“20 YANVAR” VƏ “QAÇQINLAR” BİZİM QAN YADDAŞIMIZDIR
Bakı, 19 yanvar (AZƏRTAC). Azərbaycan Bəstəkarlar İttifaqında 20 Yanvar şəhidlərinə və qaçqınlara həsr olunmuş “20 Yanvar” və “Qaçqınlar” sənədli filmlərinin nümayişi keçirilmişdir.
Cahangir Zeynalov hər iki sənədli filmin rejissoru kimi o qanlı-qadalı illərdə Azərbaycanda baş verən hadisələri, xəstəxanalarda yaralıları, qaçqın düşərgələrində qaçqınların əzab-əziyyətlərini ürəkağrısı ilə lentin yaddaşına köçürərkən, bunu özünün vətəndaşlıq borcu olduğunu söyləmişdir. O qeyd etmişdir ki, hər iki film xalq artisti Firəngiz Əlizadənin dəstəyi ilə artıq Amerikada və Türkiyədə nümayiş etdirilmişdir.
Bəstəkarlar İttifaqı idarə heyətinin sədri, xalq artisti Firəngiz Əlizadə, Bakı Musiqi Akademiyasının kafedra müdiri, sənətşünaslıq doktoru, professor Ramiz Zöhrabov bildirmişdir ki, xalqımızın tarixində hüzn və şərəf günü olan 20 Yanvar faciəsinin dünyaya tanıdılmasında hələ çox işlər görülməlidir.
Sonda hər iki film nümayiş etdirilmişdir.
MÜƏLLİFLƏ ƏLAQƏ
Bölmənin digər xəbərləri
- 21.01.2026 [14:31]
Peru mətbuatı 20 Yanvar faciəsini işıqlandırıb
- 20.01.2026 [18:35]
Hər il bu gün hava "qan ağlayır" – REPORTAJ VİDEO
- 20.01.2026 [18:00]
Qanlı gecədən başlanan və müstəqilliyə gətirib çıxaran yol
Bu saata olan əsas xəbərlər
- [12:00]
TBMM sədri: Aİ genişlənmə siyasəti yolu ilə özünü qorumalıdır
- 06.06.2026 [23:23]
İsveç Rusiya ilə sərhəd yaxınlığında NATO-nun yeni qrupunu yerləşdirib
- 06.06.2026 [21:49]
Suraxanıda baş verən dava ilə əlaqədar 7 nəfər saxlanılıb YENİLƏNİB
- 06.06.2026 [21:25]
İçərişəhərdə Rasim Abdullayevin xatirə konserti keçirilib
- 06.06.2026 [21:21]
Azərbaycan Tələbə Liqasında mövsümə yekun vurulub
- 06.06.2026 [20:31]
Azərbaycanın U-21 millisi Bəhreynə böyük hesabla qalib gəlib
- 06.06.2026 [20:08]
Bu saata olan əsas xəbərlər
- 06.06.2026 [20:00]
Avropalı alimlər Nizami Gəncəvinin məqbərəsini ziyarət ediblər
- 06.06.2026 [19:47]