Azərbaycan Dövlət İnformasiya Agentliyi

2016-cı ilin Aprel döyüşlərindən 2020-ci ilin Vətən müharibəsinədək keçilmiş Zəfər yolu

2016-cı ilin Aprel döyüşlərindən 2020-ci ilin Vətən müharibəsinədək keçilmiş Zəfər yolu

Bakı, 2 aprel, Rauf Hacıyev, AZƏRTAC

Ötən il sentyabrın 27-də başlamış və 44 gün davam etmiş Vətən müharibəsində qazanılan parlaq Qələbə bu gün Qafqaz regionunda Azərbaycanın maraqlarına cavab verən yeni geosiyasi reallıq yaradıb. Bu geosiyasi vəziyyət Prezident İlham Əliyevin düşünlümüş daxili və xarici siyasətinin nəticəsində mümkün olub. Vətən müharibəsinin gedişindəki bütün hərbi əməliyyatlar, xüsusən Hadrut qəsəbəsinin, Füzuli rayonunun və Şuşa şəhərinin işğaldan azad edilməsi üçün hazırlanmış əməliyyat planları, ümumilikdə isə Azərbaycan Ordusunun peşəkarlığı və hazırkı qüdrəti bu gün dünyanın bir çox hərbi mərkəzlərində geniş təhlil edilir. Təsadüfi deyil ki, Prezident İlham Əliyev tərəfindən 2004-cü ildən başlayaraq qəbul edilmiş hər bir qərarın arxasında Azərbaycan torpaqlarının işğaldan azad edilməsi dayanıb. Bu illər ərzində ölkəmizin beynəlxalq və regional təşkilatlarla, ayrı-ayrı dövlətlərlə qurulmuş qarşılıqlı faydalı əməkdaşlığı, müxtəlif platformalarda Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin tarixi səbəblərinin və bununla bağlı həqiqətlərin dünyaya çatdırılması, münaqişənin həlli üçün hüquqi bazanın formalaşdırılması, iqtisadiyyatın inkişaf etdirilməsi, ordu quruculuğunun daim diqqətdə saxlanılması, eyni zamanda, milli müdafiə sənayesinin yaradılması və nəhayət Qarabağın azad edilməsinin ümummilli ideyaya çevrilməsi Azərbaycanın Qarabağ müharibəsindəki Qələbəsini şərtləndirən əsas amillərdir.

Hələ beş il əvvəl - 2016-cı ilin Aprel döyüşlərində qazandığımız qələbə Ordumuzun qüdrətinin göstəricisi idi. Aprelin 2-nə keçən gecə Ermənistan silahlı qüvvələri sutka ərzində atəşkəs rejimini pozmağa başladılar. Həmin gecə bütün cəbhəboyu mövqelərimiz iriçaplı silahlardan, minaatanlardan, qumbaraatanlardan və artilleriya qurğularından intensiv atəşə tutuldu. Xüsusən Azərbaycan-Ermənistan sərhədi boyunca yerləşən rayonlarımız Qazax, Tovuz, Gədəbəyin kəndləri və adsız yüksəkliklər, o cümlədən Goranboy, Tərtər, Ağdam, Xocavənd, Füzuli, Cəbrayıl, Göygöl rayonlarının kəndləri və bir sıra adsız yüksəkliklərdə yerləşən mövqelərdən Silahlı Qüvvələrimizin mövqeləri atəşə tutuldu. Eyni vaxtda qoşunların təmas xəttinə yaxın mülki əhalinin yığcam yaşadığı bir sıra yaşayış məntəqələri də düşmənin atəşinə məruz qaldı. Ermənistanın bütün cəbhə boyu mövqelərimizi və yaşayış məntəqələrimizi intensiv atəşə tutması nəticəsində mülki əhali arasında ölən və yaralananlar oldu. Qarşı tərəfin hərbi fəallığını genişləndirməyə imkan verməmək, onun fəaliyyətinin qarşısını almaq məqsədilə Silahlı Qüvvələrimizin komandanlığı tərəfindən əməliyyat şəraiti qiymətləndirilərək dərhal cavab tədbirlərinin görülməsi üçün qərar verildi. Cəbhənin ən gərgin Ağdərə-Tərtər-Ağdam və Xocavənd-Füzuli istiqamətində yerləşən birliklər, artilleriya bölmələri və digər qoşun növlərinin birgə, əlaqəli fəaliyyəti nəticəsində qısa müddətdə Ermənistan silahlı bölmələrinə qarşı cavab tədbirləri həyata keçirildi. Düşmən müdafiəsinin ön xəttində və dərinliyində cəmləşən hərbi hədəflərin koordinatları əvvəlcədən müəyyənləşdirildi. Silahlı Qüvvələrimizin atəş gücü vasitəsilə edilən həmlələr nəticəsində düşmənin döyüş texnikası, xeyli sayda canlı qüvvəsi və digər hərbi infrastrukturu sıradan çıxarıldı. Qısa müddətdə həyata keçirilən sürətli əks-həmlə zamanı erməni hərbi birləşmələrinin uzun illərdən bəri mühəndis-istehkam baxımından möhkəmləndirdiyi birinci müdafiə xətti cəbhənin bəzi istiqamətlərində yarıldı, strateji əhəmiyyətə malik bir neçə yüksəklik və yaşayış məntəqələri düşməndən tam azad olundu. Goranboy rayonu və Naftalan şəhərinə təhlükə yarada biləcək Talış kəndi ətrafındakı yüksəkliklər, eləcə də Seysulan məntəqəsi düşmən qüvvələrindən tam təmizləndi. Horadiz şəhərinin düşmən təhlükəsindən qorunması məqsədilə Füzuli rayonu istiqamətində yerləşən, geniş ərazini nəzarətdə saxlamaq imkanı verən strateji əhəmiyyətli “Lələ təpə” adlandırılan yüksəklik də bölmələrimizin nəzarəti altına keçdi. Döyüş zamanı ermənilərə məxsus 6 tank, 15-dək artilleriya qurğusu və möhkəmləndirilmiş mühəndis qurğuları məhv edildi, o cümlədən düşmənin yüzdən çox hərbi qulluqçusu öldü və yaralandı.

