Azərbaycan Dövlət İnformasiya Agentliyi

2027-2030-cu illərin dövlət büdcəsi strateji inkişaf prioritetlərinin maliyyələşdirilməsinə yönəldilir - ŞƏRH

2027-2030-cu illərin dövlət büdcəsi strateji inkişaf prioritetlərinin maliyyələşdirilməsinə yönəldilir -  ŞƏRH

Bakı, 25 sentyabr, AZƏRTAC

Azərbaycan Respublikasının Nazirlər Kabinetində keçirilən iclasda 2027-ci ilin dövlət və icmal büdcələrinin layihələri, sonrakı üç il üzrə icmal büdcə göstəriciləri, həmçinin iqtisadi və sosial inkişaf konsepsiyası və proqnozları müzakirə edilib. Baş nazir Əli Əsədovun çıxışı büdcə parametrləri ilə yanaşı, makroiqtisadi vəziyyəti, strateji çağırışları, sosial siyasəti, Böyük Qayıdışı və sahəvi inkişaf proqramlarını əhatə edib.

AZƏRTAC xəbər verir ki, bu fikirlər İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin (İİTKM) Monitorinq və qiymətləndirmə şöbəsinin müdiri Orxan Sadıqovun mövzu ilə bağlı şərhində yer alıb.

O bildirib ki, çıxışın əsas məqamı qarşıdakı dövr üçün iqtisadi inkişaf hədəfləri ilə maliyyə resurslarının uzlaşdırılmasıdır: “Regional geosiyasi və qlobal iqtisadi risklər şəraitində dayanıqlı sülh gündəliyi, iqtisadi şaxələndirmə, işğaldan azad edilmiş ərazilərin bərpası və mümkün risklərə hazırlıq vahid ortamüddətli planlaşdırma çərçivəsində nəzərdən keçirilir. 2027-2030-cu illər üzrə yeni sosial-iqtisadi inkişaf Strategiyası və Böyük Qayıdışa dair II Dövlət Proqramı layihələri hazırlanaraq İqtisadi Şurada müzakirə edilib və Prezidentə təqdim olunub. Yeni sənədlər təsdiqləndikdən sonra büdcə, sahəvi proqramlar və ölçülə bilən nəticələr arasında əlaqənin qurulması əhəmiyyətli olacaq. 2022–2026-cı illərdə qeyri-neft-qaz sektorunun orta illik artımının 5,1 faiz olacağı gözlənilir. Bununla belə, 2026-cı ilin yanvar–avqust aylarında ümumi ÜDM 1,2 faiz, qeyri-neft-qaz ÜDM-i 2,1 faiz artıb, neft-qaz ÜDM-i isə 0,8 faiz azalıb. Əsas kapitala investisiyaların 10 faiz artması müsbət siqnaldır. Bu mənzərə investisiyaların məhsuldarlığa və daha yüksək əlavə dəyərə çevrilməsinin əhəmiyyətini göstərir. 2026-cı ilin ilk səkkiz ayında kredit faizlərinin subsidiyalaşdırılması, nəqliyyat-logistika xərclərinə dəstək və bəzi ixrac xərclərinin kompensasiyası iqtisadi aktivliyin dəstəklənməsinə yönəlib”.

O.Sadıqovun sözlərinə görə, təxminən 91 milyard ABŞ dolları həcmində strateji valyuta ehtiyatları, 1 sentyabr tarixinə 4,5 milyard dollar xarici dövlət borcu (proqnoz ÜDM-in 5,6 faizi) və 2026-cı ilin səkkiz ayında 10 milyard dollardan çox xarici ticarət balansının müsbət saldosu xarici maliyyə mövqeyi barədə müsbət təsəvvür yaradır. Sözügedən ehtiyatların xarici dövlət borcunu təxminən 20 dəfə üstələməsi xarici şoklara qarşı mühüm ehtiyat imkanını göstərir. 2026-cı ilin səkkiz ayında illik inflyasiyanın 5,7 faiz olması fonunda 2027-ci il üçün orta illik inflyasiya 5,3 faiz proqnozlaşdırılır. Büdcənin baza ssenarisində neftin qiyməti bir barel üçün 65 ABŞ dolları götürülüb. 2027-ci ildə ÜDM-in 141 milyard manata çatması və real ifadədə 2,7 faiz, qeyri-neft-qaz sektorunun isə 4,4 faiz artması proqnozlaşdırılır. Qeyri-neft sektorunun ÜDM-də payının 2026-cı ilin sonuna gözlənilən 72,5 faizdən 2030-cu ilin sonuna 82 faizə yüksəlməsi proqnozu şaxələndirmə siyasətinin miqyasını göstərir. 2027-ci ildə dövlət büdcəsinin gəlirləri 39 milyard 234 milyon, xərcləri 42 milyard 400 milyon manat proqnozlaşdırılır. 3 milyard 166 milyon manatlıq kəsirin ÜDM-ə nisbəti 2,2 faizdir. Makrofiskal çərçivədə büdcə qaydası, borc intizamı, xərclərin səmərəliliyi və Dövlət Neft Fondunun aktivlərinin dayanıqlığı əsas götürülür.

