TARİXDƏ BU GÜN


25 FEVRAL

1910-cu il. Bioloq alim, akademik İmam Mustafayevin doğum günü (1910-1997). İmam Mustafayev 1954-1959-cu illərdə Azərbaycan KP MK-nın birinci katibi olub. Azərbaycanda aqrar elmin inkişafında, elmi kadrların hazırlanmasında səmərəli xidmətlər göstərib, üzün illər Azərbaycan Elmlər Akademiyasının Genetika və Seleksiya İnstitutuna rəhbərlik edib. Bir neçə elmi əsərin, o cümlədən 6 monoqrafiyanın müəllifidir.
1910-cu il. Tanınmış rəssam, milli teatr-dekorasiya sənətinin yaradıcılarından biri Rüstəm Mustafayev anadan olub (1910-1970). “Şah İsmayıl”, “Leyli və Məcnun", "Aşıq Qərib", "Koroğlu" kimi operalara verdiyi tərtibat Üzeyir Hacıbəyli tərəfindən yüksək qiymətləndirilib. Rüstəm Mustafayev Azərbaycan Dövlət Dram Teatrında baş rəssam işləyib. Onun Mirzə Cəlilin, Cəfər Cabbarlının, Hüseyn Cavidin, Əbdürrəhim bəy Haqverdiyevin əsərləri əsasında hazırlanan tamaşalara verdiyi tərtibatlar Azərbaycan teatr-dekorasiya sənətinin orijinal, qiymətli nümunələri sayılır.
1919–cu il. Azərbaycan Xalq Cümhuriyyəti parlamentində yaranmış növbəti hökumət böhranı nəticəsində Fətəli xan Xoyskinin başçılıq etdiyi üçüncü kabinet fəaliyyətini dayandırıb. Ay yarım sürən gərgin müzakirələrdən sonra Nəsib bəy Yusifbəylinin başçılığı ilə dördüncü hökumət kabineti təşkil edilib.
1992-ci il. Azərbaycanla Yəmən Ərəb Respublikası arasında diplomatik münasibətlər qurulub. Yəmən Ərəb Respublikası ölkəmizin müstəqilliyini 1991-ci il dekabrın 30-da tanıyıb.

© Materiallardan istifadə edərkən hiperlinklə istinad olunmalıdır
Mətndə səhv varsa, onu qeyd edib ctrl + enter düyməsini basaraq bizə göndərin

MÜƏLLİFLƏ ƏLAQƏ

* işarəsinin olunduğu yerləri doldurun.

Zəhmət olmasa, yuxarıdakı şəkildə göstərilən hərfləri daxil edin.
Hərflərin böyük və ya balaca olmasının fərqi yoxdur.
Bölmənin digər xəbərləri
28.02.2017 [09:00]
27.02.2017 [09:00]
26.02.2017 [09:00]
24.02.2017 [09:00]