20 YANVAR FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Yanvarın 19-da Azərbaycan Dövlət Torpaq və Xəritəçəkmə Komitəsində (ADTXK) 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar tədbir keçirilmişdir.
Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə ADTXK-nın sədri Qərib Məmmədov çıxış edərək bildirmişdir ki, Azərbaycanın qəhrəmanlıq səhifələrindən biri olan 20 Yanvar faciəsi xalqımızın qan yaddaşıdır. Yanvarın 19-dan 20-nə keçən gecə siyasi hakimiyyətdə olan qüvvələrin özbaşınalığından istifadə edən sovet qoşunları xalqımıza qarşı misli görünməmiş qətliam törətmişlər. Bunun nəticəsində 137 nəfər amansızcasına qətlə yetirilmiş, 700-ə yaxın soydaşımız yaralanaraq əlil olmuşdur. 20 Yanvar faciəsinə siyasi-hüquqi qiymət yalnız ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra verilmişdir.
Tədbirdə çıxış edənlər xüsusi vurğulamışlar ki, Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda canından keçmiş şəhidlərimizin əziz xatirəsi xalqımızın yaddaşında daim yaşayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Vətən müharibəsi şəhidləri İstanbulda anılıblar
- 27.09.2026 [23:59]
Vuçiç Serbiya prezidenti vəzifəsindən istefa verib
- 27.09.2026 [23:20]
Qərbi Azərbaycan İcması Zəfər parkını ziyarət edib
- 27.09.2026 [23:16]
Rotterdamda şəhidlərimizin xatirəsi ehtiramla yad edilib
- 27.09.2026 [23:11]
Çimərlik güləşində Azərbaycan millisi tarix yazıb
- 27.09.2026 [23:08]
27 Sentyabr: Zəfərin böyüklüyü və fədakarlığın məsuliyyəti - ŞƏRH
- 27.09.2026 [22:17]
Lənkəranda Anım Günü ilə bağlı 500 ağac əkilib
- 27.09.2026 [22:04]
ADPU və filiallarında Anım Günü silsilə tədbirlərlə qeyd edilib
- 27.09.2026 [21:58]
AzTU kollektivi Zəfər parkında şəhidlərin xatirəsinə ehtiramını bildirib
- 27.09.2026 [21:51]
BMU-nun kollektivi Zəfər abidəsini ziyarət edib
- 27.09.2026 [21:47]
Helsinki Azərbaycan Evində 27 Sentyabr – Anım Günü qeyd olunub
- 27.09.2026 [21:40]
AHİK əməkdaşları Anım Günündə Zəfər parkını ziyarət ediblər
- 27.09.2026 [21:35]
Mədəniyyət Nazirliyinin kollektivi şəhidlərin xatirəsini yad edib
- 27.09.2026 [21:32]
Əmanətlərin Sığortalanması Fondunun kollektivi Zəfər Parkını ziyarət edib
- 27.09.2026 [21:27]
Zəfərə aparan yolun başlanğıcı - ŞƏRH
- 27.09.2026 [20:17]