Beləliklə aprelin 2-nə keçən gecədən başlayan və 4 gün davam edən şiddətli döyüşlər tarixə Aprel döyüşləri kimi düşdü. Əslində, Aprel hadisələri hərbi cəhətdən iflasa uğrayan Ermənistanın kriminal rejiminin öz daxilindəki böhranlı siyasi-iqtisadi vəziyyətdən xalqın diqqətini yayındırmaq, cəbhədəki uğursuzluqlarının, canlı qüvvə və döyüş texnikası sarıdan xeyli itkisinin əvəzini çıxmaq məqsədilə növbəti təxribat cəhdi idi. Buna baxmayaraq, ilk dəfə olaraq Qarabağ uğrunda Aprel döyüşləri işğal edilmiş ərazilərin azad olunması məsələsinin həllində Azərbaycan Silahlı Qüvvələrinin artan imkanlarını nümayiş etdirdi. Aprelin 2-də başlamış hərbi əməliyyatlar qısa müddət davam etsə də, nümayiş etdirdi ki, erməni ordusu strateji təşəbbüsü itirir, işğal etdiyi əraziləri əldə saxlaya bilmir, Azərbaycan Silahlı Qüvvələri isə döyüş təchizatı, yüksək mənəvi ruh və motivasiya sayəsində irəli getməyə hazırdır. Ermənistanın hərbi-siyasi rəhbərliyi isə Aprel döyüşlərinin nəticəsini gizlətməyə nə qədər cəhd göstərsə də, buna nail ola bilmədi. Aprel döyüşləri Ermənistanda yaranmış siyasi-iqtisadi böhranı daha da dərinləşdirdi. Bu döyüşlər həm də Ermənistan Ordusunun hərbi-texniki və peşəkarlıq baxımdan geriliyini sübut etdi. Ermənistanın ovaxtkı hərbi-siyasi rəhbərliyi Aprel döyüşlərindəki məğlubiyyətdən düzgün nəticə çıxara bilmədi. Əslində, Ermənistanda bu gün də mövcud olan uydurma və saxta tarixə əsaslanan dövlət ideologiyası, uzun illər ərzində Ermənistan ordusunun məğlubedilməzliyi haqqında yaradılmış mif, ölkədəki kriminal xunta rejiminin daxili mahiyyəti, o cümlədən dövlət və cəmiyyət daxilindəki dərin sosial-iqtisadi böhran vəziyyətinin düzgün qiymətləndirilməsinə mane oldu. Təbii ki, Aprel döyüşlərinin Ermənistan üçün uğursuz nəticəsi kriminal xunta rejiminin sonu oldu. Əslində, 2016-cı ilin Aprel döyüşlərini düzgün təhlil edərək münaqişə bölgəsində vəziyyətin nə dərəcədə dəyişməsi barədə, həmçinin əgər Ermənistan sülh danışıqlarını uzatmaqda və bu danışıqların imitasiyası ilə məşğul olmaqda davam edərsə, o halda nələr baş verəcəyi haqda mühakimə yürütmək olardı.