O bildirib ki, 2027–2030-cu illərin milli xərc prioritetləri iqtisadi artımı, müdafiə və təhlükəsizliyi, sosial müdafiəni, azad edilmiş ərazilərdə bərpa və məskunlaşmanı, rəqəmsal inkişaf və süni intellekti, təhsil və səhiyyəni, habelə ətraf mühitin mühafizəsi və yaşıl artımı əhatə edir. Prioritetlərin geniş dairəsi vəsaitlərin proqramlar üzrə səmərəli bölüşdürülməsini və hər sahədə nəticələrin qiymətləndirilməsini zəruri edir.

2027-ci il üçün sosialyönlü xərclərin büdcə xərclərində payı 44 faiz səviyyəsində proqnozlaşdırılır və Baş nazirin çıxışında şəhid ailələri, qazilər və aztəminatlı ailələrin sosial müdafiəsi ayrıca vurğulanıb. Bununla yanaşı, müdafiə və milli təhlükəsizlik üzrə 8,8 milyard manat, yəni büdcə xərclərinin təxminən 21 faizi nəzərdə tutulur.

Azad edilmiş ərazilərdə hazırda 93 mindən çox insan yaşayır, çalışır və təhsil alır. Böyük Qayıdış çərçivəsində indiyədək keçmiş məcburi köçkünlərin 47 yaşayış məntəqəsinə - 10 şəhər, 3 qəsəbə və 34 kəndə qayıdışı təmin edilib. Eyni zamanda, 2020–2026-cı illərdə azad olunmuş ərazilərin bərpası üçün 25 milyard manatdan çox vəsait ayrılıb. 2027-ci ildə isə qeyd olunan məqsədə 3,4 milyard manat proqnozlaşdırılır.

İİTKM-in şöbə müdiri əlavə edib ki, 2025-2026-cı illərdə su, nəqliyyat, kənd təsərrüfatı, qida təhlükəsizliyi, turizm, eləcə də dağ-mədən və metallurgiya sahələrində müvafiq dövlət proqramları qəbul edilib və həmin istiqamətlər üzrə əsas prioritetlər müəyyənləşdirilib. Eyni zamanda, 2027-ci ilin dövlət büdcəsində investisiyayönümlü strategiya və dövlət proqramlarının maliyyə təminatı üçün kifayət həcmdə vəsait proqnozlaşdırılır.

Xəbəri sosial şəbəkələrdə paylaşın

Bizi sosial şəbəkələrdə izləyin

“Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər” adlı kitabın təqdimatı olub

Sabah bəzi magistral avtomobil yollarında görünüş məsafəsi 500-1000 metrədək məhdudlaşacaq

Füzuli Şəhəri Günü konsert proqramı ilə qeyd olunub

Zelenski: Rusiya Ukraynanın enerji infrastrukturuna ən irimiqyaslı hücumlardan birini həyata keçirib

Uğursuz nəticədən sonra "Gəncə" baş məşqçi ilə müqaviləyə xitam verib

“Öz yazarını seç” – onlayn səsverməyə start verilir

Günel Bədəlova Beynəlxalq Xizək Alpinizmi Federasiyasının vitse-prezidenti seçilib

G20 Dinlərarası Forumu çərçivəsində mühüm görüşlər baş tutub

V.F.Ələsgərovun “Şərəf” ordeni ilə təltif edilməsi haqqında
Azərbaycan Respublikası Prezidentinin Sərəncamı

İsveçdə uşaqlarına elektrik skuteri alan 30-dan çox valideyn məhkəmə qarşısına çıxarılıb

AzTU Özbəkistanın yeddi ali təhsil müəssisəsi ilə əməkdaşlıq sənədləri imzalayıb

Füzuli Dövlət Dram Teatrının təqdimatında “Tıq-tıq xanım” tamaşası nümayiş olunub

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

“Şahinlərin Görüşü-2026” təlimində növbəti məşq uçuşları icra olunub VİDEO

Biləsuvarda ağır yol qəzası: iki nəfər ölüb, üç nəfər xəsarət alıb YENİLƏNİB

Etimadın möhkəmləndirilməsi və öhdəliklərə əməl olunması sülhün qorunması üçün əsas tələbdir - ŞƏRH

