20 YANVAR FACİƏSİ QAN YADDAŞIMIZDA DAİM YAŞAYACAQDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Bakı Dövlət Universitetində (BDU) 20 Yanvar faciəsinin ildönümü ilə bağlı mərasim keçirilmişdir.
İştirakçılar burada şəhidlərin xatirəsinə ucaldılmış abidənin önünə əklil və gül dəstələri qoymuş, onların xatirəsini yad etmişlər.
Mərasimdə BDU-nun rektoru, Milli Məclisin deputatı, akademik Abel Məhərrəmov 1990-cı il yanvarın 19-dan 20-nə keçən gecə imperiya ordusunun ölkəmizdə qanlı hadisələr törətdiyini bildirmişdir. O müdhiş gecədə azadlıqsevər yüzlərlə insan amansızcasına qətlə yetirilmişdir.
Rektor 20 Yanvarın xalqımızın qan yaddaşında daim yaşayacağını vurğulamışdır.
A.Məhərrəmov xatırlatmışdır ki, ilk dəfə dahi şəxsiyyət, ulu öndər Heydər Əliyevin təşəbbüsü ilə 20 Yanvar faciəsinə hüquqi-siyasi qiymət verilmişdir.
Professor İzzət Rüstəmov, digər çıxış edənlər də Qara Yanvar qırğınının dəhşətlərindən danışmış, ölkəmizin müstəqilliyi, suverenliyi yolunda canlarından keçən şəhidlərin xatirəsinin əziz tutulduğunu bildirmişlər.
Sonra “Azadlıq yolunun şanlı səhifəsi” mövzusunda ədəbi-bədii kompozisiya nümayiş etdirilmişdir.
######

MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]