CƏMİYYƏT
1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya








Bakı, 1 iyun, AZƏRTAC
Yeni Azərbaycan Partiyası (YAP) Nizami rayon təşkilatının rəhbərliyi və fəalları 1 İyun - Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə sosial aksiya keçiriblər.
YAP Nizami rayon təşkilatından AZƏRTAC-a verilən məlumata görə, aksiya çərçivəsində şəhid və qazi övladları ziyarət edilərək bayram münasibətilə təbrik edilib, hədiyyələr təqdim olunub. Onlara bir daha valideynlərinin Vətən, dövlət qarşısında xidmətlərinə görə təşəkkür edilib.
Şəhid və qazi ailələri ilə ünsiyyət zamanı dövlətin şəhid ailələrinə, qazilərə, müharibə iştirakçılarına göstərdiyi diqqət və qayğıdan söz açılıb. Qeyd olunub ki, 2020-ci ildə Prezident, Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi ilə müzəffər Azərbaycan Ordusunun yağı düşmən üzərində Zəfəri Azərbaycan tarixinə qızıl hərflərlə əbədi olaraq həkk olunub.
Şəhid ailələrinin üzvləri və qazilər də öz növbələrində göstərilən diqqət və qayğıya görə Prezident İlham Əliyevə və birinci xanım Mehriban Əliyevaya təşəkkürlərini bildiriblər.