2023-cü ildə Avropada qazın qiyməti üç dəfə ucuzlaşıb
Bakı, 30 dekabr, AZƏRTAC
Avropada qazın orta qiyməti 2023-cü ilin sonunadək üç dəfə ucuzlaşaraq min kubmetr üçün təxminən 464 dollara enib.
AZƏRTAC xəbər verir ki, London ICE birjasının məlumatına görə, ucuzlaşmaya regionda havaların isti keçməsi, yeraltı anbarların rekord həddə doldurulması və Avropa İttifaqında qaza tələbatın azalması səbəb olub.
Ümumilikdə isə 2023-cü ilin sonunda Aİ ölkələrində qazın qiyməti təxminən 67 faiz ucuzlaşıb. Bir il öncə Avropa birjalarında mavi yanacağın min kubmetrinin orta qiyməti 1,4 min dollara yüksəlmişdi.
Qeyd edək ki, 2022-ci il dekabrın 30-da qazın min kubmetri təxminən 845 dollara satılsa da, 2023-cü il noyabrın 30-da 470 dollara, dekabrın 29-da isə 367 dollaradək enib.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 07.06.2026 [19:35]
Qahirədə Məmlüklər dövrünə aid su sistemi və məscid qalıqları aşkarlanıb
- 07.06.2026 [18:40]
Ermənistanda parlament seçkiləri davam edir – son rəqəmlər
- 07.06.2026 [18:05]
ABŞ Prezidenti İranla bağlı son vəziyyəti açıqladı: Razılaşmaya çox yaxınıq
- 07.06.2026 [15:01]
Çadda əkinçilərlə çobanlar arasında toqquşmalar nəticəsində 11 nəfər ölüb
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]
Ölkəmizin zəngin mədəni irsi İstanbulda nümayiş etdirilir
- 06.06.2026 [18:40]
Naxçıvanda tələbələr arasında futzal birinciliyinin qalibi müəyyənləşib
- 06.06.2026 [17:58]