Aprel hadisələrindən dərhal sonra bir sıra dövlətlərin və beynəlxalq təşkilatların Azərbaycanın işğal edilmiş torpaqlarının boşaldılması üçün işğalçıya hər hansı siyasi təzyiq, yaxud sanksiyalar tətbiq etmək istəməməsi, xüsusən də ATƏT-in Minsk qrupunun nəticəsiz fəaliyyəti 2020-ci ildə İkinci Qarabağ münaqişəsinin alovlanmasına səbəb oldu.

Çünki, kriminal xunta rejimindən sonra 2018-ci ildə Ermənistandakı oxlokratik qüvvələrin favoriti kimi hakimiyyətə yiyələnən yeni rejim də nəinki Aprel döyüşlərindən heç bir nəticə çıxarmadı, əksinə, anneksiya siyasətini davam etdirərək əsassız olaraq “Qarabağ Ermənistandır və nöqtə” kimi məsuliyyətsiz və uğursuz bəyanatını səsləndirdi. Əgər bu bəyanat Ermənistanın konstruktiv danışıqlardan uzaqlaşdığını və Qarabağ münaqişəsi ətrafında status-kvo vəziyyətinin davam etməsində maraqlı olduğunu göstərirdisə, Ermənistanın ovaxtkı müdafiə nazirinin “yeni torpaqlar uğrunda yeni müharibə” bəyanatı bu dövlətin işğalçı siyasətini davam etdirdiyini və açıq-aşkar müharibəyə hazırlaşdığını sübut edirdi.

Son iki ildə Ermənistanın baş naziri N.Paşinyanın irrasional və qeyri-adekvat hərəkətləri, səsləndirdiyi məsuliyyətsiz bəyanatlar, o cümlədən bu dövlətin 2020-ci ilin iyul ayında Ermənistanla-Azərbaycan sərhədində törətdiyi təxribatları, həmin ilin avqustunda terror məqsədilə Azərbaycana göndərdiyi diversiya qrupu bir daha sübut edirdi ki, Ermənistan nəinki Aprel döyüşlərindən nəticə çıxarıb, əksinə, özünün işğalçı siyasətini davam etdirir.

Sentyabrın 27-də Ermənistanın eskalasiyasına cavab olaraq Azərbaycan Silahlı Qüvvələrinin “Dəmir yumruq” adı altında başladığı əks həmlə əməliyyatı 44 gün ərzində Ermənistan ordusunu məhv etməklə yanaşı 30 ilə yaxın işğalda olan ərazilərimizin azad olunması ilə nəticələndi. Vətən müharibəsində Azərbaycan Ordusunun tətbiq etdiyi ən yeni silahlar, həyata keçirilmiş müasir taktiki hərbi əməliyyatlar və müharibənin nəticələri bir daha sübut etdi ki, Azərbaycan 2016-cı il Aprel döyüşlərinin yekunlarına görə, xüsusi əməliyyatların gücünün, kəşfiyyat və zərbə növlü pilotsuz uçan aparatlardan istifadənin rolunun artırılmasının vacibliyi barədə düzgün nəticə çıxarıb. Çünki, Aprel döyüşləri əvvəlki yanaşmaların köhnəlmiş olduğunu göstərmişdi. Bu döyüşlərlə Ermənistan ordusunun məğlubedilməzliyi haqqında mif darmadağın edilmişdi. O vaxta qədər belə hesab olunurdu ki, qoşunların təmas xəttində işğalçı qüvvələrin mühəndis istehkamları dəfedilməzdir. Lakin məlum oldu ki, əslində, yeni taktiki yollardan və hərbi əməliyyatların aparılmasının yeni üsullarından istifadə etməklə onların öhdəsindən gəlmək mümkündür. 2016-cı ilin Aprel döyüşlərində Azərbaycan öz ərazilərinin azad edilməsində daha irəli gedə bilərdi, lakin həmin vaxtı beynəlxalq şərait nəzərə alınaraq hərbi əməliyyatlar dayandırılmışdı. Aprel hadisələrindən keçən 5 il ərzində Azərbaycan özünün hərbi imkanlarını və döyüş qabiliyyətini daha da inkişaf etdirdi. İkinci Qarabağ müharibəsi zamanı Azərbaycanı əzmək üçün kənardan göstərilən bütün cəhdlər səmərəsiz oldu. Türkiyə Respublikasının müharibənin ilk saatlarından başlayaraq göstərdiyi siyasi-mənəvi dəstək münaqişəyə digər dövlətlərin cəlb olunmasına imkan vermədi. Bir sıra beynəlxalq təşkilatların, o cümlədən ayrı-ayrı dövlətlərin Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyən bəyanatları Vətən müharibəsindəki qələbəmizi şərtləndirdi.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Yango Group”un biznesin inkişafı üzrə direktoru: Bu gün regionda 20 milyondan çox insan məhsullarımızdan istifadə edir

