“Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filminin çəkilişləri yekunlaşıb
Bakı, 22 avqust, AZƏRTAC
Azərbaycan Respublikasının Kino Agentliyinin (ARKA) həyata keçirdiyi “Azərbaycanın mədəni irsinə səyahət” layihəsi çərçivəsində növbəti filmin çəkilişləri yekunlaşıb.
ARKA-dan AZƏRTAC-a bildirilib ki, dövlət sifarişi ilə “Şahdağ Film” tərəfindən lentə alınan “Daşlara həkk olunan tale: Əcəmi Naxçıvani” bədii-sənədli filmi memarın 900 illiyinə həsr olunub.
Ekran əsəri Əcəmi Naxçıvaninin 900 illiyinin qeyd edilməsi haqqında Azərbaycan Prezidentinin müvafiq Sərəncamına əsasən ərsəyə gətirilir. Filmin çəkilişi “Azərbaycanfilm” Kinostudiyası ilə yanaşı, Gəncə şəhərində, Qaradağ rayonunda, "İçərişəhər" Dövlət Tarix-Memarlıq Qoruğu İdarəsində həyata keçirilib. Hazırda film postprodakşn mərhələsindədir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 24.09.2026 [13:00]
“Bakıya uçuş. İncəsənət həftəsonu. Gələcəyi İNDİ duy”
- 24.09.2026 [12:59]
Sazın səsi – sözün nəfəsi: Ağbaba-Çıldır aşıq sənətinin ustadları yad edilib
- 24.09.2026 [12:20]
Şahverdi şəlaləsi - yolun özü də bir macəradır VİDEO
- 24.09.2026 [12:05]
Əsrlərin yadigarı – “Diri Baba” türbəsi VİDEO
- 24.09.2026 [01:09]