Külək Mingəçevirdə ağacları sındırıb, şəhərin bəzi yerlərinə elektrik enerjisinin verilişində fasilələr yaranıb
Mingəçevir, 7 sentyabr, AZƏRTAC
Mingəçevirdə güclü külək yaşıllıqlara zərər vurub.
AZƏRTAC-ın bölgə müxbirinin verdiyi məlumata görə, külək şəhər ərazisindəki 17 ağacı sındırıb. Mənzillərə və avtomobillərə ziyan dəyməyib, xəsarət alan olmayıb.
Şəhər Yaşıllaşdırma İdarəsinin əməkdaşları tərəfindən ağacların qırıntıları ərazidən yığışdırılıb.
Güclü külək şəhərin bəzi yerlərində elektrik enerjisinin verilişində də fasilələrə səbəb olub. Hazırda enerji verilişi bərpa edilib. Şəhərdə küləkli hava şəraiti davam edir.
Müxbir – Vüsalə Cənnətova