Azərbaycan Dövlət İnformasiya Agentliyi

2010-2020-ci illər incəsənət sahəsində çoxsaylı tədbirlərlə, mühüm hadisələrlə yadda qalıb

Ötən on ildə Azərbaycanda yüzlərlə mədəni tədbir təşkil edilib
və Bakıda 10-dan çox ölkənin mədəniyyət günləri keçirilib

Bakı, 5 avqust, AZƏRTAC

Son 10 ildə ölkəmizdə bütün sahələrin dinamik inkişafı uğurla davam edib. Yaradılmış işgüzar mühit, mədəniyyət sahəsində də bir sıra böyük layihələrin reallaşmasına şərait yaradıb, Azərbaycanın dünya ölkələri arasında mövqeyinin güclənməsində əhəmiyyətli rol oynayıb. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin gərgin əməyi, təşəbbüskarlığı, qətiyyətli qərarları ilə arzu olunan mütərəqqi işlərin reallığa çevrilməsi uğurla və ardıcıl olaraq davam edib, ötən illərlə müqayisədə nəzərəçarpacaq irəliləyişlər əldə olunub. Ölkə Prezidentinin mədəniyyət sahələrinə dair imzaladığı fərman və sərəncamlar, verdiyi göstəriş və tapşırıqlar, irimiqyaslı mədəniyyət və turizm layihələrinin dövlət tərəfindən yaxından dəstəklənməsi uğurlu nəticələrin əsas bazasına çevrilib.

AZƏRTAC xəbər verir ki, 2010-2020-ci illər incəsənət sahəsində çoxsaylı tədbirlərlə, mühüm hadisələrlə yadda qalıb.

Bu illər ərzində Mədəniyyət Nazirliyi tərəfindən ölkə daxilində və onun hüdudlarından kənarda 500-ə yaxın dövlət əhəmiyyətli tədbir keçirilib, Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilib, ölkə daxilində və xaricdə müxtəlif təsviri və tətbiqi sənət sərgiləri nümayiş etdirilib.

Bu illər ərzində Azərbaycan incəsənət ustalarının dünyanın ən müxtəlif ölkələrinə səfərləri təşkil edilib, ölkə daxilində və xaricdə müxtəlif təsviri və tətbiqi sənət sərgiləri keçirilib, teatr tamaşaları nümayiş olunub.

2010-2020-ci illər ərzində Misir, İran, Mərakeş, Çin, Qətər, İordaniya, Küveyt, Qazaxıstan, Türkiyə, Moldova və digər ölkələrdə Azərbaycan Mədəniyyət Günləri keçirilib. Bu tədbirlərdə çıxış edən ifaçılarımız və musiqi kollektivləri Azərbaycan mədəniyyətini, incəsənətini yüksək səviyyədə təbliğ ediblər. Həmçinin ötən dövrdə Azərbaycanda da İran, Qazaxıstan, Küveyt, Çin, Moldova, Misir və Türkiyənin mədəniyyət günləri təşkil olunub.

Eyni zamanda, bu dövrdə Fransanın regionlarında Azərbaycan mədəniyyətini, tarixini, bütövlükdə ölkəmizi tanıtmaq məqsədilə Heydər Əliyev Fondunun təşkilatçılığı və Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin dəstəyi ilə həyata keçirilən “Qafqazın mirvarisi olan Azərbaycanın mədəni dəyərləri” layihəsinin yekun tədbiri kimi Kann şəhərində silsilə tədbirlər keçirilib.

Ötən 10 illik dövr Azərbaycan teatrı üçün də yaddaqalan olub. Belə ki, Azərbaycan Respublikası Prezidentinin Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramının icrasını təmin etmək məqsədilə Mədəniyyət Nazirliyi tərəfindən Azərbaycan teatrının zəngin bədii irsinin və yaradıcılıq ənənələrinin qorunması, bəşəri dəyərlərin təbliği, teatrların maddi-texniki bazalarının modernləşdirilməsi, informasiya və maliyyə resurslarından səmərəli istifadə edilməsi, günün tələblərinə uyğun repertuarların formalaşdırılması istiqamətində əhəmiyyətli tədbirlər təşkil olunub. Azərbaycan Dövlət Akademik Musiqili, Azərbaycan Dövlət Akademik Milli Dram, Azərbaycan Dövlət Akademik Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar teatrları İran, Türkiyə, Ukrayna, Belarus, Gürcüstan və digər ölkələrdə keçirilən beynəlxalq teatr festivalında ölkəmizi layiqincə təmsil ediblər. Hətta bölgə teatrları da bu işdən kənarda qalmayıb. Lənkəran Dövlət Dram Teatrı Türkiyənin Dənizli şəhərində keçirilmiş Beynəlxalq Teatr Festivalında, Azərbaycan Dövlət Kukla Teatrının yaradıcı heyəti Hindistanın Nyu-Dehli şəhərində keçirilmiş ənənəvi XII İşara Beynəlxalq Kukla Teatrları Festivalında, Qax Dövlət Kukla Teatrının kollektivi Rusiyanın Həştərxan vilayətində keçirilmiş “Kaspiyskiy bereq” adlı IV Beynəlxalq Kukla Teatrları Festivalında ölkəmizi layiqincə təmsil edib.