“Azərkosmos” peyk və 5G texnologiyalarının inteqrasiyası ilə bağlı vörkşop təşkil edib

“Sabah” – “Borussiya Dortmund” oyununun biletləri satışa çıxarılıb

“Zəfər yolçuları”: Qəhrəmanlıq dastanını gələcək nəsillərə daşıyan yeni nəşr

Azərbaycanda 150 kilovatdan yuxarı bərpaolunan enerji layihələrinin inkişafı üçün yeni layihəyə start verilib

Qara dənizdə PUA ilə vurulan gəmidə 10 nəfər itkin düşüb

Azərbaycan Kubokunda daha üç oyun keçirilib

Aygün Attar: Azərbaycan beynəlxalq münasibətlərdə təşəbbüskar aktor kimi mövqeyini gücləndirir

BƏƏ Qəzzada 600 min insanın su təminatına dəstək olub

“AzerGold”un rəhbəri “Yüksəliş”in qalibi ilə fəaliyyətin səmərəli planlaşdırılmasına dair təcrübəsini bölüşüb

Mərakeşdə Fəs Sufi Mədəniyyəti Festivalı təşkil olunacaq

Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə əməkdaşlığı genişlənir - ŞƏRH

Azərbaycan-Mərkəzi Asiya münasibətlərində keyfiyyətcə yeni mərhələ formalaşır - ŞƏRH

Azərbaycan və Gürcüstan iqtisadi əməkdaşlığın inkişaf perspektivlərini nəzərdən keçirib

Səyyar ASAN xidmət İsmayıllıda

Dövlət müəssisələrinin rəqəmsal monitorinqi” altsistemində 1113 müəssisə qeydiyyatdan keçib

MOK rəsmiləri Xorvatiyada Olimpiya Həmrəyliyi Forumunda iştirak edəcəklər

Dövlət İdarəçilik Akademiyasında yeni dərslik təqdim edilib: “Davamlı inkişaf siyasəti”

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Abşeronda hüquqpozmalara qarşı növbəti profilaktik tədbirlər keçirilib, 23 motoxuliqan saxlanılıb VİDEO

Rumıniyalı səyyah: Şuşa qalasında olduq və bizə Qarabağın simvolu olan Xarıbülbül barədə məlumat verildi

Azərbaycanlı alim Özbəkistanda beynəlxalq konfransda məruzə edib

Fransada lisey şagirdinin şikayəti əsasında “qətlə cəhd” ittihamı üzrə araşdırma başlanıb

Ekspert: Bakının təşəbbüskar diplomatiyaya keçidi kifayət qədər ciddi strateji dəyişiklikdir

ABŞ-dən olan səyyah: Şuşa çox gözəl şəhərdir

Azərbaycan və Ermənistan nümayəndələri TRIPP layihəsi çərçivəsində elektrik xətləri ilə bağlı məsələləri müzakirə ediblər

Orta Dəhlizin inkişafı Mərkəzi Asiya ölkələrinin Avropa ilə iqtisadi əlaqələrini genişləndirir - ŞƏRH

Ekspert: Azərbaycan və Mərkəzi Asiya arasında əməkdaşlıq vahid regional platformaya çevrilir

Azərbaycan Premyer Liqasında VII turun hakim təyinatları açıqlanıb

Mərakeşdə VIII Beynəlxalq Aviasiya Sərgisi keçirilir

“Sabah”ın sabiq futbolçusu: Messidəki bacarıqları sonra heç bir oyunçuda görmədim

Dünəndən sabaha: Azərbaycan gəncliyinin tarixi missiyası

Üçüncü rübdə Energetika Nazirliyi tərəfindən 149 icazə verilib

Tramp administrasiyası iş icazələri üçün əcnəbi tələbələrdən 70 min dollar almağı planlaşdırır

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

Beynəlxalq səyyahlar Şuşada YENİLƏNİB VİDEO

TƏBİB-in tabeliyindəki tibb müəssisələrində informasiya sistemlərinin fəaliyyətində yaranmış fasilələrin səbəbi açıqlanıb

Londondakı yeganə Azərbaycan restoranından REPORTAJ

Azərbaycan cüdoçusu dünya çempionatında bürünc medal uğrunda yarışacaq

Kanadalı yazıçı Enn Karson ədəbiyyat üzrə Nobel mükafatına layiq görüldü YENİLƏNİB

Rusiya ordusu Kramatorskda avtobusu vurub: 33 nəfər həlak olub

Şohin Talbakzoda: İtkin düşmüş şəxslərlə bağlı Bakı Dialoqu mühüm platformaya çevrilib

Cənubi Koreya ilk hipersəs raketini uğurla sınaqdan keçirib

Hərbi vəzifəlilərlə növbəti təlim toplanışı başlayıb

Mərkəzi Asiya ilə logistika əməkdaşlığının genişlənməsi Azərbaycanın Orta Dəhlizdə rolunu daha da gücləndirəcək - ŞƏRH

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Dizayner Aynur Xəlilova “Filtrsiz” podkastının qonağı olub VİDEO

Bakıda itkin şəxslərin ekspertizası, molekulyar genetikası və DNT əsaslı identifikasiyası üzrə müzakirələr aparılıb

Müstəqil media adı altında dezinformasiya: təsadüf, yoxsa məqsədli qərəz?

“Bakıya uçuş. İncəsənət həftəsonu” festivalının qonağı Canq Ci ilə MÜSAHİBƏ

Azərbaycan-Vyetnam strateji tərəfdaşlığında media əməkdaşlığının rolu vurğulanıb

GDU-da şəhid məzun Fərman Əsədlinin adına auditoriya yaradılıb

Media: Kahramanmaraşdakı “Azərbaycan” məhəlləsində həyat normal axarına qayıdır

Müdafiə Nazirliyi: Türkiyə hərbi güc və vasitələrinin Səudiyyə Ərəbistanına göndərilməsi istiqamətində tədbirlər görüb

Milli Kitabxanada Xaqani Şirvaninin 900 illiyinə həsr olunmuş kitab sərgisi açılıb

Böyük Britaniya Şərqi Qüdsdəki konsulluğundan diplomatlarını çıxarır

“Səbail” kamerunlu futbolçunu heyətinə qatıb

Dmitri Peskov: MDB Zirvə görüşündən sonra Xəzər ekoloji sammiti keçiriləcək

Ədəbiyyat üzrə Nobel mükafatına əsas namizədlərin adları açıqlanıb

Türkmənbaşı şəhərində Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

Kolumbiya nümayəndəsi: İtkin düşmüş şəxslərin axtarışı etimadın yaradılmasına xidmət edən konkret vasitəyə çevrilə bilər VİDEO

“Arsenal”ın futbolçusu 3 göstərici üzrə Ginnesin Rekordlar Kitabına düşüb

“Azərbaycanda alman izləri - ortaq tarix” - Berlində təqdimat

Çindən Azərbaycana dəmir yolu ilə daşınan blok-qatarların sayı 40 faiz artıb

“Azərkosmos” Beynəlxalq Kosmik Hüquq İnstitutu ilə memorandum imzalayıb

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Dünya səyyahı: Qarabağda müasir inkişaf və qədim tarixin vəhdətini görürük VİDEO

Azərbaycanın Dövlət Komissiyası itkin düşmüş şəxslərlə bağlı səylərin əlaqələndirilməsində mühüm rol oynayır

“Asos” milyonlarla müştərinin məlumatlarının oğurlandığını açıqlayıb

Avropa Parlamentində Gürcüstanla bağlı fikir ayrılığı yaranıb

Fatih Birol: İndiyədək strateji neft ehtiyatlarından 325 milyon barel bazara çıxarılıb

Qətərin şimalında neft tankeri vurulub, xəsarət alanlar var

Diyeqo Qayol: Meksika Azərbaycanla insan identifikasiyası sahəsində əməkdaşlığı məmnunluqla qarşılayar

Azərbaycan və Mərkəzi Asiya ölkələri regional təhlükəsizliyi təmin etmək əzmindədir

Məhkəmə: Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir

Mahnur Fatalıyeva: Nə xoş ki, mən qarabağlıyam və Xocalıdayam

Sərdar Berdiməhəmmədov: Altıtərəfli format yeni əhəmiyyətli imkanlar açır

Cəmilə Bayramova: Mürəkkəb nümunələrin genetik identifikasiyası peşəkar yanaşma tələb edir

DİM-lərin icrasında Azərbaycan təcrübəsi: 10 illik fəaliyyət və qlobal çağırışlar

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Malayziyalı professor: Bu gün Qarabağ azadlığın nemətindən bəhrələnir VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Ultramarafonun ilk mərhələsinin qalibi qələbə təəssüratlarını bölüşüb VİDEO

Azərbaycanın idarəetmə imzası: dünya üçüncülüyündən beynəlxalq təcrübə mübadiləsinə - ŞƏRH

® Dəmiryol işçilərinə minimum 0 faiz komissiya ilə 100 min manatadək kredit

Sabah yağış yağacaq, bəzi yerlərdə duman olacaq

İşçi hüquqları və layiqli əmək şəraiti - GDU-da görüş

Xocalı və Xocavənddə səyyar aqrar xidmətlər göstərilib

Şavkat Mirziyoyev: Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır

Tarixçi-alim: Qarabağın xristian əhalisi Alban-Qıpçaq nəsillərinin nümayəndələri olub

Azər Əmiraslanov: “Davamlı inkişaf siyasəti” dərsliyi dövlət siyasəti və elm üçün dəyərli töhfədir

Ekspert: Azərbaycan ilə Mərkəzi Asiya ölkələri ticarət, nəqliyyat və tranzit əlaqələrini möhkəmləndirir

Rüfət Əliyev: Əldə etdiyimiz təcrübəni tərəfdaşlarla bölüşməyə və mütəxəssislərin hazırlanması layihələrinə dəstək verməyə hazırıq

“Samsung” rüblük əməliyyat gəlirlərindəki rekordunu yeniləyib

Tacikistan Prezidenti: Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Filippinli səyyah: Qarabağ və Şərqi Zəngəzur ekspedisiyasından gözləntilərim böyükdür VİDEO

Husilərin Səudiyyə Ərəbistanında fəaliyyət göstərən hava limanlarına hücumları nəticəsində 3 nəfər ölüb

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb VİDEO

DTX-nin baş idarə rəisi: Genetik Araşdırmalar Mərkəzinin laboratoriyasının ISO 20387 standartı üzrə akkreditasiyasına hazırlıq mərhələləri uğurla tamamlanıb VİDEO

Professor: Nobel kəşfləri təhlükəsiz dərmanların hazırlanmasına yeni imkanlar yaradır

Qırğızıstan Prezidenti: Azərbaycanın sədrliyi birgə işimizə yeni təkan verəcək

120, 120E və 121E nömrəli marşrutların hərəkət sxemləri müvəqqəti dəyişdirilib

Qərbi Azərbaycanda tarixi abidələrimiz -Şadıvəng

® “AccessBank” qadın sahibkarlar üçün “Access2Success” layihəsinə 5-ci dəfə start verir

Azərbaycanın itkin düşmüş şəxslər və mina problemi ATƏT PA-da diqqət mərkəzində olub

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO

Monteneqrolu nümayəndə: İtkin şəxslərin axtarışı etimad quruculuğu tədbirlərindən birinə çevrilə bilər VİDEO

Qazaxıstan Prezidenti: Orta Dəhlizin TRIPP nəqliyyat təşəbbüsü ilə inteqrasiyası mövcud potensialı genişləndirəcək