SİYASƏT
2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə AzərTAc sədrlik edəcəkdir VİDEO

Ər-Riyad, 20 noyabr (AZƏRTAC). 2016-2019-cu illərdə Xəbər Agentliklərinin Dünya Konqresinə AZƏRTAC sədrlik edəcəkdir.
Bu barədə qərar noyabrın 20-də Səudiyyə Ərəbistanı Krallığının paytaxtı Ər-Riyad şəhərində dünyanın 70-dən çox mötəbər xəbər agentliyinin, OANA, EANA, FANA, İİNA xəbər alyanslarının, SKY Nyus Arabia, Los-Anceles Tayms, Guardian, BBC kimi aparıcı media qurumlarının və məşhur MSN, Google, Yahoo internet korporasiyalarının rəhbərlərinin iştirak etdikləri Xəbər Agentliklərinin IV Konqresində qəbul olunmuşdur.
Xəbər Agentliklərinin V Dünya Konqresinə 2016-cı ildə Azərbaycan ev sahibliyi edəcəkdir. Bu tədbirdə Xəbər Agentliklərinin Dünya Konqresinə 2016-2019-cu illərdə sədrlik AZƏRTAC-a keçəcəkdir.
Xəbər Agentliklərinin birinci Dünya Konqresi 2004-cü ildə Rusiyanın Moskva, ikincisi 2007-ci ildə İspaniyanın Estepona, üçüncüsü Argentinanın Buenos-Ayres şəhərlərində keçirilmişdir.