Ötən dövr həm də teatrlarımız üçün müasir standartlara cavab verən yeni binaların istifadəyə verilməsi ilə yadda qalıb. “Azərbaycan teatrı 2009-2019-cu illərdə” çərçivəsində Abdulla Şaiq adına Azərbaycan Dövlət Kukla, S.Vurğun adına Azərbaycan Dövlət Akademik Rus Dram, Azərbaycan Dövlət Gənc Tamaşaçılar, Azərbaycan Dövlət Akademik Milli Dram, Mingəçevir, Ağdam və Füzuli, Şuşa Dövlət Dram teatrlarının binalarında yüksək səviyyədə təmir-bərpa və yenidənqurma işləri aparılaraq tamaşaçıların ixtiyarına verilib.

“Azərbaycan teatrı 2009-2019-cu illərdə” Dövlət Proqramı çərçivəsində Bakıda Beynəlxalq Teatr Konfransları təşkil olunub. Bu konfranslarda dünyanın 50-dan çox ölkəsindən yüzlərlə rejissor, aktyor, baletmeyster, prodüser, rəssam, teatr tənqidçiləri, alimlər fikir mübadiləsi edərək, mövcud problemlər ətrafında müzakirələr aparıblar.

Ötən bu dövr ərzində Azərbaycan Rəssamlar İttifaqının V.Səmədova adına sərgi salonunda, Dövlət Rəsm Qalereyasında, Muzey Mərkəzində müxtəlif sərgilər açılıb. Nazirlik tərəfindən Azərbaycan rəssamlarının 20 Yanvar, Xocalı faciələrinə və 31 Mart - Azərbaycanlıların Soyqırımı Gününə həsr edilmiş əsərləri təşkil edilib. Nazirliyin tabeçiliyində fəaliyyət göstərən rəsm qalereyalarının fəaliyyətinin səmərəliliyinin artırılması, bölgələrdə mədəni mühitin rəngarəng tədbirlərlə zənginləşməsi, əhalinin mədəni istirahətinin təşkili, Azərbaycan rəssamlarının yaradıcılığının təbliği, gənc nəslin rəssamlıq sənətinə olan marağının artırılması məqsədilə “Paytaxtdan bölgələrə” adlı layihə reallaşdırılıb. Bakıda ilk dəfə Beynəlxalq Kukla Teatrları Festivalı keçirilib. Festivalda 15 ölkədən 21 kukla teatrı iştirak edib. Həmçinin 12 dövlət və 2 xarici teatrın iştirakı ilə Şəkidə I Beynəlxalq Teatr Festivalı keçirilib.

Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə ölkəmizdə “Muğam aləmi”, Üzeyir Hacıbəyli, Qara Qarayev, Rostropoviç adına beynəlxalq festivalları, Qəbələ Musiqi Festivalı təşkil olunub.

2010-2020-ci illər paytaxtımız həm də mədəni dialoqun əsas mərkəzlərindən biri kimi çıxış edib. Bakıda dünya əhəmiyyətli Ümumdünya Mədəniyyətlərarası Dialoq Forumu keçirilib. Forumun əsas tərəfdaşları qismində UNESCO, BMT-nin Sivilizasiyalar Alyansı, Avropa Şurası, Avropa Şurasının Şimal-Cənub Mərkəzi, ICESCO, BMT-nin Ümumdünya Turizm Təşkilatı kimi beynəlxalq qurumlar çıxış ediblər.

2020-ci ildə Azərbaycan Respublikası Mədəniyyət Nazirliyinin fəaliyyətinin təkmilləşdirilməsi, iş mexanizmində operativliyin təmin edilməsi, idarəçilik metodologiyasının modernləşdirilməsi, tabeliyindəki müəssisələrin iş prinsiplərinin müasirləşdirilməsi və bütün sistem üzrə koordinasiyanın qurulması məqsədilə “Mədəniyyət Nazirliyinin İnstitusional İslahatlarının icrasına dəstək Proqramı” hazırlanıb. Proqram mədəniyyət sahəsinin müxtəlif istiqamətləri üzrə qabaqcıl beynəlxalq təcrübəyə əsaslanan 16 layihədən ibarətdir.

“Mədəniyyət Nazirliyinin İnstitusional İslahatlarının icrasına dəstək Proqramı” çərçivəsində “Azərbaycan Respublikasının Mədəniyyət Strategiyası”nın hazırlanmasına başlanılıb, yeni strategiyaya uyğun olaraq restrukturizasiya, nazirliyin insan resurslarının inkişafı sisteminin qurulması və idarə olunması, idarəçilikdə səmərəliliyin yüksəldilməsi, dövlət-özəl tərəfdaşlıq və autsorsinq idarəetmə modellərinin, davranış mədəniyyəti, milli geyim və milli ritm standartlarının hazırlanması, tabelikdə olan bir sıra müəssisələrin funksionallığının artırılması və dövlət büdcəsindən asılılığının aradan qaldırılması məqsədilə publik hüquqi şəxs statusunda fəaliyyət göstərməsi və digər istiqamətlər üzrə müvafiq tədbirlər həyata keçirilib.

2020-ci ildə COVID-19 infeksiyasının yaratdığı problemlər mədəniyyət sahəsindən də yan ötməyib. Buna baxmayaraq, mədəniyyət sahəsində müasir çağırışlar nəzərə alınaraq bu istiqamətdə işlər günün tələbləri səviyyəsində qurularaq davam etdirilib.

 

 

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

“Environmental Protection First” koalisiyası COP17 ilə bağlı beynəlxalq ictimaiyyətə müraciət edib

Prezident İlham Əliyevin mesajları Qərb institutlarına ciddi xəbərdarlıq idi ŞƏRH

Qusar-Əniq-Laza yolunda iki yeni körpü inşa olunur