20 YANVAR FACİƏSİ XALQIMIZIN QAN YADDAŞIDIR
Ağdam, 20 yanvar (AZƏRTAC). Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyi Ağdam rayon təşkilatı 20 Yanvar faciəsinin 20-ci ildönümü ilə əlaqədar Ağdam Dövlət Sosial-İqtisad Kollecində tədbir keçirmişdir.
Əvvəlcə Azərbaycanın müstəqilliyi və azadlığı uğrunda həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edilmişdir.
Tədbirdə YAP Ağdam rayon təşkilatının sədri İsgəndər Quliyev, rayon İcra hakimiyyətinin məsul işçisi Fəxrəddin Hacıbəyli, kollecin direktoru Fəxrəddin Zamanov, gənclər və idman idarəsinin rəisi Məhəmməd Aslanov, YAP Gənclər Birliyi Ağdam rayon təşkilatının sədri Amil Cavadov çıxış edərk, Azərbaycanın azadlıq mübarizəsi tarixinin parlaq səhifələrindən olan 20 Yanvar faciəsindən, qəhrəman oğullarımızın Vətənin azadlığını öz canlarından əziz tutmasından danışmış, faciəyə siyasi-hüquqi qiymət verilməsində ümummilli lider Heydər Əliyevin xidmətlərini yüksək qiymətləndirmişlər. Bildirilmişdir ki, qəhrəmanlıq və şəhidlik zirvəsi kimi xalqımızın qan yaddaşına əbədi həkk olunan 20 Yanvar faciəsi heç zaman unudulmayacaqdır.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [20:00]
Sabahın hava proqnozu açıqlanıb
- [13:04]
Bu saata olan əsas xəbərlər
- [12:00]
Aşqabadda Səməd Vurğun sorağı
- [10:48]
Yoldaşlıq oyunu: Azərbaycan millisi Maltaya uduzub
- 05.06.2026 [23:59]
Azərbaycanın 3x3 basketbol millisi Dünya Kubokunun 1/4 finalına yüksəlib
- 05.06.2026 [23:06]
Milli Xalça Muzeyində Elçin Şamillinin “Katarsis” sərgisi açılıb
- 05.06.2026 [22:40]
Putin Zelenski ilə mümkün görüş barədə danışıb
- 05.06.2026 [21:56]
“AzerGold” və RİİB Daşkəsəndə ekoloji aksiya keçirib
- 05.06.2026 [21:42]