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Azərbaycan beynəlxalq təhsil sərgisində VİDEO

Fransada sosial etirazlar: Paris və digər şəhərlərdə toqquşmalar baş verib

Səudiyyə Ərəbistanının maliyyə naziri qlobal enerji təhlükəsizliyinə təhdid barədə xəbərdarlıq edib

Füzuli Şəhəri Günündə ustad dərsləri

“2026 G20 Dinlərarası Forumu”nda Azərbaycan da təmsil olunub

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Hərbçilərimiz Bakıda keçirilən NATO təlimini uğurla başa vurublar VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Füzuli sakini: O günlərdə bizi yaşadan ümid oldu VİDEO

Yunanıstandakı Azərbaycan icmasının sualları cavablandırılıb

Gəncədə “Nizami Gəncəvi işığında” adlı konsert proqramı təqdim olunub

“Eurowings” aviaşirkəti yanacaq xərclərinin bahalaşmasına görə uçuşları azaldır

Azərbaycanlı alim Stanford–Elsevier siyahısında yüksək mövqeyini qoruyur

Beynəlxalq Valyuta Fondu ilə əməkdaşlıq genişlənir: Banqkokda mühüm görüşlər

Bazar gününün hava proqnozu açıqlanıb

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Füzuli sakini: 30 il həsrət çəkdiyim torpağa şəhid atası kimi qayıtdım VİDEO

Deputat: Füzulidə də iqtisadi fəallığın artırılması əsas prioritetlərdəndir

“AzerGold” QSC 6-cı “Rebuild Garabagh” sərgisində təmsil olunub

Bakıda İndoneziya mətbəxi təqdim olunub

Dövlət Sərhəd Xidmətinin Xüsusi Məktəbinin 15 illik yubileyi qeyd edilib

Azərbaycan AirBadminton üzrə Avropa çempionatında bürünc medal qazanıb

Zabrat–Maştağa avtomobil yolunda hərəkətə tam məhdudiyyət tətbiq olunub

Anar Hüseynzadə: Əsas məqsəd axtardığını tapmaq deyil, axtarış prosesindən zövq almaqdır

Bu saata olan əsas xəbərlər

Vətən müharibəsinin xronikası: 17 oktyabr

FIFA U-20 dünya çempionatının brendi Qız Qalasında və Bakı Olimpiya Stadionunda nümayiş etdirilib

Milli Kitabxanada “Füzuli şəhəri Günü” adlı virtual və ənənəvi kitab sərgisi təqdim olunub

Cəbrayıl şəhərində Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsinin yeni inzibati binası istifadəyə verilib

AQEM Azərbaycanın rəqəmsal bağlantı imkanlarının genişləndirilməsi baxımından mühüm platformadır - ŞƏRH

Azərbaycan nefti 116 dollara satılır

Müstəqillikdən suverenliyə uzanan dövlətçilik salnaməsi - ADAU-da tədbir

Bu gün Beynəlxalq Yoxsulluqla Mübarizə Günüdür

Birjalarda neft bahalaşıb

Qızıl və gümüş bahalaşıb

Müasir İncəsənət Muzeyində Anar Hüseynzadənin “O” adlı fərdi sərgisi açılıb

Azərbaycan Premyer Liqası: “Qarabağ" bu gün "Neftçi" ilə qarşılaşacaq

Ötən gün cinayət törətməkdə şübhəli bilinən 35 nəfər saxlanılıb

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Yusif Qarabağinin elmi-fəlsəfi irsi və Şərq düşüncə tarixində yeri”: Buxarada beynəlxalq elmi-praktiki konfrans VİDEO

“Apple” “iPhone Duo”nun çatdırılmasını 2027-ci ilin yanvarına təxirə salıb

Gəncəyə beşinci raket hücumunun zərərçəkəni: o gecə ailəmin 5 üzvünü itirdim

İş yerində millenniallarla zumerlər əslində nə ilə fərqlənirlər? – sosioloqun cavabı

Çikaqonun mərkəzində Azərbaycan Bayrağı ucaldılıb

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Çində 2-ci beynəlxalq azərbaycanşünaslıq elmi konfransı keçirilir VİDEO

Füzuliyə köçürülmüş sakinlərdən 1100-dən çox şəxs məşğulluq tədbirlərinə cəlb edilib

Bu gün Füzuli Şəhəri Günüdür

Media: Hörmüz boğazında 2 milyon bareldən çox neft daşıyan tanker minaya düşüb

Tramp Rusiya neftinin əsas alıcılarına qarşı yeni sanksiya və tariflərin tətbiqini təxirə salıb

Aİ liderləri rəqabətqabiliyyətlilik, enerji təhlükəsizliyi və Ukraynaya dəstəyi müzakirə ediblər

Azərbaycanlı alimin Türkiyədə yeni elmi-tədqiqat əsəri çapdan çıxıb

CENTCOM: İranın 25 milyard dollarlıq neft ixracının qarşısı alınıb

Çexiyanın dövlət borcu rekord həddə çatıb

Merts Ukraynadakı münaqişəni Trampla şəxsən müzakirə etməyi planlaşdırır

ABŞ Prezidenti Ağ Evin mətbuat katibinin istefasını təsdiqləyib

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

Qurama sənəti Vaşinqtonda mədəniyyət təşkilatlarının nümayəndələrinə təqdim edilib VİDEO

İran ABŞ-nin mümkün hücumlarına qarşı hava hücumundan müdafiə sistemini gücləndirib

Kamalə Kamal: “44” filmi milli yaddaşımızın gələcək nəsillərə ötürülməsidir

Tramp Rusiya, ABŞ və Çin arasında nüvə silahlarına dair razılaşmanın əldə olunacağına inanır

Fatimə Cəfərzadə: Xuraman obrazı üzərində işləmək mənim üçün maraqlı təcrübə oldu

YAP İdarə Heyətinin iclası olub

Milli Paralimpiya Komitəsinin 30 illik yubileyi möhtəşəm qala gecəsi ilə qeyd olunub – YENİLƏNİB

Hörmüz boğazında batan gəminin konteynerlərində təhlükəli maddələr ola bilər

Tramp: ABŞ-nin İranla müharibəsi gözləniləndən daha tez başa çatacaq

Qazaxda qarşıda duran əsas vəzifələr müzakirə edilib

Azərbaycanın mina probleminə dair bu dəfə Xorvatiyada aksiya təşkil olunub

Şəhid ailələrindən olan istedadlı uşaqlar III Beynəlxalq Opera Festivalında iştirak ediblər

Azərbaycan ağırlıqqaldıranı Avropa birinciliyində üç bürünc medal qazanıb

Ramil Qasımov: “Vaqif” operası Ramiz Mustafayevin yaradıcılıq irsinin dəyərli nümunəsidir

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

İngilis dilini öyrənməkdə çətinlik çəkirdi, indi 15 dil bilir – Poliqlotun effektiv xarici dil öyrənmə üsulları VİDEO

Putin Ukraynanın hərbi sənaye obyektlərinə və logistika mərkəzlərinə zərbələrin davam etdirilməsini tapşırıb

Britaniya ordusunun rəhbəri müharibə təhlükəsi ilə bağlı xəbərdarlıq edib

Peruda Qarabağ xalçasının açılışı olub – Azərbaycan mədəni irsi Peruda nümayiş olunur

“Vaqif” operası – Ramiz Mustafayevin zəngin sənət irsinə ehtiram

BMT: Ukraynada sentyabrda mülki əhali arasında itkilər 85 faiz artıb

Mina Abbasova: “Təxəyyülün köçəri ocağı” sərgisinin mərkəzində nostalji hissi dayanır

BVF: Fransanın 2027-ci il üzrə ümumi maliyyələşmə ehtiyacı 690 milyard avroya çatacaq

Salyanda YAP-ın VIII Qurultayından irəli gələn vəzifələr müzakirə olunub

Əməkdar rəssam: Sərgi onilliklər sonra öz əsərlərimə yeni gözlə baxmağa imkan verdi

Premyer Liqa: "Sumqayıt" ardıcıl ikinci qələbəsini qazanıb

Balakəndə müstəqilliyin bərpasının 35-ci ildönümü qeyd edilib

Kəngərli rayonunda müşavirə: İqtisadi müstəqillik dövlətimizin gücünü möhkəmləndirir

Milli birlik, ideoloji təhlükəsizlik və inkişaf - Qaxda qarşıda duran hədəflər müzakirə olunub

Qəbul edilən qərarların nəticələri insanların gündəlik həyatında hiss edilməlidir - Ordubadda müşavirə

Multidisiplinar rəssam: Əsərlərimdə nostaljinin fərqli tərəflərini əks etdirməyə çalışmışam

Prezident İlham Əliyevin sosial media hesablarında Vətən müharibəsi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Azərbaycanın səfiri etimadnaməsini İsveç Kralına təqdim edib

Bu saata olan əsas xəbərlər

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO

Moskvada Cənubi Qafqazda “3+3” formatında enerji layihələri müzakirə olunub VİDEO