidmətindən AZƏRTAC-a bildiriblər ki, yanğın nəticəsində ümumilikdə təxminən 5 hektar sahədə quru ot, kol-kos və qurumuş ağac kötükləri yanıb. Relyefin mürəkkəbliyinə baxmayaraq, görülmüş tədbirlər sayəsində yanğının genişlənərək sıx meşəlik əraziyə keçməsinin qarşısı alınıb.