Ayxan Abbasov millinin futbolçusuna görə “Bursaspor”un oyununu canlı izləyib
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan milli komandasının baş məşqçisi Ayxan Abbasov və idman direktoru İlqar Qurbanov Türkiyə I Liqasının III turu çərçivəsində keçirilən “Karagümrük” – “Bursaspor” oyununu tribunadan canlı izləyib.
AZƏRTAC xəbər verir ki, onlar Bursa təmsilçisində çıxış edən yığma üzvü Toral Bayramovun çıxışını yerində görmək üçün Türkiyəyə yollanıblar.
Meydana start heyətində çıxan Bayramov 17-ci dəqiqədə sarı vərəqə ilə cəzalandırılıb. Fasilədən dərhal sonra əvəzlənən müdafiəçi oyunda ən aşağı qiyməti (6.3) alıb.
Qeyd edək ki, qarşılaşma “Bursaspor”un 1:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 28.09.2026 [18:04]
“Sumqayıt” amerikalı basketbolçu ilə müqavilə imzalayıb
- 28.09.2026 [17:39]
Azərbaycan klubu heyətinə yeni voleybolçu cəlb edib
- 28.09.2026 [17:35]
Azərbaycan boksçuları Çində keçirilən turniri 10 medalla başa vurublar
- 28.09.2026 [16:40]
Azərbaycan kikboksinqçiləri dünya çempionatında 16 medal qazanıblar
- 28.09.2026 [16:16]
“Parma” baş məşqçisi ilə yollarını ayırıb
- 28.09.2026 [